... amma heç bir gün keçməmiş ağaclar kəsildi və yandırıldı
Nizami rayonunda yaşıl ağaclar kəsilərək yandırlır. Özü də ölkə rəhbərinin dünən bu barədə sərt danışmasına rəğmən. Qara Qarayev metrosunun çıxışındakı Şirin Mirzəyev küçəsi boyunca, yaşıllıq zonasında ticarət mərkəzi inşa edənlər ağacları kəsərək onları yaş yaş yandırır. Təxminən bir kilometr uzunluğundakı ticarət mərkəzi tamamilə yaşıllıq zonada salınıb.
Dünən ölkə başçısının sərt tapşırığından sonra bu gün səhər tikinti gedən ərazidə yaş budaqları olan ağacların yandırıldığı diqqət çəkib. Qəribə burasıdır ki, yandırılın ağaclar elə yaşıllığın ortasında və açıq aşkarca yandırılır. Ərazidə işləyən fəhlələrin bəzisi isə yanan ocağın istisinə qızınmaq üçün tonqalın başına yığılıb. Onlar ağacları kimin qırdığını və kimin yandırdığını demədən ordan uzaqlaşdılar. Yaşıllıq zonasında ağacların yandırılma əməliyyatı iki yerdə həyata keçirilirdi. Görünür bu ağaclar əvvəlcədən kəsilibmiş, ölkə Prezidentinin dünənki çıxışından sonra təcili yandıraraq məhv etmək istəyiblər ki, gözə görünməsin. Ən pis ehtimal isə ağacların elə bu gün qırılaraq yandırılmasıdır. Çünki, budaqlardakı yaşıl yarpaqlar onların yeni kəsilmiş olduğunu göstərir.
Maraqlanmaq üçün mühafizə xidmətinə yaxınlaşsaq da onlar heç ticarət mərkəzinin rəhbərliyini də tanımadığını və ağacların qırılmasından xəbərsiz olduqlarını dedilər. Ağacların yanması təxminən bir saata qədər vaxt çəkdi. Bu ərəfədə xəbəb tutan ticarət mərkəzinin rəhbərliyindən bir nəfər bizə yaxınlaşdı. Adını deməyən şəxs ağacların köhnə və quru olduğunu iddia etsə də, ona yaşıl yarpaqlı budaqları göstərəndə sözlərini dəyişdirdi: “Ərazidə təmizlik işi aparırıq.” Amma bu təmizlik işinə yox, məhvetmə işinə daha çox bənzəyirdi.
Vəziyyətdən xəbərdar olub olmadıqlarını öyrənmək üçün Nizami Rayon İcra hakimiyyətinə müraciət etdik. İcra başçısının müavini Ərrəhman Həsənov təcili əraziyə çıxdıqlarını səbəb gətirərək suala cavab vermədi.
Qeyd edək ki, ərazidə yaşayanlar ticarət mərkəzinin təxminən bir ildən çoxdur ki, burada tikildiyini bildirirlər. Tikinti gedən ərazidə isə əsasən şam ağacları əkilib. Elə yandırılan budaqların çoxu da şam ağacına aiddir. Sonda bir daha xatırladaq ki, Prezident İlham Əliyev hökümətin 2009-cu ilin birinci rübünün yekunlarına dair keçirilən iclasında ekoloji proqramların icrası və yaşıllıqar zolaqlarının salınması ilə əlaqədar tədbirlər planının həyata keçirilməsinin vacib olduğunu bildirmişdi. İ. Əliyev yaşıllıqları məhv edənlərə qarşı ciddi tədbirər görüləcəyini bəyan etmişdi. Həmçinin Prezident Bakı və Bakı ətrafı qəsəbələrdə üç milyon ağacın əkilməsi ilə bağlı konkret tapşırıqlarını verərək, “Respublikada ağacların kəsilməsini qadağan edirəm” demişdi.
Yusif Kərimli
Prezident ağacların məhv edilməsini qadağa etdi, amma...
Labels: maraqli
Subscribe to:
Post Comments (Atom)
1 comment:
bu aghaclarin yerine bezi insanlarin bashlarini kesseydiler ela olardi.
Post a Comment