Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq!

Yanvarın 31-i. Çoxlarımız bu günün əhəmiyyətini yalnız son vaxtlar anlamağa başladıq. Bu gün birinci respublikamızın ideya atası və banilərindən biri olan Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Çoxları deyə bilərlər ki, biz bu günü qeyd etməklə Rəsulzadəni bütləşdirir, Azərbaycan üçün növbəti idol və kumir yaradırıq. Yox, bu əsla bələ deyil. Azad düşüncəli şəxslər üçün Rəsulzadənin doğum günü bir nov Azərbaycanda demokratiya bayramıdır. Təəssuf ki, Azərbaycanın bu demokratiya bayramını qeyd edən şəxslər o qədər də çox deyil, səmimi desək, azdır.

Bu məqaləni yazandan əvvəl Məmməd Əmin Rəsulzadənin Azadlıq radiosundakı məşhur cıxışına qulaq asdım. Məmməd Əminin o cıxışında Azərbaycanın yenidən öz istiqlaliyyətinə qovuşacağına sonsuz inam və optimizm hiss olunur. Bəli, biz yenidən öz istiqlaliyyətimizə qovuşduq. Lakin mən əmin deyilem ki, indi yaşadığımız respublika Rəsulzadə və onun ideya yoldaşlarının uğrunda mübarizə apardıqları və arzu etdikləri respublikadir. Bu respublika Rəsulzadənin sözləri ilə demiş olsaq “azadlıq əsası… və insan haqları prinsiplərinə” əsasən qurulsa da, hal hazırda bu prinsiplərə uyğun yaşamır. Fikrimcə, hər birimizin bu məsələdə müəyyən günah payı vardır. Və bu vəziyyəti düzəltmək, Azərbaycanda demokratiya, azadlıq və insan hüquqları prinsiplərinin sözdə, kağız üzərində və sənədlərdə deyil, real həyatda bərqərar edilməsi hər birimizin borcudur. Bu borcu birinci respublikanı yaratmış ideya atalaramıza qaytarmalıyıq.

Çox sevindirici haldır ki, aktiv gənclerimiz bunu anlayırlar. ADR ideyalari bizi, Azərbaycanda problemləri görməyi bacaran və bu problemlərlə üz-üzə gəlməkdən qorxmayan gəncləri birləşdirən dəyərdir və bu ideyaların həyata keçməsi bizim amalımız olmalıdır. Gənclərə birinci respublikadan yadigar qalmış azsaylı dəyərlərdən biri olan himnimizdən bir parça yada salmaq istərdim: “Cümlə genclər müştaqdır”. Bəli, her şey bizim, gənclərin özündən asılıdır və biz bunu bacaracayıq.

Mən çox istərdim ki, bu gün demokratiya və azadlıq dəyərlərini anlayan hər bir kəs, xüsusən genclər vaxt ayırıb Rəsulzadə və ADR-lə bağlılığı olan hər hansı bir yerə (Novxanıda yerləşən Rəsulzadənin heykəli ola biler, İqtisad Universitetinin yaxınlığında yerləşən İstiqlaliyyət bəyannaməsi abidəsi ola biler, məşhur Rəsulzadə fontanı ola bilər) baş çəkib Azərbaycanın demokratiya bayramını qeyd etsinlər.

P.S. Gül qoymağa ehtiyac yoxdur… Bəzi yerlərə gül qoymaq təhlükəlidir. :)

Turqut Qəmbər

2 comments:

Anonymous said...

gul olsun, kaktus olsun ferqi yoxdur... esas yaddashdir

Orkhan said...

Yaşayıb, yaşayır, yaşayacaq da... ONU qəlbimiz və düşüncəmizdən silmək qeyri-mümkündür!

Şübhəsizdir ki, bir gün həqiqət parlayacaq...!