27 Yanvar, 2009-cu il tarixində "OL!" Azərbaycan Gənclər Hərəkatı "Konstitusiya dəyişiklikləri nə vəd edir?" mövzusunda növbəti interaktiv mühazirə təşkil edib. Mühazirəçilər, millət vəkilləri Anar Məmmədxanlı və Pənah Hüseyn olmuşdur.
Anar Məmmədxanlı çıxışında çıxışında keçiriləcək referendumun cəmiyyətin hər hansı təbəqəsinin hüquqlarını pozmadığını və Qərbin demokratik ölkələrində də tarixən belə təcrübələrin yaşanmasından danışıb.
Pənah Hüseyn isə çıxışında bu məsələni hüquqi məsələdən daha çox bir siyasi mədəniyyət məsələsi olduğunu vurğuladı və əlavə etdi ki, son 20 ildə bu tipli dəyişikliklər 26 ölkədə baş vermişdir ki, bunun da demək olar hamısı qeyri-azad və demokratiyanın olmadığı ölkələrdə baş verib.
Mühazirənin sonunda hər iki mühazirəçi gəncləri maraqlandıran suallara cavab verib. Tədbirdə 50 dən artıq tələbə və müxtəlif gənclər təşkialtlarının üzvləri iştirak etmişdir.
"Konstitusiya dəyişiklikləri nə vəd edir?" mövzusunda interaktiv mühazirə
Labels: reliz
Subscribe to:
Post Comments (Atom)
1 comment:
indi artiq xeberimiz var, anayasa deyishklikleri bize ne ved edir. Bu gun xeber tutdum ki, referenduma bizim dovlet 22 million dollar xerclemishdi.
Post a Comment