Rüşvətsiz Sessiya

AEGEE-Bakı, Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi gənclər təşkilatı olaraq gəncliyimizin Avropaya doğru inteqrasiyası yolunda duran bir neçə mühüm problemlərinin həllinə öz töhvəsini verməkdədir. AEGEE-Bakının əsas maraq dairisinə Aktiv Vətəndaşlıq, Mədəniyyətlər arası Mübadilə, Sülh və Təhlükəsizlik və Ali Təhsil aiddir. İctimai birlik olaraq Azərbaycanın fəal tələbələrini təmsil edən AEGEE-Bakı “Rüşvətsiz Sessiya” adlı layihənin həyata keçirilməsini zəruri saymışdır.
AEGEE-Bakı Təhsil Işçi Qrupu olaraq biz bu qarşıdan gələn “Qış imrtahanları sessiyası”nda tələbələrin rüşvət verməsi və müəllimlərin rüşvət almasına qarşı bir kompaniya başlamağa qərar verdik.
Kompaniyamızın adı : “Rüşvətsiz Sessiya”
Şüar : Tələbəyəm , Rüşvət Vermirəm !!!
Rüşvətə qarşı olan hər bir tələbə və müəllimi öz yanımızda görmək istəyirik. Bunu etmək - yəni rüşvətə qarşı etirazınızı bildirmək üçün sessiya ərzində universitetlərdə qolunuza (daha cəsarətlilər isə alınlarına ) qırmızı lent bağlayaraq gedəcəksiniz və “RÜŞVƏTƏ STOP” deyərək öz etirazınızı sivil şəkildə bildirəcəksiniz. Bundan əlavə kompaniya zamanı müxtəlif vasitələrdən universitetlərdə olan rüşvət hallarının və digər buna oxşar halların qarşısını almaq məqsədi ilə istifadə edəcəyik. Bu vasitələr aşağıdakılardır :


  1. KİV (Kütləvi İnformasiya Vasitələri)-də bu kompaniya ilə əlaqədar olaraq müxtəlif yazıların dərc olunması.

  2. Universitetlərdə tələbələr və müəllimlər arasında təbliğatın gücləndirilməsi.

  3. Müxtəlif internet məkanlarında (web-saytlarda, yahoogroups, facebook, forumlar və s) bu mövzuda müzakirələr apararaq gənclərin diqqətinin cəlb olunması.

  4. Paytaxt şəhərində sakinlərinin kütləvilik təşkil etdiyi məkanlarda (metro , avtobus dayanacaqları və müxtəlif nəqliyyat vasitələrində, şəhərin mərkəzi küçələrində və s) üzərində “Tələbəyəm rüşvət vermirəm” şüarı yazılmış yapışqanların yapışdırılması.

  5. Vətəndaş Cəmiyyəti İnsitutları ilə bu kompaniya ilə bağlı əməkdaşlıq etmək.

  6. Mobil vasitə olan sms-lərlə insanların bu kompaniya barəsində məlumatlandırılması.

AEGEE-Bakı tələbələrin səsinin eşidilməsi yolunda gələcək tədbirləri və layihələri ilə müxtəlif “Rüşvətsiz Təhsil” kompaniyalarını Azərbaycanda bütovlükdə tətbiq və təşviq edilməsini qarşısına əsas məqsəd kimi qoymuşdur.

AEGEE-Bakı
E-mail: aegeebaku@gmail.com

1 comment:

Anonymous said...

Daha etrafli melumat lazimdi...