http://www.azadliq.org/content/article/1741598.html
Səbinə Vaqifqızı
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 91-ci ildönümü ilə əlaqədar bu gün bir neçə gənclər təşkilatı Bakıda dinc aksiya keçirib. Aksiyada «OL!», «Dalğa» Gənclər Hərəkatı, «Gənclər Klubu» İctimai Birliyi və Azərbaycan Liberal Gənclər Assosiasiyası (ALGA) iştirak edib.
Müxtəlif universitetlərdən olan tələbələr də aksiyaya qatılıb.
Ancaq polis aksiyaya müdaxilə edərək 9 nəfəri saxlayıb.
«OL» Gənclər Hərəkatından Rəşadət Axundov «Azadlıq» radiosuna deyib ki, hazırda qrup halında gənclər şəhərin müxtəlif yerlərində aksiyanı davam etdirir: «Dalğa» Gənclər Hərəkatından iki nəfər və «OL» Gənclər Hərəkatından bir nəfər Səbail rayonu 39-cu Polis Bölməsindədir. Üç nəfər tələbə isə Səbail rayonu 9-cu Polis Bölməsinə aparılıb».
«AN» şəbəkəsindən Vüqar Səfərov isə «Azadlıq» radiosuna deyib ki, bir qrup gənclərlə metronun «İçərişəhər» stansiyasından üzüaşağı gedərkən yolda polis onlara yaxınlaşıb: «Polis dedi ki, sənədlərinizi verin. Biz də sənədlərimizi verdik. Polis bizi Səbail rayonu 9-cu Polis Bölməsinə apardı. Biz səbəbini soruşanda dedilər ki, səbəb araşdırılır. Bir az keçəndən sonra polislərdən biri bizə dedi ki, bəs siz piket eləmək istəmisiniz deyə saxlanmısınız. Bizim uşaqlardan biri soruşdu ki, piket nədir? Polis dedi ki, gül piketi də. Biz polis bölməsində bildirdik ki, sadəcə bayramı qeyd edirik. Bölmədən isə bizə dedilər ki, gedin bayramı yeyib-içməklə qeyd edin».
Polis bölmələrində gənclərə xəbərdarlıq edilib, adları və ünvanları götürülərək, sərbəst buraxılıblar.
Polis piket keçirən gəncləri saxladı və xəbərdarlıq etdi
Labels: metbuat
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment