Mobil telefonlar və smslərin Ukraynada narıncı inqilabın baş verməsində müstəsna əhəmiyyəti var idi (ya da ən azı etirazların bu dərəcədə geniş vüsət almasında və uğurlu olmasında vacıb rola malik idi). Ola bilərmi ki, Kiyev maydanında baş vermiş etirazlardan 5 il sonra qonşu Moldovada digər texnologiya – Twitter-in sayəsində daha bir inqilab baş versin?
Əgər bir həftə əvvəl Moldova kimi zəif texniki təchizata malik ölkədə Twitter-in köməkliyi ilə inqilab perspektivləri barədə söhbət düşsəydi, heç kim bunun mümkün ola biləcəyinə inanmazdı. Bu gün biz artıq o dərəcədə əmin deyilik. Əgər siz Twitter-də son 48 saat ərzində ən populyar müzakirə mövzusunu axtarsanız, siz çox güman ki, "#pman" təqi altında yazılan maraqlı postlara rast gələrdiniz.
“Pman” “Piata Marii Adunari Nationale” deməkdir, bu da Kişinyovun mərkəzi meydanının rumın adıdır. İlk dəfə deyil ki, Twitter hər hansı bir çıxış haqda gəncləri məlumatlandırmaq məqsədi üçün istifadə olunur. Son ən məşhur nümunə “griots” təqi idi – bu təqdən Yunanıstanda gənclərin çıxışları barədə məlumat yaymaq üçün istifadə edilmişdir.
Moldovada parlament seçkilərinin nəticələri elan olunduqdan sonra (rəsmi nəticələrə görə kommunistlər qalib gəliblər), Moldovanın proqressiv gəncləri etiraz etmək üçün meydanlara axışdılar. Gənclər planlaşdırılmış etirazlar və fləşmoblar haqqında məlumat yaymaq üçün Facebook və Twitter-dən istifadə etdilər. “HydePark” və “ThinkMoldova” gənclər təşkilatları tərəfindən təşkil olunmuş etirazlar ilk öncə dinc məqsəd daşıyırdı - planlaşdırılmışdı ki, gənclər etiraz əlaməti olaraq meydanın ətrafında yığışıb şamlar yandıracaqlar.
Buna baxmayaraq, aprelin 7-i vəziyyət nəzarətdan çıxdı. Twitter-in köməkliyi ilə, ya yox, kütlə tədricən böyüməyə başladı və 10.000-ə çatdı. Etirazçılar əvvəl Mərkəzi Seçki Komissiyasının qarşısında mitinq keçirtdilər, daha sonra isə prezident administrasiyası və Moldova parlamentinin qarşısına getdilər.
Texnologiya belə etirazların təşkil olunmasında vacib əhəmiyyətə malikdir. Twitter ve Facebook -da həyata keçirilən əhalini səfərbər etmək cəhdləri ilə bərabər, xaricdə yaşayan moldovalılar (ölkə əhalisinin təxminən ¼-i Moldovada işsizlik ücbatından xaricdə çalışır) rumın televiziya kanalı vasitəsilə meydanda baş verənləri hadisələri canlı izləyə bilirlər.
Moldovadan daxil olan xəbərlərə görə, etirazların baş verdiyi meydanda mobil telefon şəbəkəsi işləmir (2006-cı ildə Belorusda iqtidar etirazların qarşısını almaq üçün Minskin mərkəzi meydanında mobil telefon şəbəkəsini sıradan çıxarmışdı), buna görə də etirazçılar Twitter-də nəsə yazmaq üçün meydanı tərk etmək məcburiyyətindədirlər.
Twitter -də bu mövzu ilə bağlı postlar çox sürətlə yenilənir, son 20 dəqiqədə “pman” təqi altında 200 yeni mesaj yazılmışdır (çoxu rumın dilində, tək-tük ingilis dilindədir). Twitter-lə bərabər etirazçılar öz bloqlarını tez-tez yeniləyirlər. Eyni zamanda Youtube-da çoxlu video, Facebook-da isə şəkillər qoyulmuşdur.
Twitter #pman təqi altında İngilis dilində yazılan postlara misal olaraq “polis tərəfindən atılan mərmi etirazçının ayağını zədələdi” tipli mesajı göstərə bilərik. Bu, təbii ki, xarici jurnalistlər üçün maraqlı olacaq.
Ümumən, Moldovanın Twitter İnqilabının nəticəsini indidən proqnozlaşdırmaq çətindir, ancaq Twitter-in və digər sosial media resurslarının bu etirazların səfərbər edilməsində (eyni zamanda bu barədə xəbərlərin yayılmasında) rolunu nəzərə almaq lazımdır. Təbii ki, Moldova gənclərinin kommunist hökümətindən bezməsi aydındır və seçkilərin saxtalaşdırılımasından şübhələnmək üçün bir o qədər də əsas yoxdur, amma Kişinyovdakı etirazlar və onların təşkil olunması metodları, sözsüz ki, ciddi maraq doğurur.
Vadim Denisov
Mətnin orijinalı burada
Hadisələr barəsində Nyu York Tayms qəzetinin icmalı burda
Moldovanın Twitter İnqilabı
Labels: maraqli
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment