Azad olmaq istəyirlər!

İranda baş verənlərə biganə qala bilmirəm. Gənclərin, qadınların məruz qaldığı zorakılığa bir tərəfdən üzülür, digər tərəfdən İran milləti üçün sevinirəm. Sevinirəm ona görə ki, onlar əslində yaşadıqları bu anlarla, gənclərin əzmkarlığı, cəsarəti, seçki prosesindəki aktiv iştirakı ilə qürur duymalıdılar. İranlılar bu imkandan faydalanmalı və azadlıqlarına qovuşaraq dünyanın bir çox avtoritar xalq və hokümətlərinə müsbət nümunə olmalıdırlar.

Dostumla söhbətimizdə məsələyə emosional yanaşaraq, İranda baş verənləri dünyanın sonu kimi qiymətləndirdi. Əslində bu iranlılar üçün dünyanın sonu demək deyil. İran gənclərinin qurmaq istədikləri dünyanın başlanğıcıdır. Gənclərin hüquqları və səslərini qorumaları uğrunda mübarizə onların xöşbəxt gələcəkləri üçün apardıqları mübarizədir. İranlı gənclər azad olmaq istəyir, iranlı gənclər məsuliyyətli hökümət qurmaq istəyir. Onlar artıq dünyadan təcrid olunmaqdan, xaricdə onlara qarşı olan qəribə münasibətlərdən beziblər. İranlılar anlayırlar ki, azad gələcəkləri üçün bu günki çətinliklərdən keçməlidirlər. Bu onlar üçün seçim anıdır!

Millət olaraq ümumxalq hərəkatı yaratmışlar. Etirazlar Tehrandan İranın müxtəlif əyalətlərinə yayılmaqda davam edir. Azadlıq uğrunda mübarizədə onlar xalqlara, müxtəlif etnik qruplara bölünməyiblər. İranlılar azadlıq adlanan dəyər ətrafında birləşiblər. İnsanların dəyərlərin ətrafında birləşərək mübarizə aparmaları daha uğurlu və ibrətverici bir prosesdir. Orda yaşayan türkü də, farsı da, kürdü də azadlıq bir dəyər olaraq birləşdirir, hədəfləri və çatmaq istədikləri məqsədi (azad dövlət) aydınlaşdırır. Bu mübarizədə universitet tələbələri, müəllimlər, daim zorakılığa məruz qalan qadınlar, etnik kimliyimiz eyni olan soydaşlarımız aktiv iştirak edirlər. Tehran universitetində etiraz olaraq 120 professor dərs deməkdən imtina edib və universitetdəki postlarından istefa veriblər. Professorların bu cəsarətli addımı bir çox ölkələrdəki universitetlərin korrupsiyalaşmış inzibati və akademik heyəti üçün müsbət nümunədir.

İranda müəllimlərin, tələbələrin, qadınların bu cür sərt şərtlər daxilində etiraz etməsi ümidin ölməməsi deməkdir. Ümid olan yerdə hərəkət var. Hərəkət olan yerdə isə nəticə mütləq olacaqdır. ABŞ-da universitet yoldaşım olmuş iranlı tələbə İrandakı hakimiyyətin sərtliyindən danışarkən gecələrin birində anası və bacısının xüsusi xidmət qüvvələri tərəfindən oğurlandığını qeyd etmişdi. Hökümətin xalqa qarşı bu cür repressiv addımlar atması şəraitində iranlıların etirazı, videolardakı yeniyetmə xanımın polisə daş ataraq etiraz etməsi ortaya əsl cəsarət nümunəsi qoyur.

İrandakı etirazlar yatırılsa belə gənclərin azadlıq ruhunu öldürmək olmayacaq. 8 nəfər etirazçının öldürülməsi, insanların kütləvi şəkildə həbs olunması, qorxu hofunun yaranması əks effekt verecek və daxildə yatan azadlıq ruhu, etirazlar, narazılıqlar yenidən üzə çıxacaqdır. İnanıram ki, iranlılar bu şərəfli anlarından istifadə edəcək və azad dəyərlər qələbə çalacaqdır. Vicdanın, azadlığın coğrafi sərhəddi yoxdur. İran gənclərinin həmrəylini qiymətləndirir, onlara mübarizələrində cəsarət, iradə və uğur arzu edirəm!

Ruslan Əsədov

9 comments:

Anonymous said...

Восток, как говориться, дело тонкое. тут двумя-тремя постами не решишь, НО, конечно, некоторые моменты можно отметить. Что такое Иран? это страна, история, которой только и менялась бунтами и революциями, просто так тихо и спокойно ничего не было. Ну, народ привык к этому и вот сейчас гены говорят о своём :) А что? у некоторых же коррупция и бесхребетность в крови, то почему бы и нет?! и потом, там много наших (так и хочется назвать их южанами, а мы северяне, как в США) ребят. Так вот мы не только продавать, покупать, кидать, обманывать, позорить, унижаться, тупить, не благородно (благородно - это слово такое хорошее) поступать, но и шуметь тоже можем. Вот.

Rusan Əsədov said...

Korrupsiya bir verdishdir. Menfi verdish olaraq Iranda da, bizde de genish yayilibdir. Bunun aradan qalxmasi uchun alternativ olaraq musbet verdishler (vicdanlilig, sheffaflig, qanunun aliliyi) qoymaq lazimdir.

Farid_XL said...

Ruslan, mence xaricde iranlilara qeribe zad baxmirlar.Öz keyflerindedir iranlilar.
Ancaq e$itdiyime göre xaricde olan iranlilar öz hökumetlerini, prezidentini neyi var söyur, tenqid edir, pisleyirler, yani qeyri-iranli ile söhbetde bunu edirler.
Onlara aferin deyirem.
Son zamanlar bele bir fikir gelib aglima: Bizim hökumet insan azadliqlarini mehdudla$diraraq, durumu Iran-fason etmek isteyi ile, eslinde ele Iranda bu gunku ya$ananlari Azerbaycanda da ba$ vermesine dogru aparir.Cunki insanlarinin sebr kasasi ne vaxtsa dolacaq nese olacaq. Avtomobilin muherriki kimi: sixilmi$ benzine bir qigilcim ve partlayi$.
Bilmirem bu fikir ne derecede heqiqete uygundur, herekat bizde ba$lamasa, yani biz dogrudanmi ele passivle$mi$ik ? Biz deyende, sen, men ve ba$qalari en azindan bu mövzunu burda muzakire edib, yax$i deyi$iklik, inki$af olmasini isteyirik, ichimizde var, men deyim hetta naraziligi bildirmek ucun kuchelere da cixmaga haziriq (özumu nezerde tuturam), ancaq esas mesele kutlelerdir - kifayet qeder savadi olmayan, huquqlarini bilmeyen, passiv kutleler.
Men bir $eyi etiraf etmek isteyirem, son bir neche aydir Azerbaycandan kenara cixmi$am, ve bu meselelerle yaman maraqlanmaga ba$lami$am, ancaq evde olanda men de ele passiv idim. Özumu numune olaraq bele bir variant du$unurem, mumkun qeder cox genclerimiz, cavanlarimiz xaricde tehsile getsinler, onda passivlik itecek, ölke bax bele genclerin hesabina dirchele biler.

Farid_XL said...

P.S . Yuxarida yazdigim AFERINi onlarin son vaxtlarki etiraz herekatlarina göre deyirem.

Rəşadət said...

Korrupsiya vərdiş filan deyil. Bu fikir korrupsioner hakimiyyətlərin xalqa təlqinidir.Korrupsiya qeyri-effektiv menecment problemidir.

Ruslan Əsədov said...

Rosh, biz mahiyyet etibari ile eyni sheyi deyirik. Sen texniki terefini, men ise menevi terefini deyirem. Her ikisi bir-birini tamamlayir ve ugurlu cemiyyetlerde beledir.

Ruslan Əsədov said...

hakimiyyeti temiz xalqi oghru, xalqi temiz hakimiyyeti oghru uzunmuddetli qurumlar olmur. hakimiyyet oghru olanda temiz xalq onu devirir. korrupsiya ikiterefli olaraq menfi verdishdir. korrupsiya tek pul ogrusu demek deyil, korrupsiya eyni zamanda meneviyyatla baghli olan bir sheydir. senin dediyinle raziyam, amma ugurlu menecmentin olmasi uchun vicdanin olmasi vacibdir. vicdan musbet verdishler formalashdirir. vicdan ve musbet verdishler ise adamlari oxumagha, ishlemeye mecbur edir ki, effektiv-menecmenti oyrensinler.

Ruslan Əsədov said...

test

Anonymous said...

О как у меня получилось поменять беседу...
Как легко мы меняем тему разговора...
Как мы теряем основную цель беседы...