OL-çuların oxuduqları, seyr etdikləri və dinlədikləri

Tərcihlərimiz (Aprel, 2009)

Əvvəlki tərcihlərə burada baxa bilərsiniz.

2009-cu il Aprel ayı üçün OL! Azərbaycan Gənclər Hərəkatının tərcihlərini fəalımız Lalə Osmanova təqdim edir:

Kitablar.

- "Lay-lay", Çak Palanik. Qədim Afrika lay-layının həyat və ölüm üzərindəki hökmündən bəhs edən kitabda bu lay-layı eşidən insanlar əbədi yuxuya gedirş.

- "Yeni ləmpələr", Frans Kafka. Kömür şaxtasında işləyən fəhlə, müdiriyyətə yeni ləmpələrin alınması üçün müraciət edir və bürokratik dəhşətə rast gəlirş

- "Doktor Jivaqo", Boris Pasternak. Bu kitab 1917 ilin inqilabını bir ziyalının gözü ilə təsvir edir.

- "Yaşıl mil", Stiven Kinq. Ədalətin bərqərar olunmasının üsulu olan Ölüm hökmü haqqında əsər.

- "Martin İden", Cək London. Gənc yazar, ədəbiyyat dünyasında parlaya bilmir, çünki digər oxucu və yazarlar stereotiplərin əsarətindədir və heç bir yeniliyə yol vermir. Baş qəhrəman nəhayət ki, tanınandan sonra başa düşür ki, o da bir stereotipə çevrilib.



Filmlər.

- "Neft". filmdə ABŞ-da neft istehsalatının başlanmasının ilk illəri təsvir olunur.

- "Ölü", Cim Carmuş (1995). Baş rollarda Conni Deppin çəkildiyi bu müstəqil film, Klivlenddə yaşayan mühasibin "Vəhşi" Qərbə düşməsi və burada sağ qalmaq üçün bir çox dəyərlərinə yenidən baxılmasının lazımlığı haqqında bəhs edir.

- "Ekvilibrium", Kört Vimmer (2002). Baş rolda tanınmış Kristian Beylın çəkildiyi bu film Libriya adlanan utopik şəhər haqqındadır. Gələcəkdə mövcud olan bu şəhərdə cinayət yoxdur. Amma şəhərin sakinləri belə stabilliyin bərqərar olunması üçün nələri qurban vermiş olurlar?

- "İçimdəki dəniz" (ispanca: Mar adentro), Alexandro Amenabar (2005). Paralizə olunmuş bir ispanlının evtanaziya istəyi.

- "Sözlərin gizli həyatı" (ispanca: La vida secreta de las palabras), İzabel Koyşet (2005)


Musiqi.

- Queen - Life is real.
- I am kloot - Avenue of hope
- Bill Withers - Aint no sunshine when she's gone.
- Aerosmith - Dream on.
- Michael andrews & Gary Ju - Mad world.

4 comments:

Man Of Constant Sorrow said...

Chox depressiv filmler ve kitablar gordum siyahida)) OL-> relax, Kung fu Panda is the best:)

Adnan Hajizada said...

Man of constant soorou! İnanirsan mən də bu siyahıya baxanda dərhal onu hiss etdim.

Farid_XL said...

Niye ? Herden heyatin bu terefini xatirlamaq pis olmaz. Insana unutqanliq xasdir, bele "terapiya"lar bezen musbet tesir gösterir.

Man of Constant Sorrow said...

Ferid, gundelik heyat mence realligi unutmaga qoymur, gelin heyatda musbet emosiyalar axtaraq, amma negativ anlarida unutmayaq:)
Ugurlar