"OL!" Azərbaycan Gənclər Hərəkatının İnsan Hüquqları Klubunda Ombudsman Elmira Süleymanova ilə interaktiv mühazirə keçirilmişdir. Mühazirənin mövzusu "Azərbaycanda İnsan Hüquqlarının Müdafiəsində Ombudsmanın Rolu" olmuşdur. Tədbirdə "OL!"-çularla yanaşı müxtəlif təşkilatların nümayəndələri, xüsusilə də tələbələr iştirak etmişlər. İlk olaraq Elmira xanim Ombudsman institutunun tarixi, Azərbaycanda bu təsisatın yaradılması və formalaşması, həmçinin bu günə qədərki fəaliyyəti barədə qısa məlumat vermişdir. Sonra iştirakçıların ombudsmanın səlahiyyətləri, Azərbaycanda ən çox pozulan insan hüquqları, onların müdafiəsi istiqamətində ombudsmanın gördüyü işlər, digər dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə bu sahədə əməkdaşlıq və digər məsələlərlə bağlı çoxsaylı suallarını cavablandırmışdır.
No comments:
Post a Comment