"Rəsulzadə - Bizim keçmişimiz, ya gələcəyimiz" mövzusunda mühazirə

OL! Azərbaycan Gənclər Hərəkatı fevralın 23-də ‘’Diplomat Hotel’’də ‘’RƏSULZADƏ – BİZİM KEÇMİŞİMİZ, YA GƏLƏCƏYİMİZ?’’ mövzusunda interaktiv muhazirə təşkil edib. Tədbirdə hərəkatın üzvləri və digər gənclər təşkilatlarının fəalları iştirak ediblər. Mühazirəçilər: Rəsulzadə irsinin araşdırmaçısı Nəsiman Yaqublu və tanınmış hüquqşünas Erkin Qədirli iştirakçılara M.Ə.Rəsulzadə barədə maraqlı məlumatlar veriblər. Onlar 30 dəqiqə ərzində Azərbaycanda ilk Cumhuriyyətin qurulduğuı illərdə dünyanın və Qafqaz regionunun siyasi vəziyyətindən danışaraq, azərbaycanlı ziyalıların müstəqil dövlət qurmaq yolunda yaşadıqları çətinliklərdən danışıblar. Onlar həmçinin ilk demokratik cumhuriyyətin nailiyyətləri ilə 70 il sonra yenidən qazanılan müstəqilliyin arasındakı fərqlərdən danışıblar. Mühazirə iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.



Foto: İlqar Mirzə

No comments: