Şüvəlanda İnternat Məktəbinə Səfər

“OL!” Azərbaycan Gənclər Hərəkatı və Amerika Təhsil Şurası Şüvəlanda yerləşən Respublika Yardımçı İnternat Məktəbinə səfər təşkil etmişlər. Səfərin məqsədi 20 Noyabr Uşaq Hüquqları Günü münasibətilə internat sakinləri olan uşaqları təbrik etmək, onlar arasında bir neçə gün əvvəl elan olunmuş “Əl İşləri” müsabiqəsinin iştirakçılarını mükafatlandırmaq və hər iki təşkilatın üzvləri, həmçinin bir çox digər yardımçı şəxslərdən yığılmış maliyyə vəsaiti ilə alınmış yardımları, toplanmış paltar və kitabları uşaqlara çatdırmaq, onların problemləri ilə maraqlanmaq idi. Təşkil olunmuş proqrama əsasən ilk olaraq uşaqların əl işləri qiymətləndirildi və onlar mükafatlandırıldı. Proqramın ikinci hissəsi olan konsertdə isə bir sıra tanınmış müğənnilər, o cümlədən Lalə Məmmədova, Zamiq, Samir çıxış etdilər. Səfər konsertin bitməsi ilə sona çatmışdır.

1 comment:

kamagra said...

Günü münasibətilə internat sakinləri olan uşaqları təbrik etmək, onlar arasında bir neçə gün əvvəl elan olunmuş “Əl İşləri” müsabiqəsinin iştirakçılarını mükafatlandırmaq və hər iki təşkilatın üzvləri, həmçinin bir çox digər yardımçı şəxslərdən.