"OL!" Azərbaycan Gənclər Hərəkatı və ACCELS tanınmış hüquqşünas Erkin Qədirli ilə "Azadlıq və Həqiqət" mövzusunda interaktiv mühazirə təşkil etmişdir. Tədbirin birinci hissəsində Erkin müəllim azadlıq və həqiqət anlayışları, onların əlaqəsi barədə fikirlərini bölüşmüşdür. O, xüsusi qeyd etmişdir ki, həqiqətin aşkar edilməsi üçün azad müzakirə formatının mövcud olması zəruridir, azad müzakirə üçün şərait olmadıqda, həqiqəti üzə çıxarmaq çətinləşir və bir çox hallarda mümkün olmur. Sonra o dinləyicilərin azadlıqda məhdudiyyətlərin zəruri olub-olmaması, azadlığı məhdudlaşdıran amillər, Azərbaycan cəmiyyətində azadlıq və s. haqqında suallarını cavablandırmışdır. Tədbir mövzu ətrafında müzakirələrlə davam etmişdir.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment