“ADR - 90” Futzal Turnirinin ilk turu başa çatdı

“ADR - 90” Futzal Turniri start götürdü. Aprel ayının 5-i turnirin açılış matçında meydançaya Dalğa Rotarakt komandaları çıxdı. İlk matçda daha sürətli oyun nümayiş etdirən dalğaçılar hesabda irəli çıxaraq sonadək üstünlüyü əldən vermədilər. Hər iki komanda meydançada əzmkarlıq nümayiş etdirsə də qapı istiqamətində daha çox, qüvvətli və dəqiq zərbələr endirən dalğaçılar yekun hesabı 9:2 etməklə qələbələrini rəsmiləşdirdilər. Dalğanın hücumçusu Rövşən İsmayılov bu oyunda 5 qol vurmaqla bombardirlər siyahısında birinci yerə qalxdı.

Günün ikinci oyununda İrəli ALGA komandaları öz qüvvələrini sınadılar. Çox gərgin keçən matç 4:4 hesabı ilə nəticələndi. Komandalar sonuncu saniyəyədək yüksək templi oyun göstərmiş, hesabda geriyə qalmağa baxmayaraq möhkəm iradə nümayiş etdirmişlər. Xüsusi olaraq hər iki komandanın qapıçılarının gözəl oyununu qeyd etmək lazımdır. Bu matç göstərdi ki, növbəti mərhələyə çıxmaq üçün A qrupunda çox gərgin mübarizə gedəcəkdir.

İlk turun ikinci günündə B qrupunun komandaları mübarizəyə başladı. Günün ilk oyununda AAA AN, ikinci oyununda isə OL Stimul komandaları meydançaya çıxdılar. Yekun nəticədə AAA və OL rəqiblərinə böyük hesabla qalib gəlsələr də hər iki matç maraqlı və mübarizə ilə bol oldu. Daha kollektiv oyun nümayiş etdirmiş AAA və OL 11:1 və 12:0 hesabı ilə müvafiq olaraq AN və STİMUL üzərində qələbələrini rəsmiləşdirdilər. İkinci günün oyunlarında OL-un hücumçuları Sənan Mirzəyev və Urfan Əsədov müvafiq olaraq 4 və 3 qolla bombardirlər siyahısına öz adlarını əlavə etdilər.

Növbəti turun oyunları 12 və 13 apreldə keçiriləcək. Oyunların proqramı aşağıdakı kimidir.

12 aprel 12:00 OL - AN
12 aprel 13:00 AAA - Stimul
13 aprel 14:00 Dalğa - ALGA
13 aprel 15:00 İrəli - Rotarakt


"ADR - 90" Futzal Turnirin Təşkilat Komitəsi




No comments: