"OL!" Azərbaycan Gənclər Hərəkatı və ACCELS "Debat" Təhsil Proqramının rəhbəri Rüfət Əliyevlə "Azərbaycanda Təhsil. Necə Olmalıdır?" mövzusunda interaktiv mühazirə keçirmişdir. İlk olaraq auditoriyanın Azərbaycanda hazırki təhsil barədə fikirlərini öyrənən ekspert, bu məsələ ilə bağlı öz mövqeyini də bildirmişdir. Mühazirə zamanı Rüfət müəllim təhsildəki probemlər, onların aradan qaldırılması yolları, Azərbaycan təhsilində fundamental dəyişikliklərin aparılması və digər məsələlərlə bağlı sualları cavablandırmışdır. Eləcə də təhsilin əsas məqsədləri, nəyə xidmət etməsi, prinsipləri barədə müzakirələr aparılmışdır. Tədbirin əsas mesajı: "təhsildə dəyişiklik etmək istəyirsənsə, özünü dəyiş".
No comments:
Post a Comment