1. ÜMUMİ MƏLUMAT:
1.1 Tam adı: “OL” Azərbaycan Gənclər Hərəkatı. Qısaldılmış ad: OL Hərəkatı, “OL”. Bu adlar bərabərdir.
1.2 OL Hərəkatı, Azərbaycanın inkişafını arzulayan, müstəqil və azad fikirli gənclərin birliyidir.
1.3 OL Hərəkatı gənclərin maraq və dünya görüşlərinə uyğun olaraq müxtəlif klubları özündə cəmləşdirir.
1.4 OL Hərəkatı fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, həmçinin bu Nizamnamə əsasında qurur.
2. MƏQSƏDLƏR:
2.1 Gənclərin müstəqil fikir sahibləri olması.
2.2 İctimai proseslərdə gənclərin fəal iştirakını təmin etmək və onların ictimai həyata təsirini artırmaq.
2.3 Gənclərin öz hüquqları bilməsi və onları müdafiə etməsi.
2.4 Daha sərbəst və məsuliyyətli gəncliyin formalaşdırması.
2.5 Qloballaşan dünyanın müasir standartlarına gənclərin uyğunlaşması.
2.6 Gənclərin mədəni, elmi, və digər qeyri-maddi tələblərinin təmin edilməsinə yardımçı olmaq.
3. VƏZİFƏLƏR:
3.1 Gənclər arasında şüurlu vətənpərvərlik, həmrəylik və qardaşlıq münasibətlərini yaymaq və inkişaf etdirmək.
3.2 Demokratik düşüncə və demokratik həyat tərzinin təbliğ edilməsi. Bu dəyərlərin cəmiyyətdə təşəkkül tapması.
3.3 Baş verən ictimai proseslərlə bağlı obyektiv məlumat verilməsi.
3.4 Tərəqqi istəyən gənclərin birgə fəaliyyəti üçün şərait yaradılması.
3.5 Gənclərdə liderlik xüsusiyyətlərinin inkişaf etdirilməsi.
3.6 Gənclərin arasında maarifləndirmə işinin aparılması.
4. ƏSAS FƏALİYYƏT FORMALARI:
4.1 Müxtəlif tematikada debatların təşkili.
4.2 Mədəni tədbirlərin təşkil edilməsi. (Konsertlər, səhnəciklər, sərgilər və s.)
4.3 İdman yarışlarının keçirilməsi.
4.4 Kütləvi informasiya vasitələri ilə əməkdaşlıq.
4.5 Gənclər arasında müxtəlif elmi istiqamətlərin inkişaf etdirilməsi.
4.6 Ekoloji tədbirlərin həyata keçirilməsi (Şəhərin, küçələrin təmizlənməsi, təbiətin qorunması və s.)
4.7 Sosial araşdırmaların aparılması. (Sorğular və s.)
4.8 Kitabların nəşr etdirilməsi.
4.9 Seminarlar, simpoziumların, treninqlənin keçirilməsi.
4.10 Öz dövrü nəşrlərinin çap edilməsi. (Qəzet, jurnal, buklet və s.)
5. HƏRƏKATA ÜZVLÜK. ÜZVLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ:
5.1 OL Hərəkatının nizamnaməsini qəbul edən, onun məqsəd və vəzifələrini həyata keçirilməsinə çalışan, 16 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı OL Hərəkatının üzvü ola bilər.
5.2 OL Hərəkatında üzvlərə dininə, dilinə, cinsinə və milli mənsubiyyətinə görə məhdudiyyət qoyulmur.
5.3 OL Hərəkatına üzvlük könüllüdür.
5.3 OL Hərəkatında üzvlük, təşkilatda artıq üzv olan 3 şəxsin tövsiyəsinə əsasən İdarə Heyətini müvafiq qərarından sonra başlayır.
5.4 OL Hərəkatının hər bir üzvü istədiyi vaxt Hərəkatın sıralarını tərk etmək hüququ vardır, bunun üçün İdarə Heyətinə yazılı şəkildə müraciət kifayətdir.
5.5 OL Hərəkatının keçirdiyi tədbirlərdə iştirak könüllüdür.
5.6 OL Hərəkatının üzvləri tərəfindən təqdim edilən hər bir təşəbbüs bərabərhüquqludur. Təşəbbüskar, İdarə Heyətinin razılığını alarsa, bu təşəbbüsü həyata keçməsində məsuliyyəti öz üzərinə götürmək hüququna malikdir.
5.7 OL Hərəkatının üzvü aşağıdakı hüquqlara malikdir:
- Bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada hərəkatın idarəçiliyində iştirak etmək;
- Hərəkatının hər hansı seçkili orqanına seçmək və seçilmək;
- Hərəkatının keçirdiyi bütün tədbirlərdə iştirak etmək;
- Hərəkatın fəaliyyəti ilə bağlı müxtəlif təklifləri müzakirəyə çıxarmaq. Onların reallaşmasında yaxından iştirak etmək;
- İdarə Heyətinin və koordinatorların fəaliyyətinin tənqid etmək və onların fəaliyyəti ilə bağlı məlumat almaq;
- Öz mənafelərinin müdafiəsi kömək göstərilməsi üçün Hərəkata müraciət etmək;
- Onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Hərəkatın müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək.
5.8 OL Hərəkatının üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
- Hərəkatının nizamnaməsinə əməl etmək;
- Davranış kodeksinə riayət etmək.
- İdarə Heyətinin və koordinatorların tapşırıqlarını həyata keçirmək;
- Hərəkatın işinin effektivliyini artırmaq üçün öz fəaliyyətləri ilə yardımçı olmaq;
5.9 OL Hərəkatının üzvü nizamnaməni pozarsa, onun fəaliyyəti ümumi məqsədlərə mane olursa, hərəkatının keçirdiyi tədbirlərdə, aksiyalarda, yığıncaqlarda səbəbsiz iştirak etmirsə, İdarə Heyətinin iclasda iştirak edən dörddə üçünün qərarı ilə o Hərəkatdan xaric edilir.
5.10 OL Hərəkatında üzvlüyə xitam bu hallarda baş verir:- Hərəkatını öz istəyi ilə tərk etmək;- Hərəkatından xaric edilmə.
6. HƏRƏKATIN TƏŞKİLATİ QURULUŞU VƏ İDARƏETMƏ ORQANLARI:
6.1 OL Hərəkatının ali orqanı ildə iki dəfədən az olmayaraq çağırılan Konfransdır.
6.2 Konfrans:
- Hərəkatın Nizamnaməsini qəbul edir, ona dəyişikliklər və əlavələr edir;
- Hərəkatın fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir;
- Hərəkatın İdarə Heyətinin üzvlərini seçir;
- İdarə Heyətinin və digər vəzifə sahiblərinin hesabatlarını dinləyir və müzakirə edir.
- Hərəkatın fəaliyyətinə xitam verilməsi və ya yenidən təşkil olunmasına qərar verə bilir.
6.3 Konfransda müzakirə olunan məsələlər haqqında qərar, sadə səs çoxluğu ilə qəbul edilir.
6.4 Konfrans İdarə Heyəti tərəfindən ildə 2 dəfə, fevral və sentyabr aylarında çağırılır. Konfransın çağırılması barədə qərar qəbul edildikdən sonra, Konfransın keçiriləcəyi günə bir ay qalmış Hərəkatın bütün üzvlərinə bildirişlə xəbər verilir. Növbədənkənar Konfrans Hərəkatın 1/3 hissəsinin və ya İdarə Heyətinin 2/3 hissəsinin tələbi ilə çağırıla bilər.
6.5 Konfranslar arası dövrə Hərəkatın bütün fəaliyyətinə İdarə Heyəti rəhbərlik edir.
6.6 İdarə Heyətinin iclasları hər həftə keçirilir. İdarə Heyətinin növbədənkənar iclasları İdarə Heyətinin üzvlərinin 1/3 hissəsinin təşəbbüsü ilə çağırılır.
6.7 İdarə Heyəti:
- Öz üzvləri arasından Hərəkatın İcraçı Direktorunu seçir;
- Hərəkat daxilindən vəzifələrin icraçılarını təyin edir;
- Konfranslar arası dövrdə Hərəkatın bütün fəaliyyətinə kollegial rəhbərlik edir;
- Hərəkata üzvlər qəbul edir və üzvlükdən azad edir;
- Hərəkat daxilində seçkili orqanların və vəzifəli şəxslərin istefasını qəbul edir;
- Nizamnamə pozuntusuna yol vermiş seçkili orqanların və vəzifəli şəxslərin səlahiyyətlərini dayandırır, klubların və şöbələrinin Əsasnamələrini təsdiq edir;
- Təkliflər və layihələr irəli sürür;
- Hərəkatın büdcəsini və ştat cədvəlini təsdiq edir;
- Aksiyalar və tədbirlərin həyata keçirilməsi ilə bağlı qərar verir;
- Hərəkatı adından danışmaq səlahiyyəti verir;
- Hərəkat adından bəyanat verir;
- Hərəkatının fəaliyyət strategiyasının hazırlayır;
- Klubların işini koordinasiya edir;
- Öz səlahiyyətləri həddində digər qərarlar qəbul edir;
- İdarə Heyətinin iclasları üzvlərin 2/3-i iştirak etdikdə səlahiyyətli sayılır;
- İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir.
- İdarə Heyətinin iclaslarında sədrlik növbəlidir.
6.8 İdarə Heyətinin qəbul etdiyi qərarların icrasına İcraçı Direktor rəhbərlik edir və sonda İdarə Heyətinə hesabat verir.
7. HƏRƏKAT DAXİLİNDƏKİ KLUBLAR:
7.1 OL Azərbaycan Gənclər Hərəkatı daxilindəki klublar, gənclərin çalışdığı, maraqlandığı, həvəs göstərdiyi sahələr üzrə bölünür.
7.2 Klublar sayla məhdudlaşmır.
7.3 Hər hansı bir yeni klubun yaradılması İdarə Heyətinin razılığı ilə, hərəkatın ən azı 10 üzvünün təşəbbüsü ilə həyata keçirilir.
7.4 Klublarda OL Hərəkatını Nizamnaməsinə və Məramnaməsinə zidd olmayan hər bir fəaliyyətlə məşğul olmaq olar.
7.5 OL Hərəkatının klublarına başçılıq edən üzvlər koordinator adlanırlar.
7.6 Koordinatorları İdarə Heyəti təyin edir və İdarə Heyəti tərəfindən vəzifədən azad edilirlər.
7.7 Klubun istiqamətləndirilməsi və fəaliyyəti ilə bağlı məsuliyyəti koordinatorlar daşıyırlar.
7.8 İdarə Heyətinin üzvləri koordinator ola bilməzlər.
7.9 Hər həftə klub koordinatorlarının iclası keçirilir. İclasa İcraçı Direktor sədrlik edir.
“OL!” AZƏRBAYCAN GƏNCLƏR HƏRƏKATININ NİZAMNAMƏSİ
Labels: nizamname
Subscribe to:
Post Comments (Atom)
1 comment:
OL Azərbaycan Gənclər Hərəkatı daxilindəki klublar, gənclərin çalışdığı, maraqlandığı, həvəs göstərdiyi sahələr üzrə bölünür.!!!22dd
Post a Comment