Noyabrın 3-5 tarixində OL! Azərbaycan Gənclər Hərəkatı İstanbulda növbəti beynəlxalq tədbirdə iştirak etmişdir. Tədbirin əsas məqsədi Qara dəniz regionunda baş verən siyasi hadisələrin müzakirəsi üçün platforma yaratmaq, regionda yerləşən ölkələrin demokratikləşmə və Avropalaşma perspektivləri, vətəndaş cəmiyyətinin bu proseslərdə rolu və bütün bunların gənclərə təsiri məsələləri barədə fikir mübadiləsi aparmaq idi. OL! Hərəkatından başqa tədbirdə Gürcüstanın “Azadlıq” İnstitutu, Türkiyənin “Arı” Hərəkatı, Ermənistanın “Yeritac” Gənclər Təşkilatı və Ukrayna-ABŞ Fondu iştirak etmişdilər. Qeyd edək ki, sammit ABŞ-ın Alman Marşal Fondunun dəstəyi ilə Arı Hərəkatı tərəfindən təşkil olunmuşdu.
Tədbirdə iştirak etmək hüququnu qazanmaq üçün yuxarıda qeyd olunan mövzularda inşa yarışması həyata keçirilmişdi. Bu yarışmanın nəticələrinə görə Nicat Qarayev, Turqut Qəmbər və Sevinc Cəbrayılova bu yarışmada Azərbaycanı təmsil etmək hüququ qazanmışdılar. OL! Hərəkatdan azərbaycanlı qrupun rəhbəri isə Ruslan Əsədov olmuşdur.
Konfransın ilk günündə iştirakçılar öz təşkilatlarının və inşalarının təqdimatlarını keçirdilər. Daha sonra Qara dəniz regionunda mövcud olan problemlərlə bağlı iştirakçıların ümumi mövqeyini və təkliflərini əks etdirəcək bəyannamə ətrafında müzakirələr başladı və bu müzakirələr tədbirin ikinci gününü də əhatə etdi. Sammitin son günü ictimaiyyət üçün açıq keçirilmişdir. Türkiyənin universitet professorları, vətəndaş cəmiyyətinin nümayəndələri və sahibkarlar tərəfindən region ölkələrinin problemləri, onların perspektivləri və s. mövzularda mühazirələr apardılar və iştirakçıların suallarını cavablandırdılar. Bir qədər sonra tədbir zamanı qəbul olunmuş bəyannamə cəmiyyətə açıqlandı. İştirakçılara sertifikatların verilməsi və “ən yaxşı inşa” mükafatının verilməsi ilə sammit başa çatmışdır.
Tədbirdən sonra razılaşdırılmışdır ki, Qara Dəniz Gənclər Forumu Sammitinin davamı daha geniş formatda ya Ukrayna, ya da Gürcüstanda təşkil olunacaqdır.
Tədbirdə qəbul olunmuş bəyannaməni buradan yükləyin
Qara Dəniz Ölkələrinin Gənclər Sammiti
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment