Ən gənc namizəd

Maraqlı fakt: Amerika Birləşmiş ştatlarında tineycerlər dövlət vəzifəsinə seçilə bilərlər. Məsələn hər hansı bir şəhərin meri seçilmək üçün 18 yaşın tamam olmalıdır. Hər il, Amerikanın şəhər və kəndlərində tineycerlər seçkilərə qatılır və öz qüvvələri ilə dövlət vəzifələrinə seçilmək istəyirlər. Maykl Murun tələbəsi olan Ceyson Pollokun bu filmi Amerikanın müxtəlif şəhərlərində dövlət vəzifələrinə seçilmək üçün gənclərin qoşulduğu kampaniyalar haqqında bəhs edir. Bu gənclər korrupsiyaya uğramış ABŞ siyasi sistemi ilə üz-üzə qalır və həyatlarında ədalətin, liderliyin, siyasətdə irqçiliyin və ailənin rolunu öyrənirlər. Filmin 4 əsas qəhrəmanı bütün maneələrə rəğmən seçki gününə qədər mübarizəni davam etdirir. Film mühüm bir ideyanı vurğulayır: nəticədən asılı olmayaraq, oyunu necə oynadığım daha vacibdir.

Filmin linki:

http://www.theyoungestcandidate.com/

No comments: