Bir-bir hərflərlə sözlər, kitablar, tarixlər yaza bilərik...


31 Yanvar Azərbaycan Demokratik Respublikasının banilərindən biri Məmməd Əmin Rəsulzadənin ad günüdür. Bu münasibətlə OL! Hərəkatı dostları ilə bərabər bü gün onun üçün anım fləşmobu həyata keçirdi. Şəhərin müxtəlif yerlərində üzərində Rəsulzadə sözünü əmələ gətirən hərflərin olduğu köynəkləri geyinmiş gənclər RƏSULZADƏ şəklində sıra əmələ gətirərək insanların dəqqətini bu günün önəminə cəlb etməyə, onun adını, ölkəmiz üçün göstərdiyi xidmətləri yenidən xalqın beynində, yaddaşında canlandırmağa çalışdılar.

İlk öncə onu qeyd etmək istərdim ki, bəzi dostlarımız bizi Rəsulzadəni kultlaşdırmaqda ittiham edir. Dostlar, bu heç də sizin düşündüyünüz kimi deyil. Rəsulzadə bizim üçün bir büt yox, azadlığın, demokratikliyin, çağdaşlığın, mübarizənin və ən nəhayət ADR ideyalarının ortaq bir SİMVOLudur. Məhz buna görə də biz şəxsiyyətə pərəstiş yox, yuxarıda sadaladığım dəyərlərin simvolu hesab etdiyimiz şəxs vasitəsilə fikirlərimizi, ideyalarımızı insanlara çatdırmaq istəyirik. Həmçinin sağlığında son nəfəsinə qədər Azərbaycan uğrunda yorulmadan, tərəddüd etmədən mübarizə aparan bir lider vasitəsilə bu gün biz sanki onun ölümündən sonra belə hələ də bu ölkəyə xidmət etdiyini nümayiş etdirərək bir növ mənəvi borcumuzu qaytarmağa çalışırıq.

Bu günkü aksiyanın mahiyyətinə diqqət yetirək. Eynilə yuxarıda qeyd etdiyim kimi bu aksiya da hər bir “hərf”in-fərdin eyni əqidəni paylaşan insanlarla ortaq dəyər, ideal, məfkurə uğrunda birləşə bilmək, cəmiyyətə öz mesajını çatdırma vasitəsi, simvolikası idi. Bu yolla biz bütün cəmiyyətə göstərmək istədik ki, hər birimiz bir hərfik və bir sırada duraraq istədiyimiz sözü əmələ gətirib, böyük bir tarix kitabı yaza bilərik. Yəni ki, inandığı dəyərlər uğrunda nələrsə edərək, addımlar ataraq, öz mesajını kimlərəsə çatdıraraq gələcəyimizi istədiyimiz kimi olmasını təmin edə bilərik. Bu yolda qorxmaq yox, sadəcə qarşıya qoyulan hədəfə çatmağa inanmaq və bu yolda fədakarlıq etmək lazımdı!

Rəşadət Axundov

Qeyd: Fləşmobdan çəkilmiş şəkilləri burada görə bilərsiniz

1 comment:

Unknown said...

Sizinle qurur duyuram. Gozel gozlulerim. O gozler ki, kor olmamaq ucun her seyi edir. O gozler ki, sizin kimi vucudlarda yer alir... Bir daha opurem o gozlerden!!!