"ADR bizi birləşdirir" aksiyası baş tutdu

28 may 2009-cu ildə Azərbaycan Demokratik Respublikasının yaranmasının 91-ci ildönümü günü OL! Azərbaycan Gənclər Hərəkatının təşəbbüsü ilə müxtəlif gənclər təşkilatlarının üzvlərindən ibarət 100-ə yaxın gənc, eyni zamanda dünyanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlı gənclərin fəal iştirakı ilə “ADR – Bizi Birləşdirir” aksiyası keçirildi.

Aksiyanın məqsədi 1918-ci ildə ADR qurucuların yaratdığı demokratikdəyərlərin yayılması, bu dəyərlərin ənənə halına salınması, o cümlədəndünyanın müxtəlif yerlərində yaşamalarına baxmayaraq, azərbaycanlıgənclərin ADR ideyası ətrafında birləşdirmək idi.

Aksiyada iştirak etmiş insanlara öncədən verilən məlumata görə, onlar yaşadıqları şəhərlərdə ADR-i tərənnüm edən yaradıcılıq göstərməliidilər. Buna misal olaraq, plakatlar, fotolar, şəkillər və s. aiddir.

Aksiya İstanbul, Los Anceles, Nyu-York, Vaşington və London şəhərləridaxil olmaqla dünyanın 15 şəhərində keçirilmişdir. Eyni zamanda gənclər bu aksiyanı Bakıda, Sumqayıtda M.Ə.Rəsulzadənin doğulduğu Novxanı kəndində və Azərbaycanın bir neçə rayonlarında da keçirməyə müvəffəq oldular.

Aksiyadan hazırlanmış foto və videoları tezliklə OLun bloqunda (ol-az.blogspot.com) görə bilərsiniz.

Aksiya zamanı 15 gənc hüquq mühafizə orqanları tərəfindən Bakı şəhərinin müxtəlif rayonlarında saxlanıldı və 1 saatdan sonra buraxıldı.

Aksiyadan video görüntülər



ardı var...

6 comments:

LIVLIVS MAXIMVS said...

Azerbaijan marks anniversary of its first republic

R.V. said...

Tebrik edirem Ushaqlar! Ela- videolar umumiyyetle! Ugurlu Aksiyadir! ADR-ciler neyise yashatmaga nail olurlar!

Emin İlyas said...

Halal!

Ilgar said...

Super!

Anonymous said...

Tebrik edirem!!dogurdan da, bu boyuk ugurdu!!bundan sonrada size,yalniz irelileyishler arzu edirem!!

Islam said...

Eshq olsun ADR genclerine!!!