“OL!” AZƏRBAYCAN GƏNCLƏR HƏRƏKATININ MANİFESTİ

Biz ölkəmizdə yüksək intellektli, bacarıqlı, müstəqil fikirli, sağlam təfəkkürlü gənclərin çox olmasında maraqlıyıq. Gənclər öz dövlətinin və dövlətçiliyinin gələcəyi üçün məsuliyyət daşımalıdır. Biz bu məsuliyyəti dərk edərək “OL” Azərbaycan Gənclər Hərəkatını təsis etdik. OL Hərəkatı milliyətindən, dilindən, dinindən, cinsindən asılı olmayaraq Azərbaycanın hərtərəfli və sürətli tərəqqisi naminə çalışan gənclərin hərəkatıdır.

OL Hərəkatının 3 əsas prinsipi var:
- Qeyri-zorakılıq
- Müasirlik
- Tolerantlıq

OL Hərəkatı hər cür zorakılığı rədd edən, insanlarla münasibətlərində daim tolerantlıq nümayiş etdirən müasir Azərbaycan gənclərinin hərəkatıdır.

OL Azərbaycan Gənclər Hərəkatı qeyri-siyasi, ictimai hərəkatdır. OL Hərəkatının əsas məqsədləri müstəqil, sərbəst, məsuliyyətli gəncliyin formalaşması, gənclərin mədəni, elmi və digər qeyri-maddi tələblərinin təmin edilməsi, onların maariflənməsi və peşəkar cəhətdən özlərini doğrultmasına yardımçı olmaqdır. Bu məqsədləri həyata keçirmək üçün OL Hərəkatı gəncləri cəmiyyətin həyatında və onun problemlərinin həllində daha yaxından iştirak etməyə çağırır. Gənclərin ictimai proseslərdə fəal iştirakı həm də vətəndaş cəmiyyətinin formalaşması üçün əsas şərtlərdən biridir.

Biz Azərbaycanı inkişaf etmiş ölkələrin sırasında görmək istəyirik. Azərbaycan gəncliyi olaraq bu inkişaf naminə əlimizdən gələni etməyə borcluyuq və qərarlıyıq. Borcumuzu və qərarımızı həyata keçirmək yolunda aşağıdakı şüarları rəhbər tutacağıq:

Azad OL!
Azad, müstəqil fikirli, sərbəst düşüncəli gənclər demokratik cəmiyyətin təməlidir. Əgər biz gənc ikən qısa müddətdə həyat təcrübəsi qazanıb, özümüzü cəmiyyətdə tapmaq, təsdiq etmək, özümüzə məxsus yer tutmaq, heç kəsdən və heç nədən asılı olmadan gələcəyimizi müstəqil qurmaq istəyiriksə, azad olmalıyıq. Bunun üçün yiyələnmək istədiyimiz ixtisası, məşğul olduğumuz işi, həyatımıza daxil etdiyimiz insanları başqalarının istəyinə görə yox, öz istəyimizə görə seçməliyik. Azad hərəkət edib səhv etməkdən qorxuruqsa, bilməliyik ki, etdiyimiz və edəcəyimiz səhvlər bizə böyük məktəb ola bilər. Unutmamalıyıq ki, azad olmaq hələ başqalarından məsləhət almaqdan, onların dəstəyindən imtina etmək demək deyil. Şüurlu surətdə azad olmaq həmin məsləhətləri nəzərə alaraq düzgün nəticəyə gəlib müstəqil hərəkət etmək deməkdir. Azərbaycan gəncliyini öz hərəkətlərinə və fəaliyyətinə görə daşıdığı məsuliyyəti və cavabdehliyi unutmadan azad olmağa çağırırıq.

Demokratik OL!
Demokratik dəyərləri qavrayaraq 1918-ci ildə Azərbaycan Demokratik Respublikasını yaratdıq. Lakin 70 il ərzində totalitar dövlətin hissəsi olduğumuz müddətdə biz bu dəyərlərdən uzaqlaşdıq. 1991-ci ildə xalqımızın fədakar mübarizəsi nəticəsində demokratik respublikamız bərqərar oldu. İndi isə biz gəncləri demokratik düşüncə və həyat tərzini təbliğ etmək, bunlardan uzaq olan insanları demokratik dəyərləri mənimsəməyə sövq etmək istiqamətində səfərbər etməyə çağırırıq.

Ədalətli OL!
Ədalətli olaq ki, özümüzə qarşı ədalət tələb etməyə haqqımız olsun. Bunun üçün istənilən yerdə, istənilən zaman baş verən hadisə və prosesləri və onların iştirakçısı olan insanları düzgün, obyektiv qiymətləndirmək qabiliyyətinə malik olmalıyıq. Yalnız bu yolla biz düzgün qərar qəbul etməyə nail ola bilərik. Gəlin, ədalətli olmağa çalışaq!

Tolerant OL!
Bizim bir millət və dövlət kimi hərtərəfli və sürətli inkişafımız müasir Azərbaycan gəncliyinin nə dərəcədə tolerant olmasından asılıdır. Milli mənsubiyyətindən, dilindən, dinindən, irqindən, cinsindən, yaşından, əqidəsindən, doğulduğu yerdən, əmlak vəziyyətindən, siyasi mənsubiyyətindən, azarkeşlik etdiyi futbol klubundan və s. müxtəlif tipli amillərdən asılı olmayaraq hər bir insana eyni dərəcədə dözümlü münasibət bəslənilməlidir. Tolerantlıq müasir cəmiyyətimizdə insanlar arasındakı münasibətlərin əsas prinsiplərindən biri olmalıdır.

Fəal OL!
Bütün inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da gənclər bütün müsbət dəyişiklik və islahatların önündə getməlidir. Təhsil, iş, ailə və əyləncə ilə yanaşı, ictimai fəaliyyət də gənclərin həyatının ayrılmaz hissəsi olmalıdır. Biz hesab edirik ki, ictimai proseslərdə fəal iştirak etməklə gənclər hər zaman və hər sahədə onlara kömək edə biləcək əvəzsiz təcrübə qazanmış olurlar. Bu isə gənclərin bir şəxsiyyət kimi formalaşması üçün əsas amillərdən biridir.

Sağlam OL!
Sağlam həyat tərzi gənclərin əqli və fiziki cəhətdən sağlam bir insan kimi formalaşması üçün əsas şərtdir. Psixi stresslərdən, kompüterdən ifrat dərəcədə çox istifadədən, siqaret, spirtli içkilər və narkotik vasitələrdən uzaq olmaq üçün biz gəncləri idmana daha çox vaxt sərf etməyə dəvət edirik.

Təmizkar OL!
Təbiəti qorumaq və yaşıllaşdırma bizim birbaşa borcumuzdur. Biz təbiətə ziyan vuranlardan yox, onu qoruyanlardan olmalıyıq. Ekoloji problemlər, xüsusilə Xəzər dənizinin çirkləndirilməsi, gigiyena qaydalarına əməl edilməməsi, küçələrin zibillənməsi, yerə tüpürməyin qəti şəkildə əleyhinəyik. Gənclər, təbiəti sevin! Təmizkar olun!

Peşəkar OL!
Müxtəlif sahələr üzrə peşəkar gəncliyin formalaşmasına böyük ehtiyac var. Peşəkarların yetişdirilməsi üçün düzgün və yüksək səviyyəli təhsil, iş yerində və işə götürülmədə şəffaflıq, iş təcrübəsi toplamaqda hamı üçün bərabər imkanlar – biz bunu istəyirik!

Müasir OL!
Keçmişdən qalan, bizə inkişaf etməyə mane olan ifrat mühafizəkar fikirlərdən uzaq olmaq lazımdır. Zamanın tələbləri budur. Zaman heç kəsi gözləmir. Biz isə gecikməyi sevmirik. Yalnız zamanın tələbləri ilə ayaqlaşan gənclik öz ölkəsini stabil inkişafa aparacaq. Biz ölkəmizə bu inkişafı bəxş edəcəyik.

BİZİM VAXTIMIZ GƏLİB ÇATDI!

Manifestin Rus dilindəki versiyasını burada tapın.

7 comments:

Orkhan said...
This comment has been removed by the author.
Orkhan said...

Sevinib, qürur duyuram ki, BU GÜN Vətənimdə müxtəlif sahələridə gedən hər bir prosesə adekvat cavab verə biləcək, konkret həll və fəaliyyəti ilə seçiləcək, sadavlı, dünya-görüşlü, vətənpərvər və ədalətli gənclik yetişir. Mən fəxr edirəm ki, bu gün Vətənimdə bu qədər Gənclər Təşkilatı var və onlar getdikcə inkişaf edib, yayılırlar və əsil hərəkata çevrilirlər.

Sizə uğurlar diləyirəm və inanıram ki, AZAD OLub, DEMOKRAT OLacaq, ƏDALƏTLİ OLub, TOLERANT OLacaq, FƏAL OLub, PEŞƏKAR Olacaq, TƏMİZKAR OLub, SAĞLAM OLacaq və MÜASİR OLub ölkəmizi çağdaş Avropa demokratiyasına doğru aparacaqsınız!

Orxan Quliyev,
DALĞA Gənclər Hərəkatı.

avsena said...

oyy oyyy...et pafos prosta..glupiy parnishka...)

Anonymous said...

Да вы что? :) Где пафос, умная девушка? Очевидное не пафос.

Anonymous said...

а как можно примкнуть к рядам активистов движения?почту за честь

viagra online said...

Uhnutmaamalıhyıq ki, azzad olmaq hələ başqallarından məasləhət almaqdan, onların dəsstəyindən imtina etmək demək deyil. Şüuurlu surətdə azad olmaq həmin məsləhətləri nəzərə alaraq düzgün.

fxhawaii said...

Goodness, there's a great deal of useful info in this post!