“Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik inkişaf” mövzusunda beynəlxalq seminar

Yanvarın 26-da Bakıda İrşad hotelində Almaniyanın Azadlıq Naminə Fridrix Naumann Fondunun, Azərbaycan Liberal Gənclər Assosiasiyasının, “Dalğa” Gənclər Hərəkatının, “OL!”Azərbaycan Gənclər Hərəkatının və “Gənclər Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik inkişaf: çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq seminar keçirilmişdir.

Gənclət təşkilatları, QHT və media nümayəndələri və habelə ABŞ və Norveç səfirlərinin də qatıldığı tədbirdə ölkədə gedən ictimai-siyasi proseslər və vətəndaş cəmiyyəti qarşısında duran problemlər və onların həlli yolları müzakirə edilmişdir. Seminarda Fridrix Naumann Fondunun Cənubi Qafqaz üzrə lahiyəsinin rəhbəri Dr. Volfqanq Yon, Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli və Azadlıq radiosu Bakı ofisinin rəhbəri Xədicə İsmayılova məruzələrlə çıxış etmişlər.

No comments: