"Dağlıq Qarabağ münaqişəsinin mümkün həll yolları" mövzusunda mühazirə

"OL!" Azərbaycan Gənclər Hərəkatının Beynəlxalq Münasibətlər Klubu və ACCELS Maski Proqramı məzunu Ülvi İsmayılla "Dağlıq Qarabağ münaqişəsinin mümkün həll yolları" mövzusunda interaktiv mühazirə keçirmişlər. İlk olaraq Ülvi İsmayıl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi xronologiya barədə kiçik xatırlatma etdi. Sonra isə münaqişənin həll variantları ilə bağlı öz təkliflərini təqdim etdi. Təqdimat bitdikdən sonra mühazirəçi iştirakçıların münaqişə ətrafında aparılan diplomatik mübarizə, onun tarixi, təklif edilən həll yolları haqqında suallarını cavablandırmışdır. Mühazirə əsnasında bəzi iştirakçılar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində öz təkliflərini də səsləndirmişlər.

No comments: