17.08.2009
Səadət Akifqızı
"ABŞ-da bir universitetə qəbul olunmuşdum, ikinci magistraturaya, elə bilirdim ki, dövlət proqramı çərçivəsində gedib oxuya biləcəm, amma belə olmadı".
Adının çəkilməsini istəməyən müsahibimiz bakalavr və magistratura təhsilini də xarici ölkələrdə dövlət hesabına alıb. İxtisasca iqtisadçı olan bu şəxs deyir ki, Təhsil Nazirliyində ona ABŞ universitetlərinə ərizə qəbulunun dayandırıldığını deyiblər.
"Adnan Hacızadə və Emin Milliylə bağlı qalmaqaldan sonra hökumət ABŞ-a oxumağa tələbə göndərmək istəmir" - deyən müsahibimizin dövlət dəstəyi olmadığından mükəmməl təhsil arzusu yarımçıq qalıb, o, Birləşmiş Ştatlara oxumağa gedə bilməyib.
Bəzi məlumatlara görə isə, yuxarı hakimiyyət dairələrində çoxdan "ABŞ-a göndərilən tələbə Saakaşvili olub qayıdacaq" fikirləri səslənir və indi qeyri-rəsmi şəkildə okeanın o tayına tələbə göndərişi dayandırılıb. Bu məlumatların həqiqət olub-olmadığını öyrənmək üçün Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsiylə əlaqə saxladıq. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" çərçivəsində ərizə qəbulu aparılır. Ərizələrin qəbulu avqustun 20-də başa çatacaq. Amma bu dəfə bakalavr pilləsi üzrə təklif olunan ölkələr arasında ABŞ yoxdur. Təhsil Nazirliyinin sözügedən şöbəsindən bildirdilər ki, nəinki bu il, heç əvvəllər də bakalavr pilləsi üçün ABŞ seçilməyib.
Amma Təhsil Nazirliyinin "http://xaricdetehsil.edu.gov.az" saytındakı tələbələr bölümündə biz bir neçə nəfərin ABŞ-da bakalavr təhsili aldığını müəyyənləşdirdik. Onlardan 2008-ci ildə Pittsburq Universitetinə daxil olan Vüsal Babaşov təhsilini 2013-cü ildə başa vuracaq.
"KVOTA" BİTİB
Bəs ABŞ ali məktəblərində magistraturaya ərizə vermək olarmı? Təəssüf ki, yox. Çünki "kvota" dolub. Bu haqda Təhsil Nazirliyinin xarici əlaqələr şöbəsindən bildirdilər:
- Kvota dolub. Yer yoxdur.
Söhbət hansı "kvota"dan gedir? Bir halda ki, hələ seçim aparılmayıb, ərizə qəbulu davam edir, müsabiqə necə yekunlaşıb? Təəssüf ki, bu sualların da cavabını ala bilmədik.
ABŞ-dan HƏM DƏ HAKİMİYYƏTPƏRƏST QAYITMAQ OLAR
Qayıdaq "Saakaşvili" məsələsinə. Doğrudanmı, ABŞ-da hər təhsil alan "Saakaşvili" ola bilər? Hüquqşünas Erkin Qədirlinin fikrincə, söhbət təhsil sistemindən gedirsə, Azərbaycan mükəmməl bilik üçün xaricə tələbə göndərməyi nəinki azaltmalı, hətta artırmalıdır. Amma onun fikrincə, yüksək təhsil almaq heç də demokratik təfəkkür sahibi olmaq demək deyil:
- Bilik vacibdir. Amma biliklə azadlıq arasında səbəb-nəticə əlaqəsi yoxdur. Mən o qədər gənc tanıyıram ki, ABŞ-da təhsil alıblar, amma hakimiyyəti dəstəkləyiblər.
Bəs Adnan Hacızadə və ya Emin Millinin yolu ABŞ-a düşməsəydi, onlar yenə də azad, demokratik təfəkkür yiyəsi olardılarmı? Erkin Qədirli:
- Onlar ABŞ-a oxumağa getməmişdən qabaq bu düşüncənin yiyəsiydilər, azadlıqsevər insanıydılar. Azərbaycanda o qədər sovet təhsili almış adamlar var ki, totalitar hakimiyyətlə mübarizə aparırlar.
ABŞ təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin rəhbəri Ceyhun Kərəmov isə deyir ki, Birləşmiş Ştatlarda təhsil alan gənclər öz ixtisaslarında peşəkar kimi yetişirlər. Yəni dövlət ya özəl sektorda çalışmalarına baxmayaraq, vəzifələrinə peşəkar yanaşırlar. Amma digər məsələlər isə fərdi xarakter daşıyır.
http://www.azadliq.org/content/article/1801582.html
ABŞ-da hər oxuyandan "Saakaşvili" olmaz
ABŞ qəzetçisinin Azərbaycan haqqında fikirləri
Bu yaxınlarda ABŞ-a səfər etmiş bir neçə azərbaycanlı jurnalistlə söhbətdən sonra "The Gazette" qəzetinin köşə yazarının fikirlərini sizlərə təqdim edirik.
Visitors inspire
By Todd Dorman
Gazette columnist
todd.dorman@gazcomm.com
Sometimes, you get a dose of perspective and inspiration when you least expect it.
Mine came Friday afternoon. My boss asked me to sit in on a visit by a pair of journalists from Azerbaijan. I’d like to say I was enthused, but hey, it was Friday afternoon.
I had to hit Google to figure out exactly where Azerbaijan is. As it turns out, it’s on a very important piece of real estate bordering Iran, Russia, Georgia, Armenia and the Caspian Sea. Mentions of Azerbaijan usually are proceeded by the words “oil-rich former Soviet Republic.”
The journalists, including a young columnist, were curious about how an American newspaper operates. They asked a lot of questions through an interpreter about how many employees we have, how many papers we print and so on. They were especially curious about our advertising, who buys it and how much we sell.
This didn’t seem like exciting stuff. I admit checking the clock a couple of times. But then, the young columnist turned to the interpreter and spoke for quite awhile. Then the interpreter explained.
The columnist was sorry for asking questions that might seem simplistic, but they are journalists who work or have worked for opposition newspapers that stand up to the nation’s oppressive government. They’re interested in advertising because it’s very difficult for their publications to sell ads. Businesses are afraid to buy them for fear the government will retaliate.
They then went on to talk about journalists who have been beaten, stabbed and jailed in Azerbaijan with either the direct involvement or tacit approval of the government. Others have been silenced through trumped-up lawsuits. Newspapers have been shuttered by a government frightened that its citizens will learn the truth. The columnist said her pieces have been altered by those fearful of retribution.
In short, these young writers are risking much to speak truth to power. I felt a mixture of inspiration and embarrassment.
While I worry over whether I’m using Twitter enough and obsess over blog hits, there are journalists out there taking real hits. I’m concerned about the future of print. They’re concerned about a future in prison.
But meeting them was also a much-needed reminder of why I got into this business, and why I’ll never regret choosing this vocation, even if it does go the way of the rotary dial phone.
Who knows how long I’ll get to do this. But I do know the next time I’m reluctant to write what I think because I’m afraid of nasty e-mail, I’m scared to ask a question that might offend or I’m skittish about tackling a touchy subject, I’ll think about our visitors from Azerbaijan.
Böhran vaxtı iş necə tapmalı?
Keçən ilin payızından etibarən bütün dünyanın maliyyə sektoru son dövrün ən ciddi böhranını yaşamaqdadır. Düzdür, artıq bu böhran nisbətən mülayimləşib və bununla bərabər Azərbaycanda digər qonşu ölkələrlə müqayisədə özünü az biruzə verib. Lakin, böhranın ikinci dalğasını Azərbaycan iqtisadiyyatında daha sərt təsir edəcəyi haqqında proqnozlar mövcuddur.
Bütün bu faktorlar, Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətləri işçi seçimində daha sərt olmağı vadar edir. Son yarım ildə müəyyən qədər işçi ixtisarları və bununla bərabər vakansiya ixtisarları da baş vermişdir. İşçi bazarı çox sərtləşib. Bu vəziyyətə cəmiyyətdə ən aktual suallardan biri məhz bu olur – İşi necə tapmalı?
OL!-un dostu olan Rəşad Bayramovun “Zerkalo” qəzetinə “Böhran vaxtı iş necə tapmalı?” mövzusunda müsahibə vermişdir. Müsahibənin mətni ilə (rus dilində) aşağıda tanış ola bilərsiniz.
Rəşad Bayramov BP şirkətin daxili və xarici əlaqələr üzrə ekspertdir. Rəşad ABŞ-ın Maski Felloyşip proqramı üzrə Roçester Texnologiya İnstitutunun Marketinq və Kommunikasiyalar fakültəsini magistr pilləsi ilə bitirmişdir. O, həm də BP şirkətin Nəşrlər və Əməkdaşlar üçün proqramlar şöbəsinin rəhbəri və şirkət daxili “COMPASS” jurnalının redaktorudur. Rəşadın fikirləri haqqında sualınız varsa, birbaşa onunla email (rashadazeri@yahoo.com) vasitəsi ilə əlaqə saxlayın.
Как найти работу во время кризиса?
Одним из продуктов мирового экономического кризиса стала возрастающая необходимость высоко-профессионального подхода к поиску работы в частности и построению карьеры в целом. В деле поиска работы хорошим началом является освоение нескольких важных инструментов, которые станут залогом победы в «битве» за место под солнцем.
- Как, по Вашему мнению, кризис коснулся рынка труда в Азербайджане?- Как и по всему миру, кризис привел к сокращению рабочих мест, особенно в частном секторе. Количество новых вакансий идет на убыль, в то время как армия безработных растет. В результате, вдвое больше соискателей борется за вдвое меньшее количество мест. Естественно, что найти работу становится все сложнее.
- Так как все-таки можно найти работу при такой конкуренции?
- Единственный выход – это позиционировать себя как уникального кандидата, создать свой собственный «бренд» и говорить о своей неповторимости. При этом нужно искусно применять такие инструменты как резюме (или Си-Ви), сопроводительное письмо, карьерный «нетуоркинг» (или создание профессиональной сети знакомств) и собеседование с работодателем. Если вы в совершенстве владеете этими инструментами, то успех в нахождении работы вам обеспечен. Ну а если нет, не расстраивайтесь: сегодня в Азербайджане есть компании, которые могут этому искусству обучить.
- Итак, я в поиске работы. Что делать?
- Шаг первый – это профессионально составленное резюме. В зависимости от качества, резюме может стать вашим билетом в лучшую жизнь или тяжелым грузом, который будет усложнять и замедлять ваш прогресс. Шаг второй – это активный поиск работы как через объявления, так и при помощи карьерного «нетуоркинга». Помните, что то, кого вы знаете и кто знает вас, зачастую важнее того, что вы знаете. И первый и второй шаги служат одной основной цели – обеспечить вам собеседование с работодателем. Отсюда необходимость в третьем шаге – подготовке к безупречному собеседованию, которое выделит вас среди всех соискателей как идеальную кандидатуру на вакантную позицию.
- А стоит ли что-то предпринимать, если я обеспечен работой на сегодняшний день?
- Есть две категории людей: те, которые ищут работу, оказавшись без нее, и те, которые думают о новом месте еще сидя в своем рабочем кресле. Вторым всегда легче, чем первым: работодатели, как правило, предпочитают работающих кандидатов безработным. Поэтому мой совет прост: самое время начать планировать свою будущую карьеру, когда у вас есть работа.
- Что такое «нетуоркинг» и почему он так важен?
- «Нетуоркинг» - это создание и поддержание отношений с людьми, которые могут помочь вам развивать вашу профессионаьную карьеру, делать вашу работу лучше и в целом обогатить и облегчить вашу жизнь. Исследователи по всему миру в один голос говорят, что подавляющее большинство вакансий – по некоторым подсчетам от 60 до 90% - скрыты от среднего соискателя. Эти рабочии места не объявляются вакантными и потому являются частью «скрытого» рынка труда. О них можно узнать только от друзей и знакомых, а это подразумевает активный «нетуоркинг».
- Где и с кем лучше всего заниматься «нетуоркингом»?
- Прежде всего, необходимо понять, что «нетуоркингом» можно заниматься где угодно и с кем угодно. Это процесс построения отношений, которые призваны помочь вашему карьерному росту, и начать лучше всего со своего непосредственного окружения. Прежде всего, это ваши нынешние и прежние коллеги по работе, друзья и товарищи, бывшие одноклассники и сокурсники, клиенты и поставщики, члены вашей профессиональной организации или спортивной секции, и наконец, родственники и соседи. Завести деловые знакомства можно в офисе, на конференции, тренинг-семинаре, благотворительной вечеринке, дне рождения, в спортивном зале, на борту самолета и, конечно, в Интернете.
- О чем лучше всего говорить во время делового знакомства?
- Основной целью «нетуоркинга» является получение полезной информации о вашем новом знакомом: кто он? чем занимается? где работает? чем увлекается? и т.д. Список вопросов и их характер во многом определяются тем, где вы заводите знакомство и какова ваша основная цель. Кроме этого, и ваш собеседник должен получить о вас достаточное количество информации, главным образом, чем вы занимаетесь и что отличает вас от других. В такой беседе лучше всего придерживаться принципа 20-80: говорите 20% времени, а слушайте 80%. Спрашивая о чем-то, внимательно выслушивайте ответ, и стройте ваш следующий вопрос на полученной информации.
- Как сделать «нетуоркинг» максимально успешным?
- Успех в «нетуоркинге» приходит не к тем, кто только создает новые отношения, а к тем, кто их еще и умело поддерживает. Крайне важно, чтобы ваш новый контакт запомнил вас среди десятка или более людей, с которыми он познакомился во время мероприятия. Поэтому на следущий же день напишите ему короткое сообщение по электронной почте, поблагодарив за приятную беседу или дельный совет. Но это еще не все. Если вы хотите из простого знакомого превратиться в доброго приятеля, пишите или звоните вашему контакту регулярно, хотя бы один раз в три месяца. Поводом может стать праздник или интересная статья, которой вы хотите поделиться. Людям такое бескорыстное внимание очень приятно, и они будут рады помочь вам, как только представится возможность.
- Насколько эффективным является «нетуоркинг» по Интернету?
- Сегодня, когда количество пользователей глобальной сети перевалило за отметку 1 милиард, Интернет является наиболее быстро растущим местом общения людей, а потому идеально подходит для карьерного «нетуоркинга». Но прежде чем окунаться в воды безбрежней сети, ищущий работу человек должен сделать все возможное, чтобы увеличить узнаваемость своего «бренда» в реальном мире: надо писать статьи, разговаривать с организациями и подготовить свое резюме. На следующем этапе вам надо сделать все, чтобы работодатель, задавший поиск по определенным параметрам, мог найти информацию о вас в сети. Это подразумевает создание персонального веб-сайта, блога или размещение своего электронного резюме в Интернете. Последним этапом является открытие собственной странички на популярных веб-сайтах Интернет-«нетуоркинга», таких как LinkedIn и Facebook, а также участие в Интернет форумах, посвященных вашей отрасли.
- Какой цели служат резюме?
- Хорошее резюме обеспечивает вам «пропуск» на собеседование. Дело в том, что у работодателя нет возможности встречаться с каждым кандидатом на вакантную позицию. Его время очень дорого, и потому он предпочитает ознакомиться с краткой автобиографией соискателя (т. е. его резюме), прежде чем вызывать его на собеседование. Хорошее резюме должно ответить на три важных вопроса работодателя: что вы знаете и умеете? чем вы занимались ранее? и что вы можете сделать для меня? Если ответы на эти вопросы удовлетворят работодателя, считайте, что вы получили свой «пропуск».
- О чем должен знать любой составитель резюме?
- Всегда адаптируйте ваше резюме под требования вашей аудитории. Посылать одно и то же резюме разным работодателям – это все равно, что резать бумагу и подрезать траву на лужайке одними и теми же ножницами. Это неэффективно и непрофессионально. Каждое резюме должно быть уникальным документом, где информация представлена таким образом, чтобы работодатель четко видел, что ваших навыки, знания и достижения идеально подходят для этой работы.
- Как расположить информацию в резюме, чтобы выглядеть профессионально?
- Это зависит от того, на какую позицию вы подаете. Если объявленная вакансия схожа с вашей последней работой, то следом за долгосрочной целью разместите ваш опыт работы в обратном хронологическом порядке. Если вы долгое время без работы или решили поменять направление вашей карьеры, тогда вместо опыта работы лучше начать резюме с информации о ваших навыках и умениях. Так вам удастся сконцентрировать внимание работодателя на том, что вы умеете, а не на том, где и когда работали.
- Насколько важны сопроводительные письма и чем они отличаются от резюме?
- Сопроводительное письмо – это ваш шанс прямого обращения к работодателю, возможность поговорить с ним. Здесь вы говорите читателю о том, что делает вас уникальным (а главное подходящим) кандидатом и почему ему следует прочесть ваше резюме. Не используйте это письмо как краткую версию резюме. Чтобы обеспечить вам приглашение на собеседование, сопроводительное писмо должно ответить на три вопроса: зачем вы пишете это письмо? что делает вас уникальным? и что вы можете сделать для компании?
- Как можно составить хорошее сопроводительное письмо?
- Во-первых, всегда начинайте письмо с самого впечатляющего факта о себе. Помните, что некоторые работодатели получают до 100 сопроводительных писем в неделю и потому тратят на прочтение каждого письма в среднем около 8 секунд. Переходите к сути дела без промедления. Укажите ваше самое подходящее для данной вакансии профессиональное достижение. Во-вторых, проявите свои блестяшие знания о компании и ее сегодняшних успехах и проблемах. В-третьих, докажите, что вы тот самый человек, который поможет компании увеличить доходы, сократить расходы или решить конкретные задачи.
- А существуют ли в Азербайджане компании, которые обучают упомянутым вами инструментам поиска работы?
- Конечно! Сегодня в Азербайджане действует ряд компаний, которые предлагают очень эффективные тренинг-пакеты, обучающие секретам «нетуоркинга», составлению эффектных резюме и профессиональному подходу к собеседованиям. Каждому, кто серьезно настроен на поиск работы, я настоятельно рекомендую пройти через эти тренинги. Кроме этого, большое количество подходящего материала можно найти в Интернете. К сожалению, наиболее качественные ресурсы глобальной сети составлены на английском языке, и потому могут быть недоступны для некоторых наших соотечественников.
- Каков Ваш заключительный совет людям, которые ищут работу?
- Будьте настойчивы. Верьте в свои силы. Если вы ведете себя уверенно, люди будут воспринимать вас именно так, а не иначе. Никогда не сдавайтесь на полпути. Поиск работы может оказаться длительным процессом, поэтому будьте терпеливы и научитесь извлекать уроки из каждой неудачи, чтобы еще на один шаг приблизиться к победе.
Chief Executive Officer – Azerbaijan
Mətnin əsli ilə burada tanış ola bilərsiniz
Mərcan Sətrapidən yeniliklər - Persepolis 2.0
Layihənin linki: http://www.spreadpersepolis.com/
Broşurun PDF formatında tam versiyasınln linki: http://www.spreadpersepolis.com/wp-content/uploads/2009/06/Persepolis_2.0.pdf
İrandakı Azadlıq və Demokratiya uğrunda mübarizə haqqında məlumatı hamıya çatdırmaq üçün yuxarıdakı linkləri və yaxud bu səhifənin linkini Facebook, Twitter, Odnoklassniki, Yahoogroups və digər vasitələrlə yayın.
QHT qanunu barəsində Eşşəyin öz fikirləri var
Sizlərə Bakıya yenicə təşrif buyurmuş eşşəyin mətbuat konfransını təqdim edirik.
Amerikalı bizim himnimizi ifa etdi
PeaceCorps proqramı üzrə Biləsuvar rayonunda iki il ərzində könüllü fəaliyyəti ilə məşğul olmuş Amerika vətəndaşı tərəfindən Azərbaycan Dövlət Himninin ifası
18,200$-lıq eşşək artıq Bakıda
Gözlədiyiniz an artıq gəlib çatdı. Almaniyadan yüksək qiymətə gətirlmiş eşşəklərdən birinin eksklyuziv görüntüləri yalnız bizim bloqumuzda.
Daha ətraflı burda: http://ria.az/iqtisadiyyat/10503.html
Barak Obamanın Qahirə çıxışı (Tam Mətn)
Yeni Başlanğıc
Mən əbədi şəhər Qahirədə olmaqdan və iki böyük institut tərəfindən qarşılanmaqdan şərəf duyuram. Min ildən artıqdır ki, Əl-Əzhər Universiteti İslam elminin mayakı olaraq durmuşdur və bir əsrdən artıqdır ki, Qahirə Universiteti Misirin inkişafının mənbəyi olmuşdur. Siz birlikdə ənənə ilə inkişaf arasında ahəngi təmsil edirsiniz. Mən sizin və Misir xalqının qonaqpərvərliyinə görə minnətdaram. Mən həmçinin özümlə Amerika xalqının iltifatını və ölkəmdəki bütün müsəlman icmalarının sülh salamını gətirməkdən şərəf duyuram: Əssalamu aleykum.(Alqışlar)
Biz Birləşmiş Ştatlarla Müsəlman dünyası arasında böyük bir gərginliyin yaşandığı bir zamanda görüşürük – bu gərginliyin kökü hazırkı siyasi debatlardan çox-çox keçmişə gedən tarixi qüvvələrə bağlıdır. İslamla Qərb arasındakı münasibətlərə əsrlərlə birgə yaşayış və əməkdaşlıqla yanaşı münaqişələr və dini müharibələr də daxildir. Yaxın keçmişdə bu gərginlik bir çox müsəlmanların hüquq və imkanlarını rədd edən müstəmləkəçilikdən və müsəlmanların çoxluq təşkil etdiyi ölkələrin öz arzularını nəzərə almadan onların çox zaman peyk (ikinci dərəcəli) dövlətlər kimi davranıldığı Soyuq Müharibədən qidalanmışdır. Bunlardan əlavə, müasirlik və qloballaşmanın gətirdiyi köklü dəyişikliklər bir çox müsəlmanların Qərbə İslam ənənələrinin düşməni kimi baxmasına gətirib çıxarmışdır.
Zorakı ekstremistlər bu gərginliklərdən kiçik, lakin güclü müsəlman azlıqları arasında istifadə etmişlər. 2001-ci il? 11 sentyabr hadisələri və bu ekstremistlərin mülki insanlara qarşı törətdiyi fasiləsiz zorakılıq cəhdləri mənim ölkəmdə bəzilərinin İslama yalnız Amerika və Qərb ölkələrinə qarşı deyil, bütünlükdə insan hüquqlarına qarşı qaçılmaz olaraq düşmən kimi baxmasına səbəb olmuşdur. Bütün bunlar daha da çox qorxu və inamsızlıq yaratmışdır.
Çıxışın Video yazısı
Mən buraya - Qahirəyə Birləşmiş Ştatlar ilə bütün dünya müsəlmanları arasında yeni başlanğıca nail olmaq üçün gəlmişəm; o başlanğıc ki, qarşılıqlı maraq və hörmətə əsaslanır; və o başlanğıc ki, Amerika və İslamın tək olmadığı həqiqətinə və onların bir-biri ilə rəqabətdə olmalarına ehtiyacın olmaması həqiqətinə əsaslanır. Əksinə, onlar bir-biri ilə üst-üstə düşürlər və ortaq prinsiplərə - ədalət və çiçəklənmə, tolerantlıq və bütün insanların şərəfli olması prinsiplərinə malikdirlər.
Mən başa düşürəm ki, dəyişikliklər bir gecədə baş verə bilməz. Bilirəm, bu nitqim barədə çox danışılır, amma heç bir nitq illərin inamsızlığını kökündən qoparıb ata bilməz, heç mən əlimdə olan bu zaman müddətində bizi bu məqama gətirib çıxaran bütün kompleks suallara cavab da verə bilmərəm. Lakin, mən inanıram ki, irəliyə doğru addım atmaq üçün biz ürəklərimizdə saxladığımız və çox zaman ancaq bağlı qapılar arxasında səsləndirilən sözləri açıq şəkildə deməliyik. Bir-birimizi dinləmək, bir-birimizdən öyrənmək, bir-birimizə hörmət etmək və ortaq mövqeyə nail olmaq üçün davamlı səylər olmalıdır. Müqəddəs Quranın bizlərə dediyi kimi: “Allahı unutmayın və doğru danışanlar olun.” (Alqışlar) Mən buna çalışacağam – qarşımızda duran vəzifənin ağırlığını nəzərə alaraq və bizim insan kimi paylaşdığımız ortaq maraqların bizi parçalayan qüvvələrdən qat-qat güclü olduğu inancımda möhkəm dayanaraq bacardığım qədər həqiqəti danışacağam.
Bu inancın bir qismi mənim öz təcrübəmlə bağlıdır. Mən xristianam, lakin mənim atam nəsillər boyu müsəlmanların yaşadığı Kenyalı ailədə doğulmuşdur. Cavan oğlan olarkən, mən bir neçə il İndoneziyada yaşamışam və dan yeri söküləndə və qaranlıq çökəndə azan səsini eşitmişəm. Gəncliyimdə mən bir çoxlarının öz müsəlman inancında şərəf və rahatlıq tapdığı Çikaqo icmalarında işləmişəm.
Mən həmçinin tarix tələbəsi kimi sivilizasiyanın İslama borclu olduğunu bilirəm. Bir çox əsrlər boyunca - Əl-Əzhər kimi yerlərdə - elmin yoluna işıq salan, Avropanın İntibahı və Maarifçilik fəlsəfəsinə yol açan məhz İslam olmuşdur. Riyazi ardıcıllıq, bizim maqnit kompas və naviqasiya alətləri, qələm və çap sahəsində bizim ustalığımız, xəstəliklərin necə yayılması və onların necə sağaldılması haqqında bizim anlayışlarımız müsəlman xalqların gətirdiyi yeniliklər əsasında yaranmışdır. (Alqışlar)
Islam mədəniyyəti bizə füsunkar tağlar və yüksək qüllələr, əbədi poeziya və qiymətli musiqi, gözəl hüsnxətt və sakit düşüncə məkanları bəxş etmişdir. Həmçinin bütün tarix boyu İslam həm sözlərdə, həm də əməllərdə dini tolerantlığın və irqi bərabərliyin mümkünlüyünü nümayiş etdirmişdir. (Alqışlar)
Mən həmçinin bilirəm ki, İslam həmişə Amerikanın tarixinin bir hissəsi olmuşdur. Mənim ölkəmi ilk olaraq tanıyan dövlət Mərakeş olmuşdur. 1796-cı ildə Tripoli Sazişini imzalayarkən bizim ikinci prezidentimiz Con Adams yazırdı: “Birləşmiş Ştatların müsəlmanların qanunlarına, dininə və ya dincliyinə qarşı heç bir düşmənçilik xarakteri yoxdur.” Və bizim dövlətimiz yaranandan bu günə kimi amerikalı müsəlmanlar Birləşmiş Ştatları zənginləşdirmişlər. Onlar bizim müharibələrimizdə döyüşmüş, onlar hökumətimizə xidmət etmiş, onlar insan hüquqları uğrunda ayağa qalxmış, onlar biznes yaratmış, onlar universitetlərimizdə dərs demiş, onlar idman arenalarımızda fərqlənmiş, onlar Nobel Mükafatı qazanmış, bizim ən hündür binamızı inşa etmiş və Olimpiya məşəlini yandırmışlar. Və bu yaxınlarda ilk amerikalı müsəlman Konqresə seçildiyi zaman bizim Konstitusiyamızı qorumaq naminə bizim Bani Atalarımızdan biri olan Tomas Cefersonun şəxsi kitabxanasında saxladığı Müqəddəs Qurana and içmişdir. (Alqışlar)
Beləliklə də mən İslamın ilk yarandığı regiona gəlməzdən öncə onu üç materikdə tanımışam. Həmin təcrübə mənim inamımı müəyyən edir ki, Amerika ilə İslam arasındakı tərəfdaşlıq İslamın olmadığına deyil, İslamın nə olduğuna əsaslanmalıdır. Və mən, Birləşmiş Ştatların prezidenti kimi, harada meydana çıxmasından asılı olmayaraq, mənfi İslam stereotiplərinə qarşı mübarizə aparmağı öz vəzifələrimdən biri hesab edirəm. (Alqışlar)
Amma həmin bu prinsip müsəlmanların Amerika haqqında düşüncələrinə də tətbiq edilməlidir. (Alqışlar) Müsəlmanlar kobud, alçaldıcı stereotipə uyğun gəlmədiyi kimi, Amerika da öz maraqlarını güdən kobud imperiya stereotipi deyil. Birləşmiş Ştatlar dünyanın indiyədək tanıdığı ən böyük tərəqqi mənbələrindən biri olmuşdur. Biz imperiyaya qarşı inqilabdan doğulmuşuq. Biz hamının bərabər yaradıldığı idealı əsasında yaranmışıq və həm öz sərhədlərimiz daxilində, həm də bütün dünyada bu sözlərə əsl mənasını vermək üçün əsrlərlə qan tökmüş və mübarizə aparmışıq. Biz Yer kürəsinin hər tərəfindən götürülmüş hər bir mədəniyyətdən formalaşmış və sadə bir konsepsiyaya sadiq qalmışıq: E pluribus unum - “Çoxlarından vahid biri”.
Indi Barak Hüseyn Obama adlı afrikalı amerikalının prezident seçilə bilməsi faktına çox diqqət çəkilir. Amma mənim şəxsi tarixçəm elə də unikal deyildir. Bütün insanlar üçün imkan arzusu Amerikadakı hər bir kəs üçün gerçəkləşməmişdir, lakin onun verdiyi vəd bizim sahillərimizə gələn hamı üçün mövcuddur ki, buraya, yeri gəlmişkən, ölkəmizdə bu gün orta təhsil və gəlir səviyyəsindən yuxarı səviyyədə yaşayan yeddi milyona yaxın müsəlman da daxildir. (Alqışlar)
Bundan əlavə, Amerikada azadlıq hər bir kəsin öz dininə etiqad etmə azadlığından ayrılmazdır. Buna görə də bizim birliyimizdəki hər bir ştatda məscid vardır və sərhədlərimiz daxilindəki məscidlərin sayı bu gün 1200-dən artıqdır. Buna görədir ki, ABŞ hökuməti qadınların və qızların hicab geymək hüququnu müdafiə etmək və bu hüququ inkar etmək istəyənləri cəzalandırmaq məqsədilə məhkəməyə getmişdir. (Alqışlar)
Ona görə də qoy bunda heç bir şübhə olmasın: İslam Amerikanın bir parçasıdır. Və mən inanıram ki, Amerika öz içində bir həqiqəti daşıyır: irqindən, dinindən, həyatdakı mövqeyindən asılı olmayaraq bizim hamımızın ortaq stimulları vardır – sülh və təhlükəsiz şəraitdə yaşamaq, təhsil almaq və şərəflə işləmək, ailələrimizi, cəmiyyətimizi və Allahımızı sevmək. Biz bunları paylaşırıq. Bu, bütün insanlığın ümididir.
Əlbəttə ki, öz ortaq insanlığımızı tanımaq bizim vəzifəmizin başlanğıcıdır. Yalnız sözlər bizim insanlarımızın ehtiyaclarını ödəyə bilməz. Bu ehtiyaclar yalnız qarşıda duran illərdə bizim cəsarətlə hərəkət edəcəyimiz və qarşımıza çıxan problemləri paylaşdığımızı anlayacağımız halda qarşılanacaqdır, bu ehtiyacları qarşılamayacağımız halda isə bizim hamımızı ağrıdacaq.
Belə ki biz son təcrübəmizdən öyrənmişik ki, bir ölkədə maliyyə sistemi zəifləyəndə hər yerdə inkişafa zərbə dəyir. Yeni qrip bir insana yoluxanda, hamı təhlükə altında olur. Bir dövlət nüvə silahı hazırlayanda, nüvə hücumu təhlükəsi bütün dövlətlər üçün artır. Zorakı ekstremistlər bir dağ silsiləsində fəaliyyət göstərəndə, okeanın o tayında da insanlar təhlükəyə məruz qalırlar. Həmçinin Bosniya və Darfurda günahsız insanlar qətlə yetiriləndə, bu, bizim ortaq vicdanımıza ləkədir. (Alqışlar) 21-ci əsrdə bu dünyanı birgə paylaşmaq bu deməkdir. Bu, bizim insan övladı olaraq bir-birimiz qarşısındakı məsuliyyətimizdir.
Və bu, daşınmalı olan çətin bir məsuliyyətdir. Çünki insanlıq tarixində dövlətlərin və tayfaların – və, bəli, dinlərin - öz maraqlarına xidmət etmək məqsədilə biri digərinin istila etməsi çox tez-tez rast gəlinən bir faktdır. Lakin bu yeni dövrdə bu kimi mövqelər öz-özünü məğlub etmək deməkdir. Bizim qarşılıqlı asılılığımızı nəzərə alsaq, hər hansı bir dövləti və ya insanlar qrupunu digərinin başı üzərinə qaldıran istənilən dünya düzəni qaçılmaz olaraq iflasa uğrayacaqdır. Deməli, keçmiş haqqında nə düşünürüksə, biz ona əsir olmamalıyıq. Bizim problemlərimiz tərəfdaşlıq yolu ilə həll edilməlidir; inkişaf paylaşılmalıdır. (Alqışlar)
Amma bu o demək deyil ki, biz gərginlik mənbələrinə laqeyd qalmalıyıq. Əslində bu, onun əksini tələb edir; biz bu gərginliklərlə üz-üzə gəlməliyik. Ona görə də bu düşüncə ilə, icazə verin mənim qənaətimcə bizim nəhayət birgə qarşılaşmalı olduğumuz bəzi xüsusi məsələlər barədə bacardığım qədər aydın və geniş söhbət edim.
Bizim üzləşdiyimiz birinci problem özünün bütün formaları ilə birgə zorakı ekstremizmdir.
Ankarada mən açıq şəkildə bildirdim ki, Amerika İslamla müharibə aparmır və heç vaxt da aparmayacaq. Amma biz bizim təhlükəsizliyimizə öldürücü təhlükə yaradan zorakı ekstremizmə qarşı yorulmadan qarşı çıxacağıq. Çünki biz də bütün başqa inanclara malik insanların rədd etdiyi şeyləri – günahsız kişiləri, qadınları və uşaqları öldürməyi rədd edirik. Həmçinin president kimi Amerika xalqını qorumaq mənim birinci vəzifəmdir.
Əfqanıstandakı vəziyyət Amerikanın məqsədlərini və bizim birgə çalışmağa ehtiyacımız olduğunu nümayiş etdirir. Yeddi il bundan əvvəl Birləşmiş Ştatlar geniş beynəlxalq dəstəklə Əl-Qaidə və Talibanın dalınca getdi. Biz istədiyimizdən getmədik, biz zərurət olduğuna görə getdik. Mən bilirəm ki, bəziləri hələ də 11 sentyabr hadisələrinə şübhə ilə yanaşır və hətta mühakimə edirlər. Amma gəlin dəqiqləşdirək: əl-Qaidə həmin gün təxminən 3000 nəfər insanı öldürdü. Qurbanlar kiməsə zərər vermək üçün heç bir şey etməmiş Amerikadan və bir çox başqa ölkələrdən olan günahsız kişilər, qadınlar və uşaqlar idi. Buna baxmayaraq Əl Qaidə bu insanları qəddarcasına öldürməyi seçdi, hücumlara görə məsuliyyəti öz üzərinə götürdü və hətta indi də kütləvi şəkildə öldürməkdə qətiyyətli olduğunu bəyan edir. Onların bir çox ölkələrdə şöbələri vardır və öz miqyaslarını genişləndirməyə çalışırlar. Bunlar müzakirə ediləsi baxışlar deyil; bunlar mübarizə aparılası faktlardır.
Səhv etməyin: biz öz qoşunlarımızı Əfqanıstanda saxlamaq istəmirik. Biz orada heç bir hərbi baza saxlamaq niyyətində deyilik. Gənc kişilərimizi və qadınlarımızı itirmək Amerika üçün əzablıdır. Bu münaqişəni davam etdirmək baha başa gəlir və siyasi cəhətdən çətindir. Biz Əfqanıstan və Pakistanda mümkün qədər çox amerikalını öldürməkdə qətiyyətli olan zorakı ekstremistlərin olmadığına əmin olsaydıq, məmnuniyyətlə hər bir əsgərimizi geriyə vətənə qaytarardıq. Lakin bu hələ baş verməyib.
Biz buna görə qırx altı ölkədən ibarət bir ittifaq ilə tərəfdaşlıq edirik. Çəkilən xərclərə baxmayaraq Amerikanın öhdəliyi zəifləməyəcəkdir. Əslində bizim heç birimiz bu ekstremistlərə laqeyd yanaşmamalıdır. Onlar bir çox ölkələrdə qətllər törətmişlər. Onlar müxtəlif inanclardan olan insanları öldürmüşlər – hamısından çox isə müsəlmanları qətlə yetirmişlər. Onların əməlləri insan hüquqları, millətlərin inkişafı və İslamla barışmazdır. Müqəddəs Quran bəyan edir ki, “Günahsız insanı öldürən kəs bütün insanlığı öldürmüş kimidir; və bir insanı xilas edən kəs bütün insanlığı xilas etmiş kimidir.” Bir milyarddan artıq insanın ölməz inancı bir neçə insanın dar nifrətindən nə qədər də böyükdür. Islamın zorakı ekstremizmlə müharibəyə aidiyyatı yoxdur – o, sülhü təbliğ etməyin mühüm bir hissəsidir.
Amma biz eyni zamanda bilirik ki, yalnız hərbi güc Əfqanıstan və Pakistandakı problemləri həll edən deyil. Buna görə də biz növbəti beş il ərzində məktəblərin, xəstəxanaların və yolların tikilməsi, iş yerlərinin yaradılması məqsədilə Pakistanla əməkdaşlığa ildə 1.5 milyard dollar sərmayə qoymağı və öz yurdlarından didərgin düşmüş insanlara yardım etmək məqsədilə yüz milyonlarla dollar ayırmağı planlaşdırırıq. Və məhz buna görədir ki, biz öz iqtisadiyyatlarını inkişaf etdirməsi və insanların ehtiyac duyduğu xidmətləri göstərmələri üçün əfqanlara kömək etmək məqsədilə 2.8 milyard dollar vəsait veririk.
Icazə verin İraq məsələsinə də toxunum. Əfqanıstandan fərqli olaraq İraq müharibəsi seçimlə başlanılmış müharibə idi ki, bu da mənim ölkəmdə və bütün dünyada güclü fikir ayrılıqlarının yaranmasına rəvac verdi. Baxmayaraq ki, İraq xalqının Səddam Hüseynin despotizmi olmadan mütləq yaxşı olduğuna inanıram, mən eyni zamanda inanıram ki, İraqda baş verən hadisələr Amerikaya mümkün olan hallarda problemlərimizi həll etmək üçün diplomatiyadan istifadə etməli olduğumuzu və beynəlxalq konsensus yaratmalı olduğumuzu xatırlatdı. (Alqışlar) Doğrudan da Tomas Cefersonun sözlərini xatırlasaq, o deyirdi: “Mən ümid edirəm ki, bizim müdrikliyimiz gücümüzlə bərabər artacaqdır və gücümüzdən nə qədər az istifadə etsək, bir o qədər yaxşı olacağını bizə öyrədəcəkdir.”
Bu gün Amerikanın ikiqat məsuliyyəti vardır: İraqa özü üçün daha yaxşı gələcək qurmaqda kömək etmək və İraqı İraqlılara vermək. Mən İraq xalqına aydın şəkildə bildirmişəm ki, - (Alqışlar) – mən İraq xalqına aydın şəkildə bildirmişəm ki, biz orada heç bir baza saxlamaq niyyətində deyilik və onların ərazisi və ya resurslarına heç bir iddiamız yoxdur. Iraqın suverenliyi onun özünündür. Ona görə də mən cari ilin avqust ayına qədər döyüş briqadalarımızın oradan çıxarılmasını əmr etdim. Ona görə də biz İraqın demokratik yolla seçilmiş hökuməti ilə iyula qədər hərbi hissələrimizin İraq şəhərlərindən çıxarılacağı və 2012-ci ilədək bütün qoşunlarımızın İraqdan çıxarılacağı barədə razılaşmamızı şərəfləndirəcəyik. (Alqışlar) Biz öz Təhlükəsizlik Qüvvələrinə təlim keçməkdə və iqtisadiyyatını inkişaf etdirməkdə İraqa kömək edəcəyik. Amma biz təhlükəsiz və vahid İraqı tərəfdaş kimi dəstəkləyəcəyik, rəis kimi yox.
Və nəhayət, Amerika ekstremistlərin zorakılıqlarına göz yuma bilmədiyi kimi, biz də öz prinsiplərimizi dəyişməməli və ya unutmamalıyıq. 11 sentyabr hadisələri bizim ölkəmizə çox böyük yara oldu. Onun yaratdığı qorxu və qəzəb başa düşüləndir, lakin bəzi hallarda o, bizim öz ənənələrimizin və ideallarımızın əksinə hərəkət etməyimizə səbəb oldu. Biz kursu dəyişmək üçün konkret addımlar atırıq. Mən birmənalı şəkildə Birləşmiş Ştatlar tərəfindən zor tətbiq edilməsini qadağan etmişəm və Quantanamo Körfəzindəki həbsxananın gələn ilin əvvəlinədək bağlanılmasını əmr etmişəm. (Alqışlar)
Beləliklə, Amerika dövlətlərin müstəqilliyinə və qanunun aliliyinə hörmət etməklə özünü müdafiə edəcəkdir. Və biz bunu təhlükəyə məruz qalmış müsəlman xalqları ilə birgə tərəfdaşlıq zəminində edəcəyik. Ekstremistlər müsəlman icmalarında nə qədər tez təcrid olunsalar və pis qarşılansalar, biz hamımız bir o qədər tez təhlükəsiz olacağıq.
Gərginliyin bizim müzakirə etməyə ehtiyac duyduğumuz ikinci ən böyük mənbəyi israillilər, fələstinlilər və ərəb dünyası arasındakı vəziyyətdir.
Amerikanın İsrail ilə güclü əlaqələri hamıya yaxşı məlumdur. Bu əlaqələr qırılmazdır. Bu, mədəni və tarixi bağlara əsaslanır və yəhudilərin vətəninin yaradılmasına səylərin faciəvi tarixi kökləri olduğunun qəbul edilməsi rədd edilə bilməz.
Yəhudilər bütün dünyada əsrlər boyu təzyiqlərə məruz qalmışlar və Avropada anti-Semitizm misli görünməmiş Holokastla öz kulminasiya nöqtəsinə çatdı. Sabah mən Üçüncü Reyx tərəfindən yəhudilərin kölə edildiyi, işgəncələrə məruz qaldığı, güllələndiyi və qazla boğulduğu düşərgələr şəbəkəsinin bir hissəsi olmuş Buxenvalda səfər edəcəyəm. Altı milyondan artıq – bu günkü İsrailin yəhudi əhalisindən də çox yəhudi öldürülmüşdür. O faktı inkar etmək əsassızdır, laqeydlikdir və nifrətlə bağlıdır. Israili məhv etməklə hədələmək və yaxud yəhudilər barədə alçaldıcı stereotipləri təkrar etmək kökündən yalnışdır və yalnız israillilərin düşüncələrində o ağrılı günlərin xatirəsini oyatmağa və bu regionun əhalisinin layiq olduğu sülhün qarşısını almağa xidmət edir.
Digər tərəfdən, Fələstin xalqı da – həm müsəlmanların, həm də xristianların – vətənlərini yaratmaq üçün əziyyətlərə məruz qalmışlar. Altmış ildən artıqdır ki, onlar qaçqınlıq ağrısına qatlaşmalı olublar. Bir çoxları Qəzza çayının qərb sahilində, Qəzzada və qonşu ərazilərdəki qaçqın düşərgələrində heç vaxt sürmək imkanları olmadığı sülh və təhlükəsiz həyat sürməyi gözləyirlər. Onlar işğalın gətirdiyi irili-xırdalı gündəlik alçaltmalara dözürlər. Beləliklə, qoyun heç bir şübhə olmasın: Fələstin xalqının vəziyyətinə göz yumula bilməz. Amerika fələstinlilərin şərəf, imkan və öz dövlətlərinə sahib olma kimi legitim haqlarına arxasını çevirməyəcəkdir. (Alqışlar)
Onilliklər boyu çıxılmaz vəziyyət olmuşdur: legitim haqlara malik olan iki xalqın hər birinin ağrılı tarixi kompromisi əlçatmaz edir. Barmaqla işarə etmək asandır – fələstinlilər İsrailin yaradılması ilə başlanan qaçqınlıq həyatına, israillilər də öz tarixi boyu həm öz sərhədləri daxilindən, həm də onun kənarlarından daimi düşmənçiliyə və hücumlara məruz qalmalarına. Amma əgər biz bu münaqişəyə bu və ya digər tərəfdən baxsaq, biz həqiqəti görə bilməyəcəyik; yeganə çıxış yolu hər iki tərəfin iki dövlət kimi görüşdürülməsidir ki, burada israillilər və fələstinlilər hər biri sülh və təhlükəsizlik şəraitində yaşayacaqlar. (Alqışlar)
Bu, İsrailin də marağındadır, Fələstinin də marağındadır, Amerikanın da marağındadır və dünyanın da marağındadır. Ona görə də mən şəxsən bu vəzifənin tələb etdiyi bütün səbrlə və sədaqətlə bu nəticəyə nail olmaq niyyətindəyəm. (Alqışlar) Yol Xəritəsi çərçivəsində tərəflərin razılaşdığı öhdəliklər aydındır. Sülhün yaranması üçün onların – və bizim hamımızın – öz məsuliyyətlərimizi anlayaraq yaşamasının vaxtıdır.
Fələstinlilər iğtişaşlardan əl çəkməlidirlər. İğtişaşlar və qətllər yolu ilə müqavimət göstərmək yalnışdır və uğur gətirmir. Əsrlər boyu Amerikada qara dərili insanlar qul kimi qamçı zərbələrindən və irqi ayrı-seçkiliyin gətirdiyi alçaltmalardan əziyyət çəkmişlər. Amma tam və bərabər hüquqlara nail olan iğtişaşlar olmadı. Bu, Amerikanın yaradılmasının mərkəzində olan ideallar üzərində dinc və qətiyyətli inad oldu. Bu eyni hekayəni Cənubi Afrikadan Cənubi Asiyaya, Şərqi Avropadan İndoneziyaya qədər bütün xalqlar danışa bilər. Bu, sadə bir həqiqəti olan hekayədir: iğtişaş heç yerə aparıb çıxarmır. Yatan uşaqlara raket atmaq və ya qoca qadınları avtobusda partlatmaq nə cəsarətin, nə də gücün əlaməti deyil. Mənəvi hakimiyyətə bu yolla iddia olunmur; bu yolla o, əldən verilir.
Indi fələstinlilər üçün onların nəyi inşa edə biləcəkləri üzərində diqqəti cəmləmələrinin vaxtıdır. Fələstin Hakimiyyəti öz xalqının ehtiyaclarına xidmət edən institutlarla hakimiyyəti idarə etmək qabiliyyətini inkişaf etdirməlidir. Həmasın bəzi fələstinlilər arasında dəstəyi vardır, lakin onlar qəbul etməlidirlər ki, onlar da məsuliyyət daşıyırlar. Fələstinlilərin haqlarının həyata keçirilməsində rol oynamaq üçün və Fələstin xalqını birləşdirmək üçün Həmas iğtişaşlara son qoymalı, keçmiş razılaşmaları tanımalı və İsrailin mövcud olma hüququnu tanımalıdır.
Eyni zamanda İsrail də qəbul etməlidir ki, İsrailin mövcud olma haqqı rədd edilə bilmədiyi kimi, Fələstinin də mövcud olma haqqı rədd edilə bilməz. Birləşmiş Ştatlar israillilərin davamlı olaraq məskunlaşmalarının qanuniliyini tanımır. (Alqışlar) Bu tikinti işləri əvvəlki razılaşmaları pozur və sülhə nail olma səylərini iflasa uğradır. Bu məskunlaşmaların dayandırılmasının vaxtıdır. (Alqışlar)
Israil həmçinin fələstinlilərin yaşamasına, işləməsinə və öz cəmiyyətlərini qurmasına nail olmaları üçün götürdüyü öhdəliklərə əməl etməlidir. Və Fələstin ailələrini dağıtdığı kimi, Qəzzada davam edən humanitar böhran İsrailin təhlükəsizliyinə də xidmət etmir; Qəzza çayının qərb sahilində imkanların olmamasının davam etməsi də eynilə. Fələstin əhalisinin gündəlik həyat şəraitinin yaxşılaşması sülhə gedən yolun mühüm bir hissəsi olmalıdır və İsrail bu yaxşılaşmaya imkan yaratmaq üçün konkret addımlar atmalıdır.
Nəhayət, Ərəb dövlətləri də qəbul etməlidirlər ki, Ərəb Sülh Təşəbbüsü mühüm bir başlanğıc idi, lakin onların məsuliyyətlərinin sonu demək deyildi. Ərəb dövlətlərini digər problemlərdən yayındırmaq üçün Ərəb-İsrail münaqişəsindən bir daha istifadə edilməməlidir. Əksinə, bu, Fələstin xalqına öz dövlətini saxlayacaq institutların inkişaf etdirilməsində kömək etmək; İsrailin legitimliyini qəbul etmək; və keçmişdə olmuş özünüməğlubiyyət əvəzinə tərəqqini seçmək üçün bir səbəb olmalıdır.
Amerika öz siyasətini sülh axtaranlarla uyğunlaşdıracaqdır və israillilərə və fələstinlilərə və ərəblərə qapalı şəraitdə dediyini açıq şəkildə də deyəcəkdir. (Alqışlar) Biz sülhü məcbur yeridə bilmərik. Amma öz-özlüyündə bir çox müsəlman anlayır ki, İsrail yoxa çıxan deyil. Eynilə bir çox israilli də anlayır ki, Fələstin dövlətinə ehtiyac vardır. Hər bir kəsin həqiqət olaraq bildiyi məsələ üzrə addımlar atmağımızın vaxtıdır.
Çox göz yaşları axıdılmışdır. Çox qanlar tökülmüşdür. Bizim hamımız israilli və fələstinli anaların öz uşaqlarının qorxu olmadan böyüməsini görə biləcəyi; üç böyük dinin Müqəddəs Torpağının Allahın istədiyi kimi sülh məkanı olacağı; Qüdsün yəhudilər, xristianlar və müsəlmanlar üçün təhlükəsiz və əbədi vətən olacağı və İsra surəsində deyildiyi kimi - (Alqışlar) – İsra surəsində deyildiyi kimi, Musa, İsa və Məhəmmədin (hər üçünə Allahın salamı olsun) birlikdə ibadət etdiyi, bütün İbrahim övladlarının dinc şəkildə bir-birinə qarışacağı bir məkan olacağı bir gün üçün işləməyə məsuliyyət daşıyırıq. (Alqışlar)
Gərginliyin üçüncü mənbəyi dövlətlərin nüvə silahı üzrə hüquqları və məsuliyyətləri sahəsində bizim ortaq maraqlarımızdır.
Bu məsələ Birləşmiş Ştatlar və İran İslam Respublikası arasında gərginlik mənbəyi olmuşdur. Bir çox illərdir ki, İran özünü mənim ölkəmə qarşı çıxmaqla tanıtmışdır və bizim aramızda həqiqətən də səs-küylü bir tarix yaşanır. Soyuq Müharibənin ortasında Birləşmiş Ştatlar demokratik yolla seçilmiş İran hökumətinin devrilməsində rol oynamışdır. İslam İnqilabından bəri İran ABŞ əsgərlərinə və mülki vətəndaşlarına qarşı əsir götürmə və zorakılıq əməllərində rol oynamışdır. Bu tarıx yaxşı bəllidir. Keçmişin əsiri olmaq əvəzinə mən İran rəhbərliyinə və xalqına aydın şəkildə bəyan etmişəm ki, mənim ölkəm irəliyə doğru addım atmağa hazırdır. Indi məsələ İranın nəyin əleyhinə olduğu deyil, onun nə kimi gələcək qurmaq istəməsindədir.
Onilliklər boyu yaranmış qarşılıqlı inamsızlığa qalib gəlmək çətin olacaq, amma biz cəsarətlə və vicdanla davam edəcək və həll edəcəyik. Bizim dövlətlər arasında müzakirə edilməli çox məsələlər olacaqdır və biz qarşılıqlı hörmət əsasında heç bir ilkin şərt olmadan irəliyə doğru addım atmaq istəyirik. Amma maraqlı olan hamıya aydındır ki, söhbət nüvə silahından gedirsə, biz həlledici məqama yetişmişik. Bu, sadəcə olaraq Amerikanın maraqları ilə bağlı deyil. Bu, Yaxın Şərqdə bu regionu və bütün dünyanı həddən artıq təhlükəli bir yola sürükləyə biləcək nüvə silahı ilə silahlanma yarışının qarşısını almaq üçündür.
Mən bəzi ölkələrin nüvə silahına malik olması, qalanlarının isə olmamasına etiraz edənləri başa düşürəm. Hansı dövlətlərin nüvə silahına malik olmasını hər hansı bir dövlət müəyyən etməməli və seçməməlidir. Məhz buna görə də mən Amerikanın heç bir dövlətin nüvə silahına malik olmadığı bir dünyaya nail olmaq barədə öhdəliklərini bir daha qətiyyətlə təsdiq etdim. (Alqışlar) Və hər bir dövlətin, o cümlədən də İranın, əgər Nüvə Silahının Yayılmaması haqqında Müqavilə çərçivəsində boynuna götürdüyü məsuliyyətlərinə uyğundursa, nüvə enerjisindən sülh məqsədilə istifadə etməyə haqqı olmalıdır. Bu öhdəlik həmin Müqavilənin ana xəttidir və ona tam şəkildə cavab verənlərin hamısı üçün saxlanılmalıdır. Və mən ümid edirəm ki, regiondakı bütün dövlətlər bu məqsəddə ortaqdırlar.
Mənim müzakirə edəcəyim dördüncü məsələ demokratiyadır. (Alqışlar)
Mən bilirəm ki, son illər demokratiyanın yayılması barədə ziddiyyətlər olmuşdur və bu ziddiyyətlərin çoxu İraqdakı müharibə ilə bağlıdır. Ona görə də icazə verin aydınlaşdırım: heç bir hakimiyyət systemi hər hansı bir dövlət tərəfindən digərinə zorla qəbul etdirilə bilməz və ya etdirilməməlidir.
Amma bu, mənim xalqın iradəsini əks etdirən hökumətlər qarşısında götürdüyüm öhdəlikləri azaltmır. Hər bir dövlət öz xalqının ənənələrində kök atmış özünəməxsus yolla bu prinsipi həyata keçirir. Amerika hər bir kəs üçün nəyin ən yaxşı olduğunu bildiyini iddia etmir, necə ki, biz dinc seçkinin nəticələrinə kölgə salmağı iddia etmərik. Lakin mənim sarsılmayan bir inancım var ki, bütün xalqlar konkret şeylərə istəklə can atırlar: beynində olanları danışa bilmək və necə idarə olunması barədə öz sözünü demək; qanunun aliliyinə və ədalətin hamı üçün bərabərliyinə inam; şəffaf olan və öz xalqından oğurluq etməyən hökumət; istədiyi yerdə yaşamağı seçmək azadlığı. Bunlar Amerika ideyaları deyil, bunlar insan haqlarıdır və buna görə də biz onları hə yerdə müdafiə edəcəyik. (Alqışlar)
Bu vədi gerçəkləşdirməyin hər hansı konkret yolu yoxdur. Amma bu qədəri aydındır: bu haqları müdafiə edən hökumətlər mütləq olaraq daha stabil, uğurlu və təhlükəsizdirlər. Ideyaları boğmaq heç zaman onları uzaqlaşdırmağa nail olmur. Amerika bütün dünyada, hətta biz onlarla razılaşmasaq belə, dinc və qanuna tabe olan səslərin eşidilmək hüququna hörmət edir. Və biz seçilən bütün sülhpərvər hökumətləri, əgər onlar bütün xalqını hörmət edərək idarə edəcəksə, alqışlayırıq.
Bu son məqam vacibdir, çünki bəziləri yalnız hakimiyyətdə olmadıqları zaman demokratiyanı təbliğ edirlər; hakimiyyətə gəldikdən sonra isə başqalarının hüquqlarının tapdanmasında amansız olurlar. (Alqışlar) Hakimiyyətdə olmağın haraya aparıb çıxarmasından asılı olmayaraq, xalqın olan və xalq tərəfindən seçilən hökumət hakimiyyətdə olanların hamısı üçün vahid standard müəyyən edir: hakimiyyət güc tətbiq etməklə deyil, razılıqla saxlanılmalıdır; azlıqların hüquqları qorunmalı və tolerantlıq və kompromis əhval-ruhiyyəsilə hərəkət edilməlidir; xalqın maraqları və siyasi prosesin legitim nəticələri partiya maraqların üstün tutulmalıdır. Bu komponentlər olmadan təkcə seçkilər əsl demokratiya yaratmır.
ZALDAKI DİNLƏYİCİLƏRDƏN BİRİ: Barak Obama, biz səni sevirik!
PRESIDENT OBAMA: Təşəkkür edirəm! (Alqışlar) Bizim müzakirə edəcəyimiz beşinci məsələ dini azadlıqdır.
Islamın fəxr edilməli olan tolerantlıq ənənəsi vardır. Biz bunu İnkvizisiya dövründə Əndəlüs və Kordova tarixində görürük. Mən uşaq ikən müsəlmanların böyük çoxluq təşkil etdiyi bir ölkədə mömin xristianların sərbəst ibadət etdiyi İndoneziyada bunun şahidi olmuşam. Bu gün bizim bu əhval-ruhiyyəyə ehtiyacımız var. Hər bir ölkədə yaşayan insanlar əqllərinin, ürəyinin və könlünün istədiyi kimi öz inanclarını seçməkdə və onunla yaşamaqda azad olmalıdırlar. Bu tolerantlıq dinin çiçəklənməsi üçün əsasdır, lakin buna bir çox müxtəlif yollarla mane olurlar.
Bəzi müsəlmanlar arasında öz dinini başqalarının dinini rədd etməklə ölçmək kimi təşvişedici bir tendensiya vardır. Dini müxtəlifliyin zənginliyi saxlanılmalıdır – istər bu Livanda yaşayan Maronitlər olsun, istərsə də Misirdə yaşayan koptlar. (Alqışlar) Müsəlmanlar arasındakı yalnış yollar da bağlanılmalıdır, çünki konkret olaraq İraqda sünnilərlə şiələr arasındakı ayrılıqlar dəhşətli zorakılıqlara aparıb çıxarmışdır.
Din azadlığı insanların birgə yaşaya bilməsi üçün mərkəzi rol oynayır. Biz onu qorumaq üçün daima yollar aramalıyıq. Misal üçün, Birləşmiş Ştatlarda xeyriyyə məqsədilə verilən ianələr haqqında qaydalar müsəlmanların öz dini öhdəliklərini yerinə yetirmələrini çətinləşdirmişdir. Buna görə də mən amerikalı müsəlmanların zəkat ibadətini yerinə yetirə bilmələri üçün onlarla birgə işləməyi öz boynuma götürmüşəm.
Eləcə də Qərb ölkələrinin müsəlman vətəndaşların öz dininə istədikləri kimi ibadət etmələrinə mane olmaqdan çəkinmələri vacibdir – məsələn, müsəlman qadının hansı paltarı geyməsini əmr etmək. Biz liberalism iddiası ilə hər hansı dinə qarşı düşmənçiliymizi maskalaya bilmərik.
Əslində inanc bizi bir yerə toplamalıdır. Ona görə də biz Amerikada xristianları, müsəlmanları və yəhudiləri bir araya gətirən xidmət layihələri üzərində düşünürük. Ona görə də biz Səudiyyə Ərəbistanı Kralı Abdullahın Dinlərarası dialoq və Türkiyə rəhbərliyinin Sivilizasiyaların İttifaqı kimi səylərini alqışlayırıq. Bütün dünyada biz dialoqu Dinlərarası xidmətə çevirə bilərik, beləliklə də xalqlar arasındakı körpü əməllərlə nəticələnsin – istər Afrikada malyariyaya qarşı mübarizə olsun, istərsə də təbii fəlakətdən sonra yardımın verilməsi olsun.
Mənim müzakirə etmək istədiyim altıncı məsələ qadınların hüquqlarıdır. (Alqışlar)
Bilirəm – bilirəm – və elə bu auditoriyadan deyə bilərəm ki, bu məsələ ətrafında sağlam müzakirələr vardır. Mən Qərbdə bəzilərinin saçını örtmək istəyən qadınların necəsə daha az bərabər olduğu fikrini müdafiə edənlərin baxışını rədd edirəm, amma mən inanıram ki, təhsildən məhrum edilən qadınlar bərabərlikdən məhrum edilirlər. (Alqışlar) Və təsadüfi deyildir ki, qadınların yaxşı təhsil aldığı ölkələr daha çox inkişaf etmişlər.
Indi isə icazə verin dəqiqləşdirim: qadınların bərabərliyi məsələsi heç bir halda yalnız İslam üçün problem deyil. Türkiyə, Pakistan, Banqladeş, İndoneziya kimi müsəlmanların əksəriyyət təşkil etdiyi ölkələrdə ölkə başçısı kimi qadınların seçildiyinin şahidi olmuşuq. Eyni zamanda qadınların bərabərliyi uğrunda mübarizə Amerika həyatının da bir çox tərəflərində və bütün dünya ölkələrində davam edir.
Mən inanıram ki, bizim qızlarımız cəmiyyətə oğullarımız qədər fayda verə bilərlər (Alqışlar). Bütün insanlara – kişilərə və qadınlara özlərinin tam potensialına nail olmalarına imkan verməklə bizim ümumi inkişafımız irəli gedəcəkdir. Mən inanmıram ki, qadınlar bərabər olmaq üçün mütləq kişilərin etdiyi seçimləri etməlidirlər və mən öz həyatını ənənəvi rolla yaşamağı seçən qadınlara hörmət bəsləyirəm. Amma bu, onların seçimi olmalıdır. Ona görə də Birləşmiş Ştatlar qızlara geniş təhsil verməyi dəstəkləmək və gənc qadınlara onların öz arzularını gerçəkləşdirməyə kömək etmək niyyətilə mikro-maliyyələşdirmə yolu ilə onların işləməsinə kömək etmək məqsədilə istənilən müsəlman ölkəsi ilə tərəfdaşlıq edəcəkdir. (Alqışlar)
Nəhayət, mən iqtisadi inkişaf və imkanları müzakirə etmək istəyirəm.
Mən bilirəm ki, bir çoxları üçün qloballaşma faktı ziddiyyətlidir. Internet və televiziya bilik və məlumat verdiyi kimi, evlərə təhqiramiz cinsəllik və ağılsız zorakılıqlar da gətirir. Ticarət yeni var-dövlət və imkanlar da yarada bilər, böyük süquta və icmaların dəyişməsinə də gətirib çıxara bilər. Bütün dövlətlərdə, o cümlədən də mənim öz ölkəmdə bu dəyişiklik qorxu yarada bilər. Müasirlik üzündən bizim öz iqtisadi seçimlərimizi, siyasətimizi və ən əsası isə öz cəmiyyətimiz, ailələrimiz, ənənələrimiz və dinimiz barədə ən çox sevdiyimiz, qayğısına qaldığımız şeyi – öz kimliymizi itirmək qorxusu.
Amma mən eyni zamanda bilirəm ki, insanın tərəqqisinin qarşısı alına bilməz. Inkişaf ilə ənənə arasında ziddiyyətin olmasına ehtiyac yoxdur. Yaponiya və Cənubi Koreya kimi ölkələr öz fərqli mədəniyyətlərini saxlamaqla iqtisadiyyatlarını inkişaf etdirirlər. Eyni şey Kuala-Lumpurdan tutmuş Dubaya qədər müsəlmanların əksəriyyət təşkil etdiyi ölkələrdə heyrətamiz tərəqqi üçün də doğrudur. Qədim zamanlarda da, indi də müsəlman cəmiyyətləri yenilikçilik və təhsilin ön sıralarında olmuşlar.
Bu çox vacibdir, çünki heç bir inkişaf strategiyası yerdən çıxan şeylərə əsaslanmır və gənc insanların işləmədiyi bir şəraitdə davamlı ola bilməz. Körfəz ölkələrinin çoxu neftin nəticəsi olaraq böyük var-dövlət sahibi olmuşlar və bəziləri daha geniş inkişaf üzərində diqqəti cəmləyirlər. Lakin hamımız qəbul etməliyik ki, 21-ci əsrin pul vahidi təhsil və yenilikçilik olacaqdır - (Alqışlar) - və bir çox müsəlman ölkələrində bu sahələrə kifayət qədər sərmayə qoyulmur. Mən bu kimi sərmayələrə öz ölkəmdə xüsusi diqqət yetirirəm. Və əvvəllər Amerika dünyanın bu regionunda neft və qaz üzərində diqqəti cəmləmişdisə, indi biz daha geniş əməkdaşlığa çalışırıq.
Təhsil sahəsində biz mübadilə proqramlarını genişləndirəcəyik və mənim atamı Amerikaya gətirən təqaüdlər kimi təqaüdləri artıracağıq, eyni zamanda daha çox amerikalını müsəlman cəmiyyətlərində təhsil almağa həvəsləndirəcəyik. (Alqışlar) Eyni zamanda biz istedadlı müsəlman tələbələri Amerikadakı iş təcrübəsi proqramlarına cəlb edəcəyik; bütün dünyada tələbələr və müəllimlər üçün internet vasitəsilə təhsilə sərmayə qoyacağıq; və internet vasitəsilə elə bir yeni şəbəkə yaradacağıq ki, Kanzasdakı gənc birbaşa olaraq Qahirədəki gənc ilə ünsiyyət yarada bilsin.
Iqtisadi inkişaf sahəsində biz müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdə öz tərəf müqabilləri ilə tərəfdaşlıq etmək üçün yeni biznes könüllüləri ordusu yaradacağıq. Və mən bu il Birləşmiş Ştatların və bütün dünyadakı müsəlman ölkələrinin aparıcı iş adamları, fondları və ictimai müəssisələri arasındakı əlaqələri necə dərinləşdirə biləcəyimizi müəyyən etmək üçün Sahibkarlıq Sammitinə ev sahibliyi edəcəyəm.
Elm və texnologiya sahəsində biz müsəlman ölkələrində texnoloji inkişafı dəstəkləmək və onların iş yerləri yarada bilməsi üçün ideyaların bazara çıxarılması məqsədilə yeni fond yaradacağıq. Biz Afrikada, Yaxın və Orta Şərqdə və Cənubi Asiyada elmim nailiyyət mərkəzləri açacaq və yeni enerji mənbələrinin inkişaf etdirilməsi, ekoloji baxımdan təmiz iş yerlərinin yaradılması, yazıların rəqəmsallaşdırılması, təmiz su və yeni məhsulların istehsal edilməsi proqramları üzrə əməkdaşlıq etmək məqsədilə Elmi Səfirlər təyin edəcəyik. Həmçinin mən bu gün İslam Konfransı Təşkilatı ilə birgə poliomiyelit xəstəliyinin kökünün kəsilməsi üçün yeni qlobal təşəbbüsü bəyan edirəm. Biz həmçinin uşaq və anaların sağlamlığını təbliğ etmək məqsədilə müsəlman cəmiyyətlərilə əməkdaşlığımızı genişləndirəcəyik.
Bütün bunlar tərəfdaşlıq şəraitində həyata keçirilməlidir. Insanlarımızın daha yaxşı həyata nail olmalarına kömək etmək üçün amerikalılar bütün dünyadakı müsəlman cəmiyyətlərinin vətəndaşları və hökumətləri, ictimai təşkilatları, dini rəhbərləri və iş adamları ilə bir araya gəlməyə hazırdır.
Mənim sadaladığım problemlərin həll edilməsi asan olmayacaq. Amma bizim nail olmağa çalışdığımız dünya – ekstremistlərin bizim insanlarımızı bir daha qorxutmadığı və Amerika qoşunlarının vətənə qayıtdığı, israillilərin və fələstinlilərin hər birinin öz ölkəsində təhlükəsiz yaşadığı və nüvə enerjisinin dinc məqsədlərlə istifadə edildiyi, hökumətlərin öz vətəndaşlarına xidmət etdiyi və Allahın bütün qullarının hüquqlarına hörmət edildiyi bir dünya naminə bir araya gəlmək bizim öhdəliyimizdir. Onlar ortaq maraqlardır. Bizim nail olmağa çalışdığımız dünya budur. Amma biz ona yalnız birlikdə nail ola bilərik.
Bilirəm ki, bizim bu yeni başlanğıcı irəliyə apara bilib bilməyəcəyimizə şübhə ilə yanaşan bir çoxları – həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar vardır. Bəziləri parçalanma alovunu qızışdırmağa və tərəqqinin qarşısını almağa can atırlar. Bəziləri buna cəhd etməyə dəyməyəcəyini, fikir ayrılığının bizim taleyimizdə olduğunu və sivilizasiyaların toqquşmağa məhkum olduqlarını irəli sürürlər. Bir çoxları isə sadəcə gerçək dəyişikliklərin baş verəcəyinə şübhə ilə yanaşırlar. O qədər qorxu, o qədər inamsızlıq var ki! Ancaq əgər biz keçmişə bağlı qalsaq, onda irəliyə doğru gedə bilməyəcəyik. Və mən bunu xüsusilə hər bir ölkədəki hər bir dindən olan gənclərə söyləmək istəyirəm: hamıdan çox siz bu dünyanı yenidən formalaşdırmağa, yenidən qurmağa qadirsiniz.
Bizim hamımız bu dünyanı ancaq kiçik bir zaman müddətinə paylaşırıq. Məsələ ondadır ki, biz həmin bu zamanımızı bizi bir-birimizdən ayıran şeylər üzərində diqqəti cəmləməyə sərf edirik, yoxsa özümüzü ortaq mövqe yaratmaq, uşaqlarımız üçün nail olmağa çalışdığımız gələcək üzərində diqqətimizi cəmləmək və bütün insanların şərəfinə hörmət bəsləmək üçün bir səyə - davamlı bir səyə həsr edirik.
Müharibələri başlamaq onlara son qoymaqdan asandır. Özümüzə baxmaqdansa başqalarını ittiham etmək, kiminsə bizimlə olan ortaq nöqtəsini tapmaqdansa onun nə ilə bizdən fərqləndiyini araşdırmaq daha asandır. Amma biz asan yolu deyil, düzgün yolu seçməliyik. Həmçinin bütün dinlərin özəyində yatan bir qayda da vardır: biz başqaları ilə onların bizimlə necə rəftar etməyini istədiyimiz kimi rəftar etməliyik. (Alqışlar) Bu həqiqət dövlətlərdən və xalqlardan uzağa gedir; o, yeni bir inanc deyil; o, qara, ağ və ya qəhvəyi deyil; o, xristianın, müsəlmanın və ya yəhudinin də deyil. O, sivilizasiyanın beşiyində döyünmüş və hal-hazırda da milyardların qəlbində döyünən bir inancdır. O, başqa insanlara inamdır və məni bu gün buraya gətirən də odur.
Biz nail olmaq istədiyimiz dünyanı yarada bilərik, yetər ki, yazılanları unutmamaqla yeni başlanğıc yaratmağa cəsarətimiz olsun.
Müqəddəs Quran bizə buyurur: “Ey insanlar! Biz sizi kişilər və qadınlar olaraq xəlq etdik və biz sizi xalqlara və tayfalara ayırdıq ki, bir-birinizi tanıyasınız.”
Tövratda bizə deyilir: “Bütün Tövrat sülhü təbliğ etmək məqsədi üçündür.”
Müqəddəs İncildə bizə deyilir: “Sülhü yaradanlar xeyir-dua qazananlardır, çünki onlar Allahın övladları adlandırılmağa layiqdirlər.” (Alqışlar)
Dünyadakı insanlar sülh şəraitində birgə yaşaya bilərlər. Biz bilirik bu, Allahın istədiyidir. Onda o, bizim burada, Yer üzərindəki işimiş olmalıdır.
Təşəkkür edirəm. Və Allahın salamı üzərinizə olsun! Çox sağ olun. Sağ olun. (Alqışlar)
Qahirə, Misir4 iyun, 2009-cu il
Əsli burda:
http://news.qaynar.info/27479.html
Kann festivalında qısa metrajlı filmlər müsabiqəsi
Kanadanın milli kinemotaqrafiya şurası, Kann film festivalının qısametrajlı filmlər müsabiqəsi və YouTube veb səhifəsi 5-ci dəfə keçirilən NFB kino müsabiqəsinə sizi dəvət edir.
Finalistlər:
Qalib video:
Demokratiya nədir? Kinomüsabiqəsində səsvermə
Səsvermədə Siz də iştirak edə bilərsiniz! ABŞ Səfirliyi və ABŞ Dövlət Departamenti bütün dünya üzrə onlayn dostları ilə yanaşı Azərbaycanı da səsvermədə iştirak etməyə dəvət edir. Press Reliz.
Dövlət Departamenti və onun tərəfdaşları mayın 15-də iştirakçılardan “Demokratiya - ...dir” ifadəsinin tamamlanmasını tələb edən və onlayn rejimində keçirilən Demokratiya Video Müsabiqəsinin on səkkiz nəfər finalçılarının adlarını elan etmişdir. Altı qalibin seçilməsi üçün ictimai səsvermə artıq başlanılmışdır (www.youtube.com/democracychallenge) və iyunun 15-i, gecə yarısınadək (şərqi qurşaq vaxtı) davam edəcəkdir.
Dünyanın 95 ölkəsindən müraciət etmiş 900 iştirakçılardan seçilmiş finalçılar Braziliya (2), Kot d’İvuar, Almaniya, Hindistan, İran (2), Yaponiya, Nepal, Filippin, Polşa, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Uqanda, Birləşmiş Ştatlar, Özbəkistan və Zambiya kimi dövlətləri təmsil edirlər. Bu video kliplər bütün dünya üzrə demokratiyanın təsviri və onunla bağlı fikirlərin məcmusunu nümayiş etdirirlər. Finalçılar Maykl Apted (Amerika Rejissorlar İttifaqının Prezidenti) ilə Hernando de Sotonun (Azadlıq və Demokratiya İnstitutunun Prezidenti) sədrlik etdikləri müstəqil münsiflər heyəti tərəfindən seçilmişlər.
Qərb yarımkürəsi, Avropa, Orta Şərq/Şimali Afrika, Sahara səhrasından cənubda yerləşən Afrika ölkələri, Cənubi və Mərkəzi Asiya və Şərqi Asiya/Sakit Okean regionundan olan altı qalib 2009-cu il iyun ayının ortasında elan olunacaq. Qaliblər sentyabr ayında Vaşınqton, Nyu-York və Hollivuda tam ödənilmiş səyahət mükafatını alacaqlar. Mükafat paketinə həmçinin televiziya/kino çəkilişləri, televiziya peşəkarları, demokratiya tərəfdarları, media nümayəndələri, dövlət xadimləri ilə görüşlər, eləcə də xüsusi olaraq qalib gəlmiş kliplərin nümayiş etdirilməsi da daxildir.
Demokratiya Video Müsabiqəsi BMT-nin Beynəlxalq Demokratiya Günündə (15 sentyabr 2008-ci il) onlayn rejimində başlanmışdır. Bu müsabiqə misilsiz olaraq demokratiya və gənclər təşkilatları, kino və əyləncə sənayesi, akademiyası və ABŞ Hökumətinin əməkdaşlığı sayəsində təşkil edilmişdir. Partnyorlar arasında Beynəlxalq Fərdi Sahibkarlıq Mərkəzi, Amerika Rejissorlar İttifaqı, Beynəlxalq Respublikaçılar İnstitutu, Beynəlxalq Gənclər Təşkilatı, Amerika Kino Assosiasiyası, NBC Universal təşkilatı, Milli Demokratiya İnstitutu, Nyu-York Universiteti nəzdində Tiş İncəsənət Məktəbi, TakingİtGlobal təşkilatı, Cənubi Kaliforniya Universiteti nəzdində Kino Məktəbi və ABŞ Dövlət Departamentidir. YouTube video platformasını (hostinq xidmətləri) təqdim edir, Vilyam Morris Agentliyi isə mükafat paketinin hazırlanmasında iştirak edir.
Əlavə məlumat üçün Amerika Birləşmiş Ştatları Səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinə müraciət edə bilərsiniz.
Finala çıxmış videolara burada baxa bilərsiniz.
Şəxsiyyətsizləşmə
Dilən(diril)ən insanlar bu sosial bəlaya düçar olurlarOnu hər zaman Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində görmək olur. Çox zaman səhərdən axşamadək sürətlə şütüyən maşınların arasında keçir günü. Qismətinə şikəstlik yazılması azmış kimi, insafsız insanların acımasızlığı da ona yəqin ki, bir yükdür. Çünki, fiziki qüsuru olan bu gənc diləndirlir. Danışa bilmir, rəxitdir, üstəlik də gəncdir. Bəs onun bu vəziyyətindən sui-istifadə edən kimdir?
Araşdırmaq üçün ətrafdakı insanlardan soruşurdum. Emil və Rüfət adlı iki məktəbli oğlan deyir ki, onu tanıyırlar. Yaxınlıqda yaşayır. Ailəsinin imkanı pis deyil. Hətta ərzaq mağazaları da var. Amma ona nəzir verənlər əlinin düşərli olduğunu hiss etdikləri üçün davamlı olaraq pul verirlər. Əli pul almağa alışan şikəst gənc və onun ailəsi isə avtomobil yolunda dayanmasına məhz buna görə razı olublar.
Az keçmir ki, şikəst oğlanın qohumu olduğunu söyləyən bir nəfər bizə yaxınlaşır. Nə illah etdimsə, adını söyləmir. Bildirir ki, oğlan öz istəyi ilə küçədə dayanıb dilənir. Lakin qohumuna bildirirəm ki, onun avtombil yolunda bu şəkildə dayanması təhlükəlidir. Hər an sürətlə gələn hansısa bir avtomobil onu əzə bilər. Amma görünür bu qohumunun vecinə deyil. Çünki, o, “işiniz olmasın, xəstə oğlandır” - deyib getməklə kifayətlənir.
Söhbətləşdiyim sürücülər isə bildirir ki, onlar bu şikəst oğlanı hər zaman bu yol ayrıcında görürlər. Hətta o qədər alışıblar ki, onun olduğu yerə yaxınlaşanda avtomatik olaraq sürəti azaldırlar ki, birdən xoşagəlməz hadisə baş verər. Digər bir sürücü isə deyir ki, sürətlə gələn və ya xam olan bir sürücü bilmədən onun üstünə çıxa bilər. Onsuz da şikəst olan bu oğlan onda 20 qəpik üçün həyatını da itirər. Hətta sürücülərin arasında polisin bu işə nəzarət etməli olduğunu söyləyənlər də var.
Ərazinin daxil olduğu Nərimanov rayon polis idarəsinin 18-ci polis bölməsinin rəisi Cəbrayıl Şahlarov isə bildirir ki, həmin yola 28 saylı inzibati ərazi sahəsi nəzarət edir. Sahə müvəkkili Azər Orucov məzuniyyətə getdiyindən indi orda ola bilər ki, dilənçiliklə məşğul olanlar var. Amma ümumilikdə şikəst oğlanın avtomobil yolunda dayanaraq həm dilənməsi və həm də təhlükəli vəziyyət yaratması barədə isə xəbərləri yoxdur.
Sosioloq Nicat Hüseynov isə bildirir ki, polis çox zaman dilənçiləri küçələrdən yığışdırmaq və onları cərimə etməklə kifayətlənir. Bu isə dilənçiliyin kökünü kəsmir: “Bir müddət sonra onlar başqa bir yerdə öz işlərini davam etdirirlər. Buna görə də əslində onların bu işdən birdəfəlik çəkinməsi üçün tədbirlər görülməlidir. Məsələn, polis diləndirilməyə məcbur edilən həmin gəncin ailəsi ilə söhbət etməli və onlara bu işin ictimai normalara zidd olduğunu, hətta kənardakılara psixoloji baxımdan mənfi təsir etdiyini başa salmalıdır. Üstəlik həmin şikəst gəncin həyatı da təhlükədədir. Çünki, söylənilən ərazidə avtomobillər sürətlə hərəkət edir. Deyək ki, hansısa avtomobil həmin gəncə az da olsa xəsarət yetirdi. Bəs sürücünün taleyi necə olacaq? Onu təbii ki, həbs də gözləyə bilər. Anidən başına gələcək bəlaya kim razı olar?” Buna görə də N.Hüseynov hesab edir ki, dilənçiliklə məşğul olanlar və ya bu işdən qazanc əldə edənlər nə qədər zərərli bir işlə məşğul olduqlarının fərqinə varmalıdır. Çünki, onların istismar etdiyi insanlar olduqca zərərli bir vərdişə yiyələnirlər. Şəxsiyyətsizləşmə insan həyatında sosial bəla sayılır.
Ümumilikdə isə sosioloq hesab edir ki, dilənçiliyin və ya nəzir yığmağın məslək halına gəlməsi istənilən cəmiyyət üçün heç də yaxşı əlamət deyil. Məsələn, Avropa Birliyinə yeni üzv qəbul edilən Rumıniyada dilənçiliklə məşğul olanların çoxluğu və rumınların digər Avropa ölkələrində də bu işlə məşğul olması ittifaq ölkələri arasında onların kasıb və yazıq xalq obrazını yaradıb. Sosioloq deyir ki, Azərbaycan dilənçiliklə kökündən mübarizə aparmasa, 2-3 işbazın ucbatından ölkəmizə gələn əcnəbilər də bizi kasıb və yazıq xalq kimi qəbul edəcəklər. Çünki dilənçilər yol üstüdə dayanır. Yoldan isə hamı keçir: turist də, xarici qonaq da, hətta diplomatlar da…
Yusif Kərimli
CV-nin (rezyumenin) yazılması qaydaları
Ümumi məlumat
Rezyume (CV) şəxsin təhsili, iş təcrübəsi və peşəkar bacarıqları haqqında məlumatların sistemli xülasəsidir. Rezyume reklamın bir formasıdır və onun məqsədi sizin müsahibəyə çağırılmanızı təmin etməkdir. Bu müsahibə müxtəlif mədsədlər üçün keçirilə bilər: yeni işə qəbul olmaq, karyera pilləsində irəliləmək, peşəkar təşkilata üzvlük əldə etmək, qeyri-hökumət təşkilatının idarə heyyətinə üzv seçilmək və s. Hər bir reklamda olduğu kimi, sizin məqsədiniz diqqəti ən yaxşı xüsusiyyətlərinizə cəlb etmək və zəif tərəflərinizi göstərməməkdir.
Əgər siz əmək bazarındasınızsa, rezyumenizin olması sizi daha məsuliyyətli və hazırlıqlı göstərir. İşlədiyiniz zaman rezyumenizi yeniləməyiniz sizə imkan verir ki, qarşınıza çıxan daha yaxşı iş imkanlarından istifadə edəsiniz. Əgər bir neçə il ərzində iş axtarmamısınızsa, rezyumenizi hazırlamanız sizi gələcək 2-3 il ərzində daha cəlbedici namizəd olmaq üçün nə etməli olduğunuz barədə daha məlumatlı edəcək. Rezyumenin yazılması sizin şəxsiniz ətrafında qurulan bir prosesdir: rezyumedə gözə çarpacaq şəxs Sizsiniz!
İş təklif edən şəxslər öz şirkətlərində gəncləri görmək istəyirlər. Onlara sizin yeniliyiniz və ruh yüksəkliyiniz lazımdır. İş təklif edən şəxslər sizin gördüyünüz işdə maraqlı və məsuliyyətli olmağınızı istəyirlər. Onlar sizdən uyğun iş təcrübəsi istəyirlər, çünki bu sizin məhz bu növ işlə məşğul olmaq istədiyinizi göstərir. İş təklif edən şəxslər sizdən yolayovuqluq və yaxşı davranış gözləyirlər. Onlar sizin həmkarlarınızla yola getməyinizi və etibarlı əməkdaş olmağınızı istəyirlər. Siz dərk etməlisiniz ki, siz rezyumenizi gələcəkdə sizi işə qəbul edəcək şəxs üçün yazırsız. Məhz bu səbəbdən reymunenizə məhz sizin uyğun namizəd olduğunuzu təsdiq edəcək keyfiyyətləri yazmalısınız.
Format və Üsluba Nəzarət
Yaxşı təəssurat yaratmaq üçün sizin 45 saniyədən də az vaxtınız var. Bu sıradan işə qəbul edən şəsxin hər hansı bir rezyumeni “ola bilər” yaxud “ola bilməz” siyahısına aid etməzdən əvvəl ona sərf etdiyi vaxtdır. Əgər rezyumeniz sərrast deyilsə, çox güman ki, heç kəs onu diqqətlə oxuyub sizin bacarıqlarınızı qiymətləndirməyəcək.
Rezyumenizi keyfiyyətli, məktub ölçülü kağızda çap etməyiniz çox vacibdir. Çalışın ki, rezyumeniz, müraciət məktubunuz və zərfiniz eyni rəngli kağızdan olsunlar. Vərəqin kənarlarında kifayət qədər boş haşiyə saxlayın və fikir verin ki, etdiyiniz düzəlişlər gözəçarpan olmasın. Kursivlə çap etməkdən çəkinin, çünki bu yazının oxunuşunu çətinləşdirir. Əgər kompyuter və ya printerinizin keyfiyyətindən əmin deyilsinizsə, rezyumenizin çapını peşəkarlara həvalə edə bilərsiniz. Rezyumenizin surətini çıxarmaq üçün ofset printer və surətçıxaran maşından istifadə edin.
Görüntü baxımından, sizin əsas məqsədiniz məlumatın asanlıqla yadda qalmasını təmin etməkdir. Başlıqlardan istifadə etməklə mətni hissələrə bölün. Bu başlıqlar diqqəti sizin iş təcrübəsi və təhsil kimi müxtəlif bacarıqlarınıza cəlb etməlidir. Əsas məqamların altından xətt çəkin yaxud onları böyük hərflərlə yazın və olnarı vərəqin sol küncündə yerləşdirin. Ən mühün keyfiyyətlərinizi sadalamaq üçün siyahılardan istifadə edin.
Qaydalara fikir verin. Əmin olun ki, başlıqlar və siyahılar qramatik baxımdan həmcinsdirlər. Qramatika, orfoqrafiya qaydalarından və durğu işarələrindən düzgün istifadə etdiyinizdən əmin olun. Rezyumenizin müsbət təəssurat yaratmaq üçün bir neçə saniyəsi var. Sizin şəxsinizin ön planda olması və oxuyan şəxsin diqqətinin cəlb olunması çox vacibdir. Yazı üslubunuz sadə və birbaşa olmalıdır. Uzun cümlələrin əvəzinə, qısa və konkret cümlələr işlədin.
Bir qayda olaraq, bir səhifəlik rezyume yazmağa çalışın. Əgər sizin həddən artıq böyük təcrübəniz varsa və yüksək səviyyəli işə müraciət edirsinizsə, daha uzun rezyume hazırlaya bilərsiniz. Əsas olan bacarıq və nailiyyətlərinizin inandırıcı və dəqiq təsvirini təqdim etmək üçün kifayət qədər yer ayırmağınızdır.
Məzmunun tərtib olunması
Potensial iş təklif edən şəxslərin çoxu müəyyən məqamların hər bir rezyumedə olmasını gözləyirlər. Bunlardan ən əsası ad, ünvan, təhsil və iş təcrübəsi barədə məlumatdır. Əmin olun ki, rezyumeniz sizin ən güclü tərəflərinizi vurğulayır. Rezyumenizdə nəyi işıqlandırmaq istədiyinizi düşünün. Siz elm sahəsində istedadlısınız? Siz yaxşı komanda rəhbərisiniz? Yaradıcı dahisiniz? Texnika ilə xariqələr yaradırsınız? Əgər hansı cəhətlərinizi göstərmək istədiyinizi müəyyən etsəniz, rezyumenizin hissələrini buna uyğun şəkildə hazırlaya bilərsiz. Güclü tərəflərinizi vurğulamaqla, faktları təhrif etmədən istənilən təəssuratı yarada bilərsiz.
Ad və Ünvan
İş təklif edən şəxsin bilməli olduğu ilk məlumat sizin kim olduğunuz və sizinlə necə əlaqə saxlamağın mümkünlüyüdür. Bu məlumatlara aiddir: sizin adınız, ünvanınız, telefon nömrəniz, elektron ünvanınız. Əgər sizinlə iki ünvan yaxud telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündürsə, onların hər ikisini qeyd etməlisiniz. Həmçinin, həm iş, həm də ev telefonunuz varsa, onların hər ikisini qeyd edin və hansının ev, hansının iş telefonu olduğunu qeyd edin. Bir çox rezyumelərin başlığı şəxsin vərəqin yuxarı hissəsində, mərkəzdə yerləşən adı və ünvanıdır. Başlıqda Rezyume sözünü yazmağınıza ehtiyac yoxdur. Lakin hər hansı bir konkret işə müraciət edirsinizsə, bunu başlıqda göstərə bilərsiz:
Qreq R. Krispin Satış üzrə Nümayəndə vəzifəsi üçün bacarıqları
Meri C. Tanakanın Rezyumesi, PR üzrə Peşəkar Mütəxəsis
Nə cür başlıqdan istifadə etməyinizdən asılı olmayaraq, əmin olun ki, rezyumenin oxucusu sizin kim olduğunuzu və sizinlə necə əlaqə saxlamaq lazım olduğunu dərhal başa düşsün.
Karyera Hədəfləri və Bacarıqların Qısa Xülasəsi
Mütəxəsislər karyera hədəflərinin rezyumedə yerləşdirilməsi barədə yekdil fikir söyləmirlər. Onlardan bəziləri bildirirlər ki, sizin hədəfləriniz bacarıqlarınızın siyahısından aydin olacaq. Onlar həmçinin bildirirlər ki, əgər siz fərqli vakansiyalara müraciət edirsinizsə, bu cür məlumatın yerləşdirilməsi məqsədəuyğun deyil, çünki bu zaman elə görünəcək ki, siz yalnız bir sahə ilə maraqlanırsız. Digər mütəxəsislər isə bildirirlər ki, iş təklif edən şəxslər onsuzda sizi hansısa kateqoriyaya aid edəcəklər. Buna görə də siz əmin olmalısınız ki, onlar sizi düzgün kateqoriyaya aid edirlər. Əgər karyera hədəfinizi qeyd etməyi qərara almısınızsa, görmək istədiyiniz iş barədə mümkün barədə spesifik olun:
İnsan Resursları üzrə Menecment, beynəlxalq təcrübə tələbi ilə
Reklam üzrə assistent, məxsusi olaraq nəşriyyat sahəsində
Əgər sizin iki cür bacarığınız varsa, iki ayrı rezyume hazırlayın və hər birində müxtəlif karyera hədəfləri qeyd edin. Əgər qısamüddətli hədəfləriniz uzunmüddətli hədəflərinizdən fərqlənirsə, onların hər ikisini birgə qeyd edin:
Rəhbərlik statusu imkanı olan marketinq vəzifəsi
Ofis üzrə administrator olmaq hədəfi olan katiblik
Əgər geniş və fərqli təcrübələriniz varsa, bu zaman hədəflərinizi göstərməklə bərabər, ən güclü tərəflərinizi vurğulamaqla bacarıqlarınızın qısa xülasəsini də verə bilərsiz. Qısa və sadə söz birləşmələrindən istifadə edin:
ABŞ-ın Coğrafiyasının tədrisində on il təcrübə
500 nəfər əməkdaşı olan şirkətrin ofisinə cavabdeh olan əlaqələr üzrə operator
Təhsil
Əgər siz hələ təhsil alırsınızsa, təhsiliniz barədə məlumat ən vacib məqamdır. Beləliklə, təhsiliniz barədə məlumatları detallı şəkildə yazın və “mövzunuza” dayaq olacaq faktları qeyd edin. Ən son təhsilinizdən başlamaqla, hər bir təhsil ocağının adını, yerləşdiyi məkanı, əsas və ikinci dərəcəli ixtisasınızı, təhsiliniz zamanı əldə etdiyiniz mühüm bacarıq və qabiliyyətləri, aldığınız elmi dərəcə və şəhadətnamələri qeyd edin. Sizi axtardığınız iş üçün lazımi bacarıqlarla təmin edən fənlərin siyahısını, əldə etdiyiniz mükafat və fərmanlarınızı rezyumenizə yazın.
Təhsil bölməsində həmçinin biznes, sənaye və hökumət tərəfindən təşkil edilən təlimlər də göstərilir. İştirak etdiyiniz əlaqədar seminar və təlimləri, əldə etdiyiniz şəhadətnamələri və digər sənədləri qeyd edin.
Seçdiyiniz sahədə bir yaxud daha çox il işləmisinizsə, bu zaman rezyumedə təhsil haqqında məlumata daha az yer verilir. Əgər iş təcrübəniz ən güclü keyfiyyətinizdirsə, təhsil bölməsini bundan sonra yerləşdirin və daha az detal qeyd edin.
İş təcrübəsi
Təhsil bölməsində olduğu kimi, iş təcrübəniz haqqında məlumat da diqqəti sizin ümumi hədəfinizə cəlb etməlidir. Keçmiş məsuliyyətləriniz və hazırki hədəfləriniz arasındakı əlaqəni vurğulayın. Əldə etdiyiniz bacarıqları və az məsuliyyətli vəzifələrdən daha məsuliyyətli vəzifələrə doğru peşəkar inkişafınızı göstərin.
İş təcrübənizi təsvir edərkən, ən son iş yerindən başlamaqla onları əks xronoloji ardıcıllıqla sadalayın. Karyera hədəflərinizə aid olmasa belə, bütün yarım-ştat vəzifələri, yay təcrübələrini və digər təcrübələri qeyd edin. İş təklif edən şəxs görəcək ki, siz iş tapmağı və orada qalmağı bacarırsınız, bu da özlüyündə mühüm keyfiyyətdir. Əgər siz təhsil almaqla bərabər işləmisinizsə, bunu belə də qeyd edin. İş təklif edən şəxslər bunu güclü xarakterin göstəricisi kimi qəbul edirlər.
İş təcrübəsi bölməsində çalışdığınız bütün vəzifələr qeyd olunur:
- İş yerinin adı və yerləşdiyi yer
- Təşkilat nə işlə məşğuldur (əgər adından məlum deyilsə). Əgər siz hazırkı iş yerinizin adını gizli saxlamaq istəyirsinizsə, şirkəriniz adını deyil, fəaliyyət sahəsini qeyd edə bilərsiz yaxud sirkətin adını yazıb lakin ayrica qeyddə yaxud müraciət məktubunda bunun gizli saxlanmasını xahiş edə bilərsiz.
- Vəzifənizin adı, məs. katib, satıcı. Əgər sizin vəzifəniz qabyuyan olubsa, bunu olduğu kimi yazın. Vəzifənizin adını şişirtməklə onu daha vacib göstərməyə çalışmayın.
- İşlədiyiniz müddət – hansı ay/ildən hansı ay/ilə qədər. Hazırki iş yerinizi təsvir edərkən “indiyə qədər” ifadəsindən istifadə edin.
- Vəzifə və məsuliyyətləriniz. Tutduğunuz vəzifə, işlədiyiniz şirkət və təşkilat və müddət barədə dürüst olun. Hazırda, iş təklif edən şəxslərin çoxu namizədin tərcümeyi-halındakı məlumatı yoxlayır. Ona görə də göstərdiyiniz hər hansı yalnış məlumat gec-tez üzə çıxacaq.
- Mühüm nailiyyət və töhfələriniz. Hazırki hədəfinizə aid olan işin təsvirinə daha çox yer ayırın. Əgər siz şəxsən nəyəsə cavabdeh olmusunuzsa, bunu mütləq qeyd edin. Mümkün olduğu qədər, nailiyyətlərinizi kəmiyyət şəklində yazmağa çalışın. Məs. “Yeni reklamın hazırlanması nəticəsində satış 9% artmışdır” yaxud “İş saatları cədvəlinin tərtib olunması üçün yeni sistemin planlaşdırılması nəticəsində nəzərəçarpacaq müsbət nəticələr əldə olunmuşdur”.
Aidiyyəti bacarıqlar
Siz tərcümeyi-halınızın karyera hədəflərinizə aid olan digər məqamlarını da rezyumenizə bir bölmə kimi aid edə bilərsiz. Əgər beynəlxalq təşkilatda hər hansı bir vəzifəyə müraciət edirsinizsə, bildiyiniz digər dillər və səyahət təcrübəniz barədə məlumat verə bilərsiz. Digər aidiyyəti bacarıqlar siyahısına kompyuter biliklərinizə, mətnlərlə və digər avadanlıqlarla işləmək bacarığınızı aid edə bilərsiz. Əslində, siz bu məlumatları xüsusi bölmə şəklində, “Kompyuter Bacarıqları”, “Dil Bacarıqları” başlıqları altında təqdim edə yaxud “Təhsil” və “İş Təcrübəsi” bölmələrində yerləşdirə bilərsiz.
Əgər akademik transkriptiniz, işinizdən nümunələr yaxud zəmanət məktubları işə qəbul olunmaq şansınızı artırırsa, bu zaman rezyumenizin sonunda qeyd edin ki, lazım olduğu təqdirdə siz bu sənədləri təqdim edə bilərsiz. Bir çox potensial iş təklif edən şəxslər üstünlür verirlər ki, istinadlar rezyumenin mətnində qeyd olunsun. Beləliklə, karyera hədəflərinizə aid olan fərqli faktları qeyd edin:
- Bildiyiniz digər dillər
- Kompyuter bilikləriniz
- İşə başlaya biləcəyiniz tarix
- İstinadların
Şəxsi məlumat
Rezyumenizi fərqləndirmək üçün siz oraya maraqlarınız, səyahət təcrübəniz, şəxsi xüsusiyyətləriniz barədə məlumatları aid edə bilərsiniz, ələxsus bu məlumatlar karyera maraqlarınıza aid olan keyfiyyətlərlə əlaqədardırlarsa. Bu bölmə sizin hərtərəfli insan olduğunuzu göstərə bilər və müsahibə zamanı söhbət mövzusu ola bilər. Əgər hərbi xidmətiniz axtardığınız işlə əlaqəlidirsə, bu barədə məlumatı bu bölmədə göstərə bilərsiz. Rezyumenizdə yalnız istədiyiniz işə qəbul olmaqda sizə kömək edəcək məlumatları göstərin.
Rezyumenin növləri
Hansı rezyume növünü seçməyiniz güclü tərəflərinizi necə təqdim etmək istəyinizdən asılıdır. Düzgün seçim sizin tərcümeyi-halınızdan və hədəflərinizdən asılıdır. Qəbul olunmuş üç rezyume növü var:
- Xronoloji rezyume
- Funksional rezyume
- Hədəfli rezyume
Xronoloji rezyume
Ən çox istifadə olunan rezyume növü şəxsin iş təcrübəsinin ən sonuncudan başlamaqla əks qaydada sıralandığı xronoloji rezyume. Siz rezyumenizi xronoloji ardıcıllıqla hazırlayırsınızsa, iş təcrübəsi bölməsi rezyumenin əsas hissəsini təşkil edir və ad, ünvan və məqsədlərdən sonra gəlir. Siz bu bölməni hazırlayarkən ən sonuncudan başlamaqla ilk iş təcrübənizə qədər bütün vəzifələrinizi əks ardıcıllıqla sıralayırsınız. Hər bir müddəada ən sonuncu vəzifənizə daha çox diqqət ayırmaqla gördüyünüz işin məzmununu və nailiyyətlərinizi təsvir edirsiniz. Əgər universiteti yenicə bitirmisinizsə, təhsiliniz haqqında məlumatı iş təcrübəsindən əvvəl yerləşdirə bilərsiz. Bununla siz diqqəti təhsildəki uğurlarınıza cəlb edə bilərsiz.
Xronoloji yanaşma rezyume hazırlamağın ən ənənəvi yoludur və bir çox iş təklif edən şəxslər bu rezyume növünə üstünlük verirlər. Əgər sizin zəngin peşəkar tarixçəniz varsa və hazırki karyeranızın üzərində qurulacaq işə müraciət etmisinizsə, bu rezyume növünü seçmək məxsusi olaraq düzgündür.
Funksional rezyume
Funksional rezyume bacarıq və nailiyyətlərin əsasında qurulur və bu müddəalar uyğun iş təcrübəsi və təhsil haqqında məlumat ilə təsdiqlənir. Bu cür yanaşma məxsusi bacarıq sahələrini vurğulayır. Bu cür rezyume əmək bazarına yenicə daxil olan, karyeralarının istiqamətini dəyişən və ardıcıl iş təcrübəsi məhdud olan şəxslər üçün daha uyğundur.
Hədəfli rezyume
Hədəfli rezyume müəəyyən iş təklif edən şəxs üçün həmin işdə nə edə biləcəyininizin ətrafında diqqəti cəmləyən rezyume növüdür. Bu siyahının ardınca sizin nailiyyətlərinizin siyahısı gəlir ki, bu da sizin bacarıqlarınızı təsdiqləyir. Təhsil və iş təcrübəsi ikinci dərəcəli bölmələrdə göstərilir. Bu cür yanaşma nə etmək istədiyi bilən və müəyyən bir sahədə bacarıqlarını göstərə bilən şəxslər üçün uyğundur.
Rezyume hazırlamağın qaydaları
Məzmun və Üslub
- Rezyumeni müraciət məktubundan əvvəl hazırlayın və müraciət məktubunu rezyumedə sadaladığınız faktların əsasında yazın.
- Ən güclü keyfiyyətlərinizi əvvəldə təqdim edin.
- Uzun cümlələrin əvəzinə qısa söz birləşmələrindən və fellərdən istifadə edin.
- Fikirlərdən deyil, faktlardan istifadə edin.
- Çoxlu sayda şəxs əvəzliklərindən istifadə etməkdən çəkinin.
- Arzuladığınız əmək haqqı, iş və məzuniyyət qrafikini göstərməyin.
Əlaqə Saxlamaq üçün Məlumat
- Adınızı və ünvanınızı başlıq kimi istifadə edin.
- Adınızı, ünvanınızı, indeksinizi, iş/universitet və ev telefonunuzu göstərin.
Karyera Hədəfləri və Bacarıqların Qısa Xülasəsi
- Nə etmək istədiyiniz barədə spesifik olun. Əgər bir-birinə aidiyyəti olmayan iki iş bacarırsınızsa, iki ayrı rezyume hazırlayın.
- Əsas bacarıqlarınızın qısa xülasəsini yazın.
- Yeni işə başlaya biləcəyiniz ayı, mümkünsə günü qeyd edin.
Təhsil
- Ən sonuncudan başlamaqla bütün aidiyyəti olan təhsil və təlimlərin siyahısını yazın.
- Orta məktəbdən sonda təhsil aldığınız bütün tədris ocaqlarının adını və yerləşdiyi məkanı, qəbul və məzun olduğunuz tarixi və əldə etdiyiniz elmi dərəcə və şəhadətnaməni qeyd edin.
- İxtisasınızı qeyd edin.
- Təhsiliniz zamanın aldığınız qiymətlərin ədədi ortasını qeyd edin. 4 yaxud 5 ballıq sistemdən istifadə edin.
İş təcrübəsi
- Ödənişli, könüllü vəzifələriniz və təcrübələriniz də daxil olmaqla bütün iş təcrübələrinizin siyahısını yazın.
- Ən sonuncudan başlamaqla bütün yarım və tam ştatlı iş təcrübələrinizi qeyd edin.
- Hər bir vəzifəyə başladığınız və onu tərk etdiyiniz tarixi qeyd edin.
- İşlədiyiniz təşkilatın yaxud şirkərin adını və yerləşdiyi yeri qeyd edin.
- Vəzifənizin adını və gördüyünüş işin qısa xülasəsini qeyd edin.
- İşdə əldə etdiyiniz nailiyyətləri, məsələn mükafatları yaxud təşkilata vaxta və malliyyə vəsaitlərinə qənaət etməyə imkan verən təkliflərinizi qeyd edin.
Fəaliyyət, Fərman və Mükafatlar
- Bütün aidiyyəti ödənişsiz fəaliyyətləri: rəhbərlik vəzifələrini, mühüm mükafatları, başqaları ilə əməkdaşlıq edə biləcəyinizi təsdiq edən layihələri, yazılı və natiqlik fəaliyyətinizi və təhsil və peşəkar təşkilatlardakı iştirakınızı qeyd edin.
- Bir çox hallarda dini və siyasi mənsubiyyətizi göstərməkdən çəkinin.
Digər Əlaqədar Faktlar
- Sürətli çap etmək bacarığınız və ana dilinizdən əlavə bildiyiniz dilləri qeyd edin.
- İstifadə edə bildiyiniz və işdə gərəkli ola biləcək cihaz, avadanlıq və kompyuter proqramlarını qeyd edin.
Şəxsi Məlumat
- Mənfi qəbul oluna biləcək yaxud sizə qarşı ayrıseçkiliyə səbəb olacaq şəxsi məlumatları göstərməkdən çəkinin.
- Əgər yaşınız təcrübənizin az olduğunu yaxud təqaüdə çıxmaq vaxtınızın yaxınlaşdığını göstərirsə, yaşınızı göstərməkdən çəkinin.
- Əgər lazımdırsa, hərbi xidmətiniz barədə məlumatı iş təcrübəsi yaxud təhsilinizin bir hissəsi kimi göstərin.
- İşə aidiyyəti olan maraq və hobbilərinizi sadalayın, xüsusilə axtardığınız iş üçün gərəkli ola biləcək idman, ictimai fəaliyyət, səyahət və digər keyfiyyətlər barədə məlumatları göstərin.
İstinadlar
1. Lazım olduğu təqdirdə bacarıqlarınızı təsdiq edə biləcək şəxslərə istinadlar verə biləcəyinizi bildirin.
- Qohumlarınızın deyil, sizinlə təhsil, işgüzar və peşəkar əlaqələri olan şəxslərin adlarını göstərin.
- Hər bir istinad etdiyiniz şəxsin adını, vəzifəsini, ünvanını və telefon nömrəsini göstərin.
- Şəxsin razılığını almadan ona istinad etməyin.
2. Əgər təşkilatınızın yeni iş axtardığınızı bilməsini istəmirsinizsə, hazırki müdriyyətinizə istinad verməyin.
Hazırladılar: Olqa Breqvadze, Aysel Soltanova
Prezident ağacların məhv edilməsini qadağa etdi, amma...
... amma heç bir gün keçməmiş ağaclar kəsildi və yandırıldıNizami rayonunda yaşıl ağaclar kəsilərək yandırlır. Özü də ölkə rəhbərinin dünən bu barədə sərt danışmasına rəğmən. Qara Qarayev metrosunun çıxışındakı Şirin Mirzəyev küçəsi boyunca, yaşıllıq zonasında ticarət mərkəzi inşa edənlər ağacları kəsərək onları yaş yaş yandırır. Təxminən bir kilometr uzunluğundakı ticarət mərkəzi tamamilə yaşıllıq zonada salınıb.
Dünən ölkə başçısının sərt tapşırığından sonra bu gün səhər tikinti gedən ərazidə yaş budaqları olan ağacların yandırıldığı diqqət çəkib. Qəribə burasıdır ki, yandırılın ağaclar elə yaşıllığın ortasında və açıq aşkarca yandırılır. Ərazidə işləyən fəhlələrin bəzisi isə yanan ocağın istisinə qızınmaq üçün tonqalın başına yığılıb. Onlar ağacları kimin qırdığını və kimin yandırdığını demədən ordan uzaqlaşdılar. Yaşıllıq zonasında ağacların yandırılma əməliyyatı iki yerdə həyata keçirilirdi. Görünür bu ağaclar əvvəlcədən kəsilibmiş, ölkə Prezidentinin dünənki çıxışından sonra təcili yandıraraq məhv etmək istəyiblər ki, gözə görünməsin. Ən pis ehtimal isə ağacların elə bu gün qırılaraq yandırılmasıdır. Çünki, budaqlardakı yaşıl yarpaqlar onların yeni kəsilmiş olduğunu göstərir.Maraqlanmaq üçün mühafizə xidmətinə yaxınlaşsaq da onlar heç ticarət mərkəzinin rəhbərliyini də tanımadığını və ağacların qırılmasından xəbərsiz olduqlarını dedilər. Ağacların yanması təxminən bir saata qədər vaxt çəkdi. Bu ərəfədə xəbəb tutan ticarət mərkəzinin rəhbərliyindən bir nəfər bizə yaxınlaşdı. Adını deməyən şəxs ağacların köhnə və quru olduğunu iddia etsə də, ona yaşıl yarpaqlı budaqları göstərəndə sözlərini dəyişdirdi: “Ərazidə təmizlik işi aparırıq.” Amma bu təmizlik işinə yox, məhvetmə işinə daha çox bənzəyirdi.
Vəziyyətdən xəbərdar olub olmadıqlarını öyrənmək üçün Nizami Rayon İcra hakimiyyətinə müraciət etdik. İcra başçısının müavini Ərrəhman Həsənov təcili əraziyə çıxdıqlarını səbəb gətirərək suala cavab vermədi.Qeyd edək ki, ərazidə yaşayanlar ticarət mərkəzinin təxminən bir ildən çoxdur ki, burada tikildiyini bildirirlər. Tikinti gedən ərazidə isə əsasən şam ağacları əkilib. Elə yandırılan budaqların çoxu da şam ağacına aiddir. Sonda bir daha xatırladaq ki, Prezident İlham Əliyev hökümətin 2009-cu ilin birinci rübünün yekunlarına dair keçirilən iclasında ekoloji proqramların icrası və yaşıllıqar zolaqlarının salınması ilə əlaqədar tədbirlər planının həyata keçirilməsinin vacib olduğunu bildirmişdi. İ. Əliyev yaşıllıqları məhv edənlərə qarşı ciddi tədbirər görüləcəyini bəyan etmişdi. Həmçinin Prezident Bakı və Bakı ətrafı qəsəbələrdə üç milyon ağacın əkilməsi ilə bağlı konkret tapşırıqlarını verərək, “Respublikada ağacların kəsilməsini qadağan edirəm” demişdi.
Yusif Kərimli
Toy belə olar
Aprelin 18-i iki sevən gəncin toyunda, bəy və gəlin daxil olmaqla bir qrup gənc olduqca yaradıcı performans göstərdilər. Artıq sözə ehtiyac yoxdur, videoları izləyin və fikrinizi bildirin.
P.S. Rəqs edənlərin arasında OL!-çu da var. Onu tapa bilərsiniz?
Digər maraqlı toy haqqında ön postlarımızda:
http://ol-az.blogspot.com/2007/09/milli-toy.html

