Səsvermədə Siz də iştirak edə bilərsiniz! ABŞ Səfirliyi və ABŞ Dövlət Departamenti bütün dünya üzrə onlayn dostları ilə yanaşı Azərbaycanı da səsvermədə iştirak etməyə dəvət edir. Press Reliz.
Dövlət Departamenti və onun tərəfdaşları mayın 15-də iştirakçılardan “Demokratiya - ...dir” ifadəsinin tamamlanmasını tələb edən və onlayn rejimində keçirilən Demokratiya Video Müsabiqəsinin on səkkiz nəfər finalçılarının adlarını elan etmişdir. Altı qalibin seçilməsi üçün ictimai səsvermə artıq başlanılmışdır (www.youtube.com/democracychallenge) və iyunun 15-i, gecə yarısınadək (şərqi qurşaq vaxtı) davam edəcəkdir.
Dünyanın 95 ölkəsindən müraciət etmiş 900 iştirakçılardan seçilmiş finalçılar Braziliya (2), Kot d’İvuar, Almaniya, Hindistan, İran (2), Yaponiya, Nepal, Filippin, Polşa, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri, Uqanda, Birləşmiş Ştatlar, Özbəkistan və Zambiya kimi dövlətləri təmsil edirlər. Bu video kliplər bütün dünya üzrə demokratiyanın təsviri və onunla bağlı fikirlərin məcmusunu nümayiş etdirirlər. Finalçılar Maykl Apted (Amerika Rejissorlar İttifaqının Prezidenti) ilə Hernando de Sotonun (Azadlıq və Demokratiya İnstitutunun Prezidenti) sədrlik etdikləri müstəqil münsiflər heyəti tərəfindən seçilmişlər.
Qərb yarımkürəsi, Avropa, Orta Şərq/Şimali Afrika, Sahara səhrasından cənubda yerləşən Afrika ölkələri, Cənubi və Mərkəzi Asiya və Şərqi Asiya/Sakit Okean regionundan olan altı qalib 2009-cu il iyun ayının ortasında elan olunacaq. Qaliblər sentyabr ayında Vaşınqton, Nyu-York və Hollivuda tam ödənilmiş səyahət mükafatını alacaqlar. Mükafat paketinə həmçinin televiziya/kino çəkilişləri, televiziya peşəkarları, demokratiya tərəfdarları, media nümayəndələri, dövlət xadimləri ilə görüşlər, eləcə də xüsusi olaraq qalib gəlmiş kliplərin nümayiş etdirilməsi da daxildir.
Demokratiya Video Müsabiqəsi BMT-nin Beynəlxalq Demokratiya Günündə (15 sentyabr 2008-ci il) onlayn rejimində başlanmışdır. Bu müsabiqə misilsiz olaraq demokratiya və gənclər təşkilatları, kino və əyləncə sənayesi, akademiyası və ABŞ Hökumətinin əməkdaşlığı sayəsində təşkil edilmişdir. Partnyorlar arasında Beynəlxalq Fərdi Sahibkarlıq Mərkəzi, Amerika Rejissorlar İttifaqı, Beynəlxalq Respublikaçılar İnstitutu, Beynəlxalq Gənclər Təşkilatı, Amerika Kino Assosiasiyası, NBC Universal təşkilatı, Milli Demokratiya İnstitutu, Nyu-York Universiteti nəzdində Tiş İncəsənət Məktəbi, TakingİtGlobal təşkilatı, Cənubi Kaliforniya Universiteti nəzdində Kino Məktəbi və ABŞ Dövlət Departamentidir. YouTube video platformasını (hostinq xidmətləri) təqdim edir, Vilyam Morris Agentliyi isə mükafat paketinin hazırlanmasında iştirak edir.
Əlavə məlumat üçün Amerika Birləşmiş Ştatları Səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinə müraciət edə bilərsiniz.
Finala çıxmış videolara burada baxa bilərsiniz.
Demokratiya nədir? Kinomüsabiqəsində səsvermə
Labels: maraqli
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment