Showing posts with label reliz. Show all posts
Showing posts with label reliz. Show all posts

OL-çular “ZUG der FREİHEİT” layihəsində iştirak etdilər

1989-cu ilin oktyabrında tək Şərqi və Qərbi Almaniya üçün yox, bütün Avropa üçün çox əhəmiyyətli bir hadisə baş verdi. Şərqi Almaniyanın vətəndaşları sovet rejiminə artıq dözə bilmədiklərinə görə ölkədən mümkün və qeyri-mümkün yollarla qaçmaq istəyirdilər – belə, Berlin Divarını Qərb Almaniya tərəfə keçən zaman neçə nəfər həlak olmuşdur. Macarıstan sərhədləri açandan sonra minlərlə almanlar bu ölkəyə yönəlmişdilər. Bu yolu da kəsəndən sonra qaçqınlar Çexoslovakiyaya yollandılar. Çexoslovakiyada olan Alman səfirliyi bütün qaçqınları öz binasına qəbul edirdi, amma məcburi köçkünlərin sayı gündən günə artırdı və artıq binanın həyətində də adamlar aylarla yaşayırdı. Payız gəldikcə vəziyyət daha da çətinləşirdi – soyuq havada çöldə yaşamaq asan deyil. Və bu maksimal nöqtədə dövlətlər tərəfindən qaçqınların Qərb Almaniyaya transfer olunmasına icazə verilmişdir.

Oktyabr ayında Azadlıq Qatarı Praqa şəhərindən Almaniyaya yola düşür. Baxmayaraq ki, Çexiyadan Qərbi Almaniyaya yol daha qısa ola bilər, qatar mütləq Almaniyanın Şərq tərəfindən keçib, Qərb tərəfinə getməli idi( əks halda qatardaki adamların statusu qaçqın ola bilməzdi). Qatarda gedənlər stansiyalarda onları qarşılayan adamlara əl edirdilər, stansiyada duranlar isə həmin qatara minib Qərbə getmək istəyirdi, lakin polis dəstələri buna yol vermirdi.

Bir neçə gündən sonra isə Berlin divarı çökdü.

Bu hadisələrdən 20 il sonra biz həmin qatarda Praqa şəhərindən Almaniyanın Hof şəhərinə kimi getdik. Amma bu dəfə qatardaki adamlar azad adamlar idi. Vaqonlarda almaniyan, çex artistləri, musiqiçiləri, gənclər var idi. Biz də, OL Hərəkatı kimi, Azərbaycanı bu qatarda təmsil edirdik. Bizdən başqa bu layihədə Gürcüstan, Belarusiya, Almaniya, Çexiya, Ermənistan və Polşa gəncləri də iştirak edirdilər. Biz hər stansiyada dayanırdıq, və havada azadlığı duyurduq: yüzlərlə gənclər plakatlarla, güllərlə bizə əl edib gülümsəyirdi. Orkestr çalırdı, insanlar bir birini təbrik edirdi. Yaşlı nəsil keçmişini yada salırdı – onların bəziləri həmin qatarda 20 il əvvəl gedirdi, bəziləri stansiyadan qatara baxıb onunla getmək istəyirdi, amma polislər buna yol vermirdi.

Məndən soruşanda ki, Azərbaycan ilə Almaniyanın Azadlıq Qatarından əlaqəsi nədir, dedim ki, 20 il əvvəl Azərbaycan da öz müstəqilliyini ikinci dəfə qazandı. Amma müstəqilliyi qazanib, azadlığımızı qoruyammadıq. Və istəyirəm ki bu Azadlıq Qatarı bir gün bizim ölkəmizə də gəlsin.

Esmira Məmmədova

“Youth 4 Gender Equality”

OL! AGH “Jugendhilfe Und Sozialarbeit e.V.” alman gənclər təşkilatı tərəfindən təşkil olunmuş “Youth 4 Gender Equality” (Gənclik Qender Bərabərliyi lehinə) beynəlxalq təlimdə Azərbaycanı təmsil edib.

“Y4GE” təlimi avqust 19-29 tarixlərində Berlinin yaxınlığında olan Storkov şəhərinin Hirşlüh qəsəbəsində keçirilmişdir. “OL!”u Ruslan Əsədov, Olga Breqvadze, Esmira Məmmədova, Nicat Qarayev, Zahra Vəliyeva və Aida Səmədova təmsil edirdilər.

Azərbaycandan başqa bu tədbirdə Gürcüstan, İtaliya, Ukrayna, Türkiyə və Almaniya gəncliyi də iştirak edirdi.

Təlimin məqsədi iştirakçılarının öz bilikləri və təçübələri ilə paylaşmaq, öz ölkələrində qender problemlərini müzakirə etmək və həll yollarını axtarmaq idi. Treninq çox azad və interaktiv şəkildə keçirilmişdir – diskussiyalardan başqa iştirakçılar qender problemləri ilə bağlı müxtəlif səhnəciklər qurmuşdu; bundan başqa onlara Komiks və Karikatura üzrə alman mütaxəssisləri tərəfindən geniş şəkildə təlimlər keçirilmişdir. Sonda iştirakçılar tərəfindən yaradılmış komikslər və karikaturalardan ibarət sərgi Fürstenvalde şəhərində olan kilsədə baş vermişdi.

Treninq ancaq qender problemlərini üzə çıxarmaqdan və öyrənməkdən ibarət olmadı. Bununla bərabər hər ölkənin iştikakçıları hər gecə keçirilən Milli Gecələrində öz xalqı və mədəniyyəti başqalarına təqdim edə bildilər: milli şirniyyat, içkilər, ənənələr və rəqslər hamının yadında qaldı.
Asudə vaxtı gənclər gölə getməklə, tonqal ətrafında qitara çalıb qulaq asmaqla məşqul idilər.

***

Berlina ekskursiya da çox maraqlı keçmişdir: elə alındı ki, həmin günü Almaniyanın paytaxtında beynəlxalq marafon keçirilirdi, və “Y4GE” iştirakçıları bunun canlı şahidi oldular. Bundan başqa gənclər Bundestaqda (Reyxstaqda), Branderburq Qapılarında, Aleksandrplatsda və Holoucast Memorialında və Berlin Divarının qalıqlarında olmuşdular.

Bundestaq
alman parlamentininə deyilir. Bu binanın girişində həmişə böyük bir növbə adam durur. Biz də növbədə durduq, və 15 dəqiqə ərzində Bundestaqın içinə daxil olduq. Maraqlısı odur ki, hər yerdə “şəkil çəkmək qadağandır” nişanı qoyulmuşdur, lakin hamı dayanmadan şəkil çəkdirirdi – başqa çür ola da bilməzdi, çünki binanın konstrukciyası adamı dəli edir, belə gözəldir. Ən yuxarı mərtəbəyə qalxanda isə bütün Berlini görmək olur – aydındır ki, mənzərə çox xoşagələndir.

Branderburq qapıları
Berlini şərqə və qərbə bölən ən məşhur nöqtələrdən biridir.

Aleksandrplats
Şərq Berlində yerləşir və burda tikilmiş böyük TV qalasına görə məşhurdur. Əqər itmisinizsə, göyə baxıb və həmin qalanın ucunu görüb, tez zamanda olduğu yerinin səmtini müəyyən edəcəksiniz.

Holoucast Memorial postmodern üslubda qeyri-adi bir yerdir. Möhtəşəm abidə sadə boz rənqli, fərqli olçülü kvadratlardan ibarətdir. Deyirlər ki, bu daşların arasında bir zaman gəzərkən, insan bir qəribə ruha düşür.

Berlin Divarı
ndan bir neçə parça qalıb. Divar sındırılanda minlərlə adamlar gəlib onun üstündə öz izlərini saxlayırdılar. Diqqətlə baxıb görmüşdük ki, million şəkillərin, simvolların içində 2008-2009 illərdə yazılan mesajlar da var. Onların biri deyir “Let’s give a chance to Peace”. Doğrudan da, bəlkə Sülhə şans verək?


Bu səfər haqqında danışılası şeylər çoxdur, amma burda mən nöqtəni qoymaq istərdim.

Esmira Məmmədova

OL!-çular UGRAD-ın ekoloji tədbirinə qoşuldu

İyun ayının 26-da UGRAD məzunları və OL! Hərəkatı üzvləri Amerika Dövlət Departamenti və İREX-in dəstəyi ilə keçirilən Project Smile layihəsi çərçivəsində Sumqayıt şəhərində Dəniz Kənarı parkda təmizlik işləri aparmışlar. Layihənin əsas məqsədi məzunların ictimai fəaliyyətə maraqlarının artırılması, könüllü işlərə cəlb edilməsi, şəhər sakinləri arasında təmizlik ideyalarının aşılanması, və ən əsası qarşıya qoyulan ərazinin təmizlənməsi idi. Layihədə həmçinin Sumqayıt şəhər İcra hakimiyyəti və Gənclər İdman Baş idarəsindən də nümayəndələr iştirak edirdilər. Təmizlik aksiyasının keçirilməsi barədə Gənclər İdman Baş İdarəsinə məlumat verdikdə naməlum səbəblərdən bizə belə bir layihənin keçirilməsi üçün icazə verilməsə də, israr etdiyimizi görüb məcburiyyət qarşısında qalıb icazə verilmişdi.

Təmizlik işlərinin birinci mərhələsi kimi ərazidə olan gündəlik tullantılar, zibil və ocaq qalıqları təmizlənmiş, daha sonra ağaclar əhənglənmiş və ən sonda könüllülər üçün piknik təşkil edilmişdi. Layihəyə ümümilikdə 40 nəfərə yaxın könüllü qatılmışdı və saat 2-dən axşam saat 9-a kimi davam etmişdir.

Qeyd edim ki, Project Smile çərcivəsində növbəti belə layihə gəncləri maraqlandıran mövzularda mühazirələrin təşkil edilməsi olacaqdır. Yay olduğunu nəzərə alaraq, bu mühazilər də ənənəvi mühazirələrdən fərqlənəcək, daha çox mühazirə- piknik formatına üstünlük veriləcək.

Aida Səmədli

Gənc professionallar Vilnüsa mübadilə səfəri

Beynəlxalq Respublikaçılar İnstitutu (IRI) tərəfindən təşkil olunmuş səfər mayın 23-29 Litvanın Vilnüs şəhərində baş tutdu. Səfərin məqsədi Azərbaycanın sosial sahələrində aktiv olan gəncləri Litvadaki siyasi və ictimai vəziyyətlə tanış etmək idi. Belə ki, Azərbaycan qrupu OL! AGH, Dalğa GH, AGAT və YAP təşkilatlarının nümayəndələrindən ibarət idi.

Bu səfərdə OL-u Ənvər Bagiyev və Esmira Məmmədova təmsil edirdilər. Qrupun rəngarəngliyi xüsusi balans yaratdı. Litvalı gənclərlə və siyasi nümayəndələrlə görüşdə fikir müxtəlifliyi xüsusi diqqət cəlb etdi. Onu da qeyd etmək lazımdır ki, litvalılar çox təəccüblənirdilər ki, belə müxtəlif düşüncəli azərbaycan gəncləri necə bir qrupda kompromisə gələ bilir.

Bir həftə ərzində qrup nümayəndləri Litvanın Seimas parlamentinin millət vəkilləri və gənclər sektorunda nüfuzlu təşkilatlar ilə görüşlər keçirildi. Buna misal olaraq:

- Mantas Adomenas (“Homeland Union”dan olan millət vəkili);
- DARBAS gənclər təşkilatı və ən gənc millət vəkili Vytautas Gapsys;
- “Gənc Konservativlər” (“Justas Sireika”) gənclər təşkilatı;
- Şərq Avropa Araşdırmalar Mərkəzinin rəhbərliyi ilə, o cümlədən, Vytis Jurkonis;
- Liberal Hərəkat Partiyası;
- Vaidas Augunas – Xristian Demokratların üzvü,
- Mahir Həmzəyev – Litva-Azərbaycan Cəmiyyətinin Sədri;
- Litvalı Gənclər Şurası (Lithuanian Youth Council LİJOT).

Həmçinin, OLçular və digər gənclər. 28 may günü Azərbaycan Respublikasının səfirliyində Müstəgillik Gününə həsr olunmuş konsertdə iştirak etdilər. Bundan əlavə iştirakçılar IRI-nin Belarus ofisinin nümayəndələri ilə də tanış oldular. Qeyd etmək lazımdır ki, Belarus hakimiyyəti heç bir beynəlxalq nümayəndəlikləri ölkəyə buraxmır və bu səbəbdən bu təşkilatın Belarus ofisi Litvada yerləşir.

Görüşlər zamanı maraqlı fikir mübadilələri edilmiş, yeni əlaqələr qurulmuş, Azərbaycan və Litva gəncləri arasında əməkdaşlıq perspekləri müzakirə edilmişdir.

“Gənc Baxış” layihəsi çərçivəsində Şirvanda görüş keçirildi

May ayının 27-i OL! Azərbaycan Gənclər Hərəkatı, American Councils və IREX “Gənc Baxış” (Young Vision) layihəsi çərçivəsində Şirvan şəhərində gənclərlər görüş təşkil etmişlər. “Gənc Baxış” layihəsi çərçivəsində keçirilən mühazirələrin məqsədi - xaricdə təhsil mühiti; demokratiyanın təhsilə təsiri; vətəndaş cəmiyyətinin formalaşmasında təhsilin rolu; yerli və xarici ölkələrin təhsil sistemləri arasındakı fərqlər və s. barədə gənclərlə fikir mübadiləsi aparmaq və xarici təhsil ilə bağlı gəncləri ətraflı məlumatlandırmaq, və ən əsası gənclərin öz üzərilərində işləməyə həvəsləndirməkdir.

Şirvan şəhərindəki görüş şəhər mərkəzindəki orta məktəbdə baş verdi. Mühazirəyə maraq böyük olduğundan tədbirdə 30 nəfərə yaxın gənc iştirak etdi. Şirvan görüşündə spiker qismində OL! Azərbaycan Gənclər Hərəkatının üzvü Ruslan Əsədov, UGRAD proqramı məzunları Ayaz Əliyev və Aidə Səmədli, Bakı Dövlət Universitetinin tələbəsi Elxan Əhmədov iştirak etmişlər.

"ADR Bizi Birləşdirir" aksiyası - Şəkillər


İstanbul


İstanbul


Nyu York


KMannxaym


Reykyavik


Helsinki


Vaşinqton


London


Kutaisi


Eyndhoven


Vilnüs


Vilnüs


Bakı


Bakı


Bakı


Bakı


Gəncə


Gəncə


Novxanı


Sumqayıt


Sumqayıt

Xaçmaz

Daha çox şəkil

"ADR bizi birləşdirir" aksiyası baş tutdu

28 may 2009-cu ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının 91-ci ildönümü günü OL! Azərbaycan Gənclər Hərəkatının təşəbbüsü ilə müxtəlif gənclər təşkilatlarının üzvlərindən ibarət 100-ə yaxın gənc, eyni zamanda dünyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlı gənclərin fəal iştirakı ilə “ADR – Bizi Birləşdirir” aksiyası keçirildi.

Aksiyanın məqsədi 1918-ci ildə ADR qurucuların yaratdığı demokratikdəyərlərin yayılması, bu dəyərlərin ənənə halına salınması, o cümlədəndünyanın müxtəlif yerlərində yaşamalarına baxmayaraq, azərbaycanlıgənclərin ADR ideyası ətrafında birləşdirmək idi.

Aksiyada iştirak etmiş insanlara öncədən verilən məlumata görə, onlar yaşadıqları şəhərlərdə ADR-i tərənnüm edən yaradıcılıq göstərməliidilər. Buna misal olaraq, plakatlar, fotolar, şəkillər və s. aiddir.

Aksiya İstanbul, Los Anceles, Nyu-York, Vaşington və London şəhərləridaxil olmaqla dünyanın 15 şəhərində keçirilmişdir. Eyni zamanda gənclər bu aksiyanı Bakıda, Sumqayıtda M.Ə.Rəsulzadənin doğulduğu Novxanı kəndində və Azərbaycanın bir neçə rayonlarında da keçirməyə müvəffəq oldular.

Aksiyadan hazırlanmış foto və videoları tezliklə OLun bloqunda (ol-az.blogspot.com) görə bilərsiniz.

Aksiya zamanı 15 gənc hüquq mühafizə orqanları tərəfindən Bakı şəhərinin müxtəlif rayonlarında saxlanıldı və 1 saatdan sonra buraxıldı.

Aksiyadan video görüntülər



ardı var...

“Gənc Baxış” layihəsi çərçivəsində Xaçmazda görüş keçirildi

May ayının 23-ü OL! Azərbaycan Gənclər Hərəkatı, American Councils və IREX “Gənc Baxış” (Young Vision) layihəsi çərçivəsində Xaçmazda gənclərlə görüş təşkil etmişlər. “Gənc Baxış” layihəsi çərçivəsində keçirilən mühazirələrin məqsədi - xaricdə təhsil mühiti; demokratiyanın təhsilə təsiri; vətəndaş cəmiyyətinin formalaşmasında təhsilin rolu; yerli və xarici ölkələrin təhsil sistemləri arasındakı fərqlər və s. barədə gənclərlə fikir mübadiləsi aparmaq və xarici təhsil ilə bağlı gəncləri ətraflı məlumatlandırmaq, və ən əsası gənclərin öz üzərilərində işləməyə həvəsləndirməkdir.

Xaçmaz şəhərindəki interaktiv mühazirə Sevimli Soba adlı kafedə keçirildi. Görüşdə 12 yerli gənc və 4 nəfər sülh korpusu fəalı iştirak etmişdir. Bu görüş vasitəsilə yerli gənclər və Gənc Baxışcılar arasında daha sıx və səmimi ünsiyyət yarandı.

Qeyd edək ki, Xaçmaz rayonunda keçirilən görüşdə, OL! fəalları Ruslan Əsədov, Nicat Qarayev, Səbinə Ağayeva və Olqa Breqvadze iştirak etmişlər.

"Persepolis" filminin nümayişi keçirildi

15 May, 2009 tarixində OL! Azərbaycan Gənclər Hərəkatı Fransanın Azərbaycandakı Səfirliyinin təşkilati dəstəyi ilə İbrus teatrınında fransız kinemotaqrafiyasının istehsalı olan, iranlı xanım Mərcan Sətrapi tərəfindən çəkilmiş "Persepolis" filminin nümayişini təşkil etmişdir.

İran İslam inqilabi və inqilabdan sonrakı İranı təsvir edən filmdə liberal bir ailədə böyüyən qızın taleyindən bəhs olunur, inqilabın cəmiyyətin müxtəlif təbəqələrinə göstərdiyi təsirlər əks olunur. Filmin nümayiş olunmasında əsas məqsəd gənclərin diqqətinin insan hüquqlari, tolerantlıq, mədəniyyətlərarası anlayış və dialoqun qurulması kimi məqamlara cəlb edilməsi idi. 100-ə yaxın gəncin iştirak etdiyi film seyri bitdikdən sonra OL-un kamerasına müsahibə verən gənclər filmdə təsvir olunan bəzi məqamlara hazırkı Azərbaycan cəmiyyətində də rast gəldiklərini söylədilər.

Filmin nümayişi üç mərhələdə nəzərdə tutulduğundan ilk dəfə film fransızca nümayiş olunmuşdur. Bundan sonrakı mərhələlərdə film ingilis və rus dillərində nümayiş olunacaqdır.

OL!-un gənclərə müraciəti

Təklif edirik ki, sizlər də həmin gün həlak olanların ruhunun narahat olmaması, heç kimin zərbə almaması üçün polislə hər hansı qarşıdurmaya getməməli və mümkün qədər insanların bu gündə zərər görməməsinə çalışmalısınız.

OL! Azərbaycan Gənclər Hərəkatının
gənclərə müraciəti

Əziz gənclər,

Başınız sağ olsun! Hər birimiz bir neçə gün öncə ağır bir sarsıntı keçirdik. 30 aprel tarixində Neft Akademiyasında baş vermiş faciə bizim hafizəmizdə hələ çox qalacaq. Həmin gün günahsız bacı və qardaşlarımızı itirəndən sonra dərin bir yuxudan ayıldığımızı anladıq. Anladıq ki, həlak olan dostlarımızın yerində sabah biz də ola bilərik. Anladıq ki, bizim və yaxınlarımızın həyatı bir an içində heçə çevrilə bilər.

Faciədən sonra Neft Akademiyasının önünə və ətrafına gül qoymaqla, şam yandırmaqla onları qaytaracağımıza ümid etdik. Bütün bunların qorxunc bir yuxu olduğunu düşündük. Amma bu yuxu deyildi. Belə dəhşətli faciə heç yuxumuza da girməzdi.

Bu hadisə biz gənclərin necə aciz və köməksiz olduğunu göstərdi. Ətrafdakılardan kömək gözlədik. Günahkarların cəzalandırılmasını istədik. Amma yenə də anladıq ki, hətta bu belə bizim ürəyimizdəki yanğını söndürmək iqtidarında deyil.

Qışqırmaq istədik, faciə qurbanlarının ruhlarına hörmətsizlik olar düşünüb, susmalı olduq. Divarlarda ürək sözlərimizi yazdıq, bu yazılar şəhərin görünüşünə uyğun olmadı deyə yazılarımızı sildilər. Matəm istədik, əvəzində bizə bayram verdilər.

Bacı və qardaşlarımızın qanının yerdə qalmasını istəmədik. Bunun üçün əlimizdən gələni etdik. Lakin bütün cəhdlərimizə baxmayaraq itirdiyimiz dostlarımıza layiq olduqları vidalaşmanı təmin edə bilmədik. Amma bütün bu uğursuzluqlara baxmayaraq, biz həmrəy olduq. Dostlarımızın ruhları rahat olsun deyə həmrəylik nümayiş etdirdik. Bu faciə Azərbaycan gəncliyin həmrəylik simvoluna çevrildi. Gəncə güllə atmaqla onu yalnız olduğunu göstərmək istəyən insanlara yanıldıqlarını sübut etdik.

Bu müraciət 30 aprel günü sarsılan hər bir Azərbaycan vətəndaşına ünvanlanır. Biz həlak olan bacı və qardaşlarımıza olan borcumuz əbədi həmrəy olduğumuzu göstərməkdir. Bunun üçün biz hər birinizə aşağıdakıları təklifləri veririk:

1 May - Azərbaycan Gənclərinin Həmrəylik Günü kimi qeyd olunsun

Biz matəm əhval ruhiyyəsində olan sizlərin 10 May günü “Gül bayramı”nın keçirilməsinə qarşı hiddətləndiyinizi və buna etiraz etmək istədiyinizi başa düşürük. Gül Bayramı ADNA-da baş verən hadisə nəticəsində həlak olanların ruhuna və yaxınlarına qarşı təhqir və hörmətsiz bir davranışdır, lakin biz soyuq başla düşünməli və bu bayramın cəmiyyətdə baş alıb gedən ədalətsizliklərə qarşı mübarizənin əsas motivini təşkil etməməli olduğunu anlamalıyıq. Biz həlak olanların xatirəsini yad etməli və matəm əhval ruhiyyəsində olan cəmiyyətə bayram təqdim edilməsinə qarşı olduğumuzu göstərməliyik.

Biz 10 May günü hər hansı qeyri-adekvat etiraz və bu etirazın nəticəsində bacı və qardaşlarımızın döyülməsinə, həbsinə, ümumiyyətlə hər hansı zorakılığa qarşıyıq. Təklif edirik ki, sizlər də həmin gün həlak olanların ruhunun narahat olmaması, heç kimin zərbə almaması üçün polislə hər hansı qarşıdurmaya getməməli və mümkün qədər insanların bu gündə zərər görməməsinə çalışmalısınız. Etirazın müxtəlif üsulları var və heç də hər kəsin bir yerə yığışıb nəyisə qışqırması önəmli deyil. Həmçinin bizim bunları etməyimiz 10 Mayla əlaqələnməməli və təkcə bu günlə məhdudlaşmamalıdır. Hadisə baş verəndən 40 gün ərzində biz qara paltar geyinməklə, üstümüzdə müxtəlif qara nişanələr gəzdirməklə və qara lentləri şəhərdə müxtəlif yerlərdə ağaclara, dirəklərə bağlamaqla mövqeyimizi bildirə bilərik.

ADNA-da həlak olanların ruhu şad olsun!

“Gənc Baxış” layihəsi çərçivəsində Gəncədə, Şəmkirdə və Tovuzda görüşlər keçirildi

May ayının 2-si və 3-ü OL! Azərbaycan Gənclər Hərəkatı, American Councils və IREX “Gənc Baxış” (Young Vision) layihəsi çərçivəsində Gəncədə, Şəmkirdə və Tovuzun Qaraxanlı kəndində gənclərlə görüş təşkil etmişlər. “Gənc Baxış” layihəsi çərçivəsində keçirilən mühazirələrin məqsədi - xaricdə təhsil mühiti; demokratiyanın təhsilə təsiri; vətəndaş cəmiyyətinin formalaşmasında təhsilin rolu; yerli və xarici ölkələrin təhsil sistemləri arasındakı fərqlər və s. barədə gənclərlə fikir mübadiləsi aparmaq və xarici təhsil ilə bağlı gəncləri ətraflı məlumatlandırmaq, və ən əsası gənclərin öz üzərilərində işləməyə həvəsləndirməkdir.

Gəncə şəhərindəki interaktiv mühazirə Gəncə Təhsil və İnformasiya Mərkəzində təşkil edildi və tədbirdə yerli universitet tələbələri və 11-ci sinif şagirdləri iştirak edirdilər. Tələbələr arasından “Gənc Baxış”ın Gəncə qrupunun yaradılması təşəbbüsü irəli sürüldü. Şəmkir rayonunda keçirilən interaktiv mühazirədə əvvəlki mühazirələrdən fərqli olaraq valideynlər və müəllimlər də mühazirənin sual-cavab hissəsində aktiv iştirak etdilər. Tovuz rayonunun Qaraxanlı kəndində təşkil olunan mühazirə ən fərqli mühazirə idi. Fərqlilik auditoriyanın mühazirənin sual-cavab hissəsində aktiv iştirakı, şagird və tələbələrin yüksək bilik səviyyəsi şəklində özünü göstərdi.

Qeyd edək ki, Gəncə, Şəmkir və Tovuz rayonlarında keçirilən görüşlərdə, OL! fəalları Ruslan Əsədov, Esmira Məmmədova və Olqa Breqvadze spiker qismində iştirak etmişlər.

“Tələbənin nə hüququ var?” mövzusunda interaktiv mühazirə

May ayının 1-i OL! Azərbaycan Gənclər Hərəkatı növbəti interaktiv mühazirəsini həyata keçirdi. Mövzu gənclərimiz üçün həmişə aktual olan “Tələbənin nə hüququ var?” idi. İnteraktiv mühazirənin spikerləri təhsil üzrə ekspertlər Rüfət Əliyev, Etibar Əliyev və hüquq üzrə ekspert Erkin Qədirli idilər.

Çıxış üçün birinci söz Rüfət Əliyevə verildi. O bildirdi ki, bu mövzuda konkret fikir söyləməkdən öncə biz gərək hüquq və vəzifə anlayışlarını dərk etməliyik: “Mənim fikrimcə vəzifə hüququ yaradır. Vəzifəni yerinə yetirəndə insanlar başa düşür ki, onların hüququ nədir. Mən hüquqıları ona görə tələb edirəm ki, mənim yaşamaq vəzifəm var”. Rüfət müəllim əlavə etdi ki, tələbə öz hüquqlarını anlamaq üçün mütləq öz vəzifələrini bilməlidir. Onun fikrincə, vəzifəsini bilən tələbə öz hüququnun nə olduğunu anlayacaq və onu tələb edəcəkdir.

Mühazirədə ikinci olaraq Etibar Əliyev söz aldı. Onun sözlərinə görə tələbə hüquqlarını təhsil hüquqlarından ayrı tutmaq olmaz. “Dövlətimiz təhsil alan insanların hüquqlarını birinci sinifdən aspiranturaya qədər pozur” deyən spiker bunun qarşısını almaq üçün hər bir tələbənin, hər bir gəncin Bolonya bəyamnaməsinin şərtləri haqqında məlumatlı olması, həmin bəyamnamədə tələbələr üçün müəyyən edilmiş hüquqlar haqqında bilməli və onları həyata keçirməyə çalışmalı olduğumuzu bildirdi: “Hüquqlara yönəlmiş yol ancaq maariflənmədən keçir”.

Mühazirədə son söz Erkin Qədirliyə verildi. Erkin bəy gənclərə “tələbə” sözünün mənasına diqqət yetirməyə çağıdı: “Bu söz “tələb” sözündən əmələ gəlib. Tələbə ilk olaraq tələb etməyi bacarmalıdır”. Hüquqların verilmədiyini, hüquqların qazanıldığını deyən spiker bu sözləri əlavə etdi: “Heç kim (rektor, dekan) sizə xüsusi hörmət bəsləməyəcək və xüsusi hüquqlar vermiyəcək. Siz onları tələb etməlisiniz, qazanmalısınız, onlar uğrundə mübarizə etməlisiniz. Siz bir tələbə kimi nə qədər mübarisə aparsanız, o qədər də hüquqlarınız olacaqdır. Tələb sizdən gəlməlidir, heç bir universitet sizə xüsusi qayğı göstərmiyəcək.”

Spikerlərin çıxışından sonra tədbirin interaktiv hissəsi başladı və qonaqları mühazirə iştirakçılarının suallarını cavablandırdılar. Qeyd edək ki, interaktiv mühazirədə 80 gənc iştirak edirdi.