“ADR – Keçmişdən Gələcəyə doğru” Azərbaycan Gənclərinin Forumu

AN Şəbəkəsi və OL! Azərbaycan Gənclər Hərəkatı

təqdim edir

“ADR – Keçmişdən Gələcəyə doğru”

Azərbaycan Gənclərinin Forumu

6-8 iyun, 2008

Tbilisi, Gürcüstan

FORUMUN MƏQSƏDİ:

Biz bu forumu keçirməklə Azərbaycan Demokratik Respublikasının yaranmasının 90 illik yubileyini qeyd edilməsi ilə yanaşı, bu müddət ərzində dövlətimizin keçdiyi yolların, problemlərin, uğur və uğursuzluqların müzakirəsi; İndiki zamanda ADR ideyalarının yaşadılması və təbliğ olunması üsullarının axtarılması; XX əsrin əvvəllərində ölkəmizdə əsası qoyulan demokratik düşüncənin yayılması istiqamətində fəaliyyətin sürətləndirilməsində gənclərin edə biləcəyi işləri müəyyən etmək istəyirik.

Forumun keçiriləcəyi 2 gün ərzində Azərbaycanın keçmiş, indiki və gələcək vəziyyəti haqqında fikir mübadiləsi aparılacaq, əldə olunan nailiyyətlər müzakirə olunacaq, gələcək üçün gənclərin fəaliyyət planının əsası qoyulacaqdır.

ADR Azərbaycan xalqının bu günə qədər yaratdığı ən böyük və ən əzəmətli ideyadır. ADR islam dünyasında ilk demokratik respublikadır və bizi KEÇMİŞDƏN GƏLƏCƏYƏ apara biləcək yeganə yoldur. ADR ideyasını yaşamaq və yaşatdırmaq bizim nəslin mənəvi borcudur və tarixi missiyasıdır!

Forumun Tbilisidə keçirilmə səbəbi, təşkilatçıların 90 il əvvəlki abu-havaya daha yaxın olmaq istəyidir. ADR Forumunun iştirakçıları ADR elan olunan sarayda ADR andı verəcəklər. Biz gələn illər ərzində əlimizdən gələni edəcəyik ki, bizim uşaqlarımız daha azad, daha demokratik və daha ədalətli Azərbaycanda yaşasınlar. Bizim yolumuz ADR yoludur!

TƏŞKİLATÇILAR:

AN Şəbəkəsi
www.netvork.org/forum

Alumni Network 2005-ci ildə yaradılmışdır. Onun əsas məqsədi iki əsas qrupu – xaricdə və Azərbaycan Universitetlərində təhsil almış gənclərimizi bir araya gətirmək və bu iki qrup arasında mübadiləyə imkan yaratmaq olmuşdur. Alumni Network çoxölçülü şəbəkədir. Onun əsas prinsiplərindən biri neytrallıqdır. Network bütövlükdə heç bir siyasi partiya və ya lideri dəstəkləmir. Üzvlər siyasi, iqtisadi və sosial məsələləri müzakirə edə bilər və fərd olaraq hər hansı siyasi qüvvəni dəstəkləyə bilər, ancaq heç kəs bütövlükdə şəbəkənin adından siyasi bəyanatlar verə bilməz. Burada kollektiv deyil, yalnız fərdi məsuliyyət var. Hər bir kəs yalnız öz fikri və hərəkətinə görə məsuliyyət daşıyır. Burada heç bir ofis və ya qeydiyyat yoxdur. Network inklüziv, qeyri-hierarxik və qeyri-bürokratikdir. Burada sədr və maddi mülkiyyət yoxdur. Network yalnız duyula bilər.

OL! Azərbaycan Gənclər Hərəkatı
www.ol-az.org

OL! Azərbaycan Gənclər Hərəkatı 2006-cı ildə bir qrup gənc tərəfindən yaradılmışdır. Hərəkatın əsas məqsədi azad düşüncə və demokratik yaşam tərzinin təbliğ olunması, tolerantlıq ideyalarının yayılması və cəmiyyətdə formalaşmış mənfi stereotiplərin aradan qaldırılmasıdır. OL! Hərəkatı qeyri-siyasi, ictimai hərəkatdır. OL! Hərəkatı milliyyətindən, dilindən, dinindən, cinsindən asılı olmayaraq Azərbaycanın hərtərəfli və sürətli tərəqqisi naminə çalışan gənclərin birliyidir. Hərəkatda rəsmi üzvlük yoxdur. OL-un ideyalarını qəbul edən hər bir şəxs hərəkat üzvüdür. Hərəkat qarşısına qoyduğu məqsədə nail olmaq üçün maarifləndirmə istiqamətində iş aparır. Fəaliyyət göstərdiyi 2 il ərzində 60-a yaxın mühazirə, seminar və treninq keçirmişdir. Eyni zamanda mütəmadi olaraq, hərəkat, dəyirmi masalar, düşərgələr və xeyriyyə aksiyaları keçirir. Hərəkat ildə bir dəfə seçilən İdarə Heyəti tərəfindən idarə olunur.

SEÇİM ŞƏRTLƏRİ:

18-35 yaş arasında olan hər bir Azərbaycan vətəndaşı forumda iştirak üçün müraciət edə bilər.

İŞTİRAK HAQQI:

Tələbələr: 20 AZN
Qeyri-tələbələr: 40 AZN

MÜRACİƏT PROSEDURU:

Müraciətlər elektron poçt vasitəsilə göndəriləcək. Bura niyyət məktubu və tərcümeyi-hal (CV) daxildir.

Həm məktub, həm də CV 2008-ci il mayın 15-dək aşağıdakı elektron poçt ünvanına göndərilməlidir:

adrforum2008@gmail.com
Subject: Ad… / ADR Forum 2008

TƏDBİRİN DİLLƏRİ:

Forumun dili Azərbaycan və Rus dilidir.

MALİYYƏLƏŞMƏ:

Bütün yol və qalmaq xərcləri iştirakçıların özləri tərəfindən ödəniləcək. Digər mənbələrə maliyyə dəstəyi üçün müraciəti asanlaşdırmaq üçün seçilmiş iştirakçılara təsdiq məktubu göndəriləcək.



FORUMUN PROQRAMI

BİRİNCİ GÜN (6 İyun)

10:00 – 11:00 Tbilisiyə gəliş
13:00 – 14:00 Nahar yeməyi
15:00 – 15:30 Salamlama
16:00 – 18:00 Forumun açılışı
18:30 – 19:30 Şam yeməyi
20:00 – 00:00 Sərbəst müzakirələr, foruma hazırlıq


İKİNCİ GÜN (7 İyun)


08:30 – 9:30 Səhər yeməyi
09:30 – 11:00 Birinci Panel. Birinci hissə.

ADR – 1918: BABALARIMIZIN YAZDIĞI TARİX

ADR dövrünün siyasi-ictimai islahatları və onların icrası
Ülvi İsmayıl. İctimai Siyasət üzrə ekspert

11:00 – 11:30 Kofe və çay fasiləsi
11:30 – 13:00 Birinci Panel. İkinci hissə.

ADR – 1918: BABALARIMIZIN YAZDIĞI TARİX

Parlamentarizm ənənələri: ADR dövründə və bu gün
Xədicə İsmayılova, jurnalist

13:00 – 14:30 Nahar
14:30 – 16:00 İkinci Panel. Birinci hissə.

AR – 2008: ATALARIMIZIN QURDUĞU DÖVLƏT

ADR və Qərb: O vaxt və bu gün
Rəşad Şirin, YATA-Azərbaycan, prezident

16:00 – 16:30 Kofe və çay fasiləsi
16:30 – 18:00 İkinci Panel. İkinci hissə.

AR – 2008: ATALARIMIZIN QURDUĞU DÖVLƏT

ADR və biz: nakam cümhuriyyət və nadan cəmiyyət
Erkin Qədirli, Qafqaz-Xəzər Komissiyasının üzvü

18:30 – 19:30 Şam yeməyi
20:00 – 02:00 Party


ÜÇÜNCÜ GÜN (8 İyun)

08:30 – 9:30 Səhər yeməyi
09:30 – 11:00 Üçüncü Panel. Birinci hissə.

ADR – 2018: BİZ NƏ ETMƏLİYİK?

ADR şəbəkəsi: 1918-2018
Emin Milli, AN Şəbəkəsi həmtəsisçisi

Təşkilatlanma – Təcrübəsiz entuziastların gətirdiyi yeni nümunələr
Vüqar Salamlı, OL! Azərbaycan Gənclər Hərəkatı İcraçı Direktoru

11:00 – 11:30 Kofe və çay fasiləsi
11:30 – 13:00 Üçüncü Panel. İkinci hissə.

ADR – 2018: BİZ NƏ ETMƏLİYİK?

Gənclərin siyasi fəallığının cəmiyyətə verə biləcəyi faydalar
Ramin Hacılı, Dalğa Gənclər Hərəkatı həmtəsisçisi

Fərqli Azərbaycan
Vüsal Məmmədov, FASE Baş Katibi

13:00 – 14:30 Nahar
14:30 – 17:00 Sərbəst vaxt
17:00 Şam yeməyi
19:00 Yola düşmə

No comments: