Showing posts with label AEbashladi. Show all posts
Showing posts with label AEbashladi. Show all posts

Gənclərə 2 ayliq həbs verildi!

Səbayel Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi "AN" Gənclər şəbəkəsinin lideri Emin Milli və "OL" Gənclər Hərəkatının təsisçisi Adnan Hacızadənin qapalı məhkəməsi keçirilib.

Qaynar.info-nun "Azadlıq" radiosuna istinadən verdiyi xəbərə görə, məhkəmə qərarı ilə hər iki gənc fəal haqqında iki aylıq həbs qəti imkan tədbiri seçilib. Bu müddət ərzində məhkəmə istintaqı davam edəcək və sonra yenidən məhkəmə keçiriləcək.

Emin Milli və Adnan Hacızadəyə hücum etdiyi bildirilən Babək Hüseynov və Vüsal Məmmədov zərərçəkən kimi qəbul olunub. Onlar prosesdə iştirak etməyib.

Məhkəmənin qarşısına toplaşan gənc fəallar və hüquq müdafiəçiləri etirazlarını himn oxumaqla və şüarlar səsləndirməklə bildiriblər.

Adnan Hacızadənin və Emin Millinin vəkilləri İsaxan Aşurov və Elton Quliyev Səbayel rayon məhkəməsinin hakimi Rauf Əhmədovun qərarının qərəzli və qanuna zidd olduğunu deyiblər. Vəkillər qərardan apellyasiya şikayəti verəcəklərini, sonra isə qərar onları qane etməzsə, Avropa Məhkəməsinə müraciət edəcəklərini deyiblər.

İsaxan Aşurovun sözlərinə görə, gənclərə qarşı qeyri-insani münasibət göstərilib, onlar həkimə ehtiyacları olduğu halda tibbi xidmətlə təmin olunmayıblar.

Məhkəmənin qarşısına toplaşmış müxtəlif gənclər təşkilatlarının nümayəndələri Emin Milli və Adnan Hacızadənin həbsinə bütün qanuni üsullarla etiraz edəcəklərini bildiriblər.

Onu da qeyd edək ki, prosesdən qabaq məhkəmənin sədri Səbail Rayon Məhkəməsinin sədri Gülzar Əliyeva ilə görüşdən çıxan almaniyalı ombudsman deyib ki, bu hadisəyə öz etirazını bildirib. «Bu cür hadisələr Azərbaycanla Almaniyanın münasibətlərinə xələl gətirə, ölkələrarası müzakirə mövzusuna çevrilə bilər və Azərbaycanın imicinə ziyandır».

Günter Nokke həmçinin baş verənləri «siyasi təxribat» adlandırıb.

«Livan» restoranından reportaj...

http://www.azadliq.org/content/article/1774244.html

Hadisə baş verəndə Emin Milli və Adnan Hacızadə özlərindən başqa beş yoldaşı ilə «Livan» restoranın bar hissəsində küncdəki dəyirmi stolda oturublarmış. Onlardan bir stol kənarda iki nəfər başqa adam var imiş.

Onların arasında dava düşüb, amma bizim xəbərimiz yoxdur ki, davanı kim başlayıb, biz görməmişik.

Bunu restoranın müdiri Rizvan Əlizadə «Azadlıq» Radiosuna danışır. Başqa heç nə demir, hər vəchlə inandırmağa çalışır ki, hadisəni işçilərdən heç kim görməyib.

- Birinci kim başladı davanı?

- İçəridə bircə barmen qız olub, o da həyəcanlanıb heç baxmayıb da, tez içəridən aşbazı - Arazı çağırıb.

- Arazla danışa bilərik?

- Yox, olmaz, o işləməlidir.

Deyəsən, aşbaz öz adını eşidir, bayıra çıxır.

- Siz buradaydız, yeddi nəfərlik qrupdan müqavimət göstərən oldu?

- Mən bilmirəm, çıxanda artıq sakitləşmişdilər.

Amma hadisə yerində olan gənclər deyirlər ki, hücumçuların qarşısını restoran işçiləri alıblar. Gənclərdən biri Rəşadət Axundov deyir ki, restoranın müdirini və başqa iki işçini həmin gecə polis idarəsinə aparıblar.

HALBUKİ,

Bara girən kimi işçilərin ilkin reaksiyası belə olmuşdu – Necə yəni, həm döyülüblər, həm də cinayət işi açılıb?! Amma sonra restoranın direktoru gəlir və işçilər deyirlər ki, onlar heç nə görməyiblər.

«BİR KƏLLƏ ADNANA, BİR KƏLLƏ EMİNƏ»

Hadisə yerində Emin Milli və Adnan Hacızadə ilə birlikdə olan gənclərdən biri Ülvi Həsənli danışır ki, Emin Millinin hücumdan əvvəl son sözü təqribən bu olub ki, «mən bu hakimiyyətlə razı deyiləm». Elə bu vaxt qonşu stolda oturan qarabəniz və idmançı görkəmli iki nəfərdən biri – ayağa durub, söyüşlə Emin Milliyə müraciət edib ki, nə dəyirsən? Emin Milli cavab verəndə ki, bunun ona dəxli yoxdur, qarşı tərəf irəli gəlib ona kəllə atıb.

ADNAN HACIZADƏ EMİN MİLLİNİ MÜDAFİƏ ÜÇÜN AYAĞA DURUR

Sonra iki nəfərdən o birisi stolu aşırıb və hücuma keçib. Adnan Hacızadə məsələyə qarışıb, Emin Millinin qarşısına keçib ki, zərbə ona dəysin. Dəyib də.

Hadisə yerində olan gənclərdən biri Nurəddin Babayev deyir ki, bu vaxt restoranın işçiləri səs-küyə gəliblər və gəncləri sakitləşdirməyə çalışıblar. Ülvi Həsənli və Nurəddin Babayev bayıra qaçıblar ki, polis çağırsınlar.

POLİS QƏFİLDƏN PEYDA OLUR

Ülvi Həsənli deyir ki, təqribən bir-iki dəqiqədən sonra geri çönüb ki, polis «Livan» restoranının qarşısındadır. Amma bu vaxt artıq Orxan Qafarlı ona zəng vurubmuş ki, 39-cu polis bölməsinə gedirlər, ora gəlsin.

ORXAN QAFARLININ DEDİKLƏRİ

Şahidlərdən biri Orxan Qafarlı deyir ki, restoranın işçiləri hücumçuları sakitləşdirir, onlar da fürsətdən istifadə edib, qaçırlar 39-cu polis bölməsinə. Ülvi Həsənlinin gördüyü polis maşını onlardan sonra gəlib. Həmin vaxt iddia olunan hücumçular hələ barda imişlər (sonradan polis onları sərbəst buraxıb və Adnan Hacızadə ilə Emin Milliyə xuliqanlıq maddəsi ilə cinayət işi açıb).

BƏS POLİSİ KİM ÇAĞIRIB?

Restoranın müdiri Rizvan Əlizadə deyir ki, polisi iki nəfər çağırıb, onlar özləri 102 xidmətinə zəng vurublar. Amma gənclər deyirlər ki, 8 iyul, hadisə baş verən axşam Rizvan Əlizadə onlara deyib ki, polisə özü zəng vurub.

İSTİNTAQ SİRRİ?

39-cu polis bölməsindən növbətçi Kərim Kərimxanov «Azadlıq» Radiosuna deyir ki, polisə kimin zəng vurduğunu deyə bilməz, çünki bu, istintaq sirridir. Hüquqşünas İntiqam Əliyev deyir ki, zəngi vuranın adı istintaq sirri sayıla bilər, amma müstəntiq bunun səbəbini açıqlamalıdır. Polis idarəsindən deyirlər ki, müstəntiqlə bizi calaşdıra bilməzlər.

GƏNCLƏR BURA NİYƏ GƏLMİŞDİ?

Gənclər təşkilatlarının nümayəndələrini bura Orxan Qafarlı dəvət edib. Gənclər Platformasının sədri Orxan Qafarlı deyir ki, məqsədi bu imiş ki, ümumi işi müzakirə eləsinlər. Orxan Qafarlı bu yeri bir gün əvvəldən sifariş veribmiş. Deyir ki, ona görə belə edib ki, barda adam çox olur.

Amma hadisə baş verən vaxt barda onlardan başqa heç kim olmayıb. Yəni, Emin Milli, Adnan Hacızadə və beş yoldaşı və onlara hücum etməsi iddia olunan iki nəfər. Restoranda işləyənlər «Azadlıq» Radiosuna deyirlər ki, son vaxtlar böhrana görə müştəriləri azalıb.

LİVAN RESTORANI VƏ BARI

"Livan" restoranı Bakının mərkəzində «Fontanlar» bağının yaxınlığında yerləşir. Bahalı restoran sayılır. Qiymətlər Bakının şəhər mərkəzindəki əksər restoranları kimidir. Yeməklər təqribən 18-20 manat, içkilər 10-30 manata. Burada üç otaq var - milli Livan yeməkləri verilən restoran, kiçik bar bir də qəlyan otağı.

İKİ NƏFƏR ADNANIN ARXASINCA GƏLİRMİŞ

Tutulan gənclər bir yerdə olanlar deyirlər ki, həmin iki nəfər bara Adnan Hacızadədən sonra giriblər. Onlar ehtimal edirlər ki, Adnanı izləyiblər. Adnan Hacızadənin atası Müsavat Partiyası Analitik Mərkəzin rəhbəri

HİKMƏT HACIZADƏ DEYİR Kİ,

Adnanın axır günlər izlənmə ilə bağlı xüsusi şikayəti olmayıb. Amma Hacızadə deyir ki, oğlunun təqib olunması ağlabatandır, xüsusilə də Adnanın məşhur «Eşşəklə müsahibə»si hakimiyyətin qəzəbinə səbəb ola bilərdi: «Bu, siyasi həbsdir».

EMİN MİLLİ KİMDİR?

Emin Millinin həmtəsisçi olduğu AN şəbəkəsinin üzvü Nigar Fətəli «Azadlıq» Radiosuna deyir ki, Emin Milli internetdə alternativ məlumat mənbəyi idi və yerli medianın yaymadığı məlumatları yayırdı, hakimiyyətin bəzi addımlarını tənqid edən təhlil yazıları yazırdı. Nigar Fətəli hesab edir ki, Emin Millini və Adnan Hacızadəni bu materiallara görə tutublar.

Emin Milli və Adnan Hacızadə 48 saatlığa həbs olundu (Məqalə, video)

Səbail rayon Polis İdarəsinin qərarı ilə döyülən gənclərdən Adnan Hacızadə 48 saat müddətinə şübhəli şəxs kimi saxlanıb. Emin Milli də onunla həmrəylik nümayiş etdirərək birlıikdə təcridxanaya aparılmasını istəyib.

Saxlanan üçüncü gənc - Orxan Qafqarlı isə azad edilib. O, bizimlə söhbətdə bildirdi ki, gəncləri döyənlər iki nəfər idmançı olub. Polisə bildiriblər ki, döyülənlər restoranda onları təhqir edirmişlər. Ona görə də aralarında münaqişə yaranıb.

Bundan sonra polis əməkdaşları həmin idmançıları özləri ilə dal qapıdan hara isə aparıblar.
Orxan Qafarlı bildirir ki, polisin zərəçəkən olduqları halda gəncləri təcridxanaya aparmasını onların müxalif siyasi fikirlərinə görə cəzalandırılmaları hesab edirlər.

Səbail rayon Polis İdarəsindən növbətçi polis əməkdaşı idmançı olduğu deyilən adamların hara aparılması, saxlanan gənclərin nədə şübhəli bilinməsi barədə suallarımıza cavab verməkdən imtina etdi.

Növbətçi polis məlumat üçün səhər tezdən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə müraciət etməyi məsləhət görür.

****

Döyülən Emin Milli və Adnan Hacızadıni qolu qandallı şəkildə polis maşınına mindirərək Səbail rayon Polis İdarəsindən harasa aparıblar. Polis onların yaxınlarına və vəkilə hara aparıldıqlarını deməkdən imtina edir. İdarədə olan Orxan Qafarlıdan hələlik soraq yoxdur.

***

İctimai-siyasi proseslərdə fəal olan iki gənc – Emin Milli və Adnan Hacızadə iyulun 8-də axşam saatlarında döyülüb. Adı çəkilənlərlə birlikdə yeddi gənc axşam ssatlarında Bakıda Livan restoranında yemək yeyə-yeyə söhbət edirlərmiş.

Şahidlərin dediyinə görə qonşu masada onların söhbətini dinləyən iki nəfər hələlik şəxsiyyəti jurnalistlərə bəlli olmayan adam isə gənclərə hücum edərək Emin Milli və Adnan Hacızadəni döyüb. Onlardan birinin burnu sınıb, digərinin isə sifətində göyərtilər, ayağında kəsik var.

Polis münaqişədə olanların hamısını saxlayıb. Onbların hamısı əvvəlcə Bakıda Narkoloji Dispanserdə yoxlanıblar. Bundan sonra isə Səbail rayon Polis İdarəsində dindirilirlər. Polis İdarəsinin qarşısında toplaşan gənclərin dostları və valideynləri də zorla ərazidən kənarlaşdırılb.

Vəkil İsaxna Aşurov bildirir ki, gənclərdən ifadənin necə alınması və üzləşmənin gedişini müşahidə etmək istəsə də polis nə onu, nə də saxlananların valideynlərini içəri buraxmır.

Polis İdarəsində olan gənclərdən biri - Orxan Qafarlı bayırda gözləyənlərə bildirib ki, gəncləri döyən iki nəfəri polis harasa aparıb. Onlara deyilənə görə həmin adamlar Binəqədidəki Müvəqqəti Saxlama Təcridxanasına aparılırlar. Amma hələlik onların azadlığa buraxıldıqları, yoxsa həqiqətən təcridxanaya aparıldıqları dəqiq məlum deyil.

Döyülən gənclərdən Adnan Hacızadəni də polis 48 saat müddətinə şübhəli şəxs kimi saxlamaq qərarına gəlib.

Hələlik Emin Milli və Orxan Qafarlının dindirilməsi davam edir.