Kral öldü...

“Michael Jackson” adlı bir epoxa bitdi. Kimin üçünsə o, istedadlı bir müğənni, kimin üçünsə fanatizm obyekti, digərləri üçünsə sadəcə bəxt ilə PR-ın birgə fəaliyyətinin uğurlu məhsulu idi. Bir şey dəqiqdir: o, musiqi tarixində az-az insanların qoya bildiyi bir iz qoydu.

Bir çox analoji hallarda olduğu kimi, həyatda olduğu zaman ona biganə olan və hətta onu tənqid edən bir sıra insanlar ölümündən sonra onun itkisinə üzüldüklərini hiss etdilər. Etiraf edim ki, mən də onlardan biriyəm. Onu heç zaman dahi hesab etmir, bəzi hərəkətlərinin bağışlanılmaz olduğunu düşünürdüm. Məsələn, qaradərili olsaydım, onun dərisinin rəngini (və təkcə bunu yox) dəyişməsini özümə və öz irqimə qarşı bir təhqir hesab edərdim. Bunlara baxmayaraq, cümə günü səhər internet səhifəsində onun ölüm xəbərini oxuduqda bir neçə saniyəlik donub qaldım. İnanmırdım. İndi də tam inanmıram. Çünki inanmaq çətindir. Axı mən və nümayəndəsi olduğum gənc nəsil göz açıb onu görmüşük. Onun musiqisi ilə böyümüşük. Onun rəqs tərzini təqlid etmişik. Bundan əvvəl belə miqyaslı, müəyyən bir dövrü simvolizə edən, milyonlarla insanın ürəyində (bəlkə hətta həyatında) iz qoyan – sözun əsl mənasında dünyamiqyaslı bir şəxsin gözlənilmədən bizi tərk etməsinin şahidi olmamışıq. Biz nə Elvis Presli, nə Kennedi, nə də Hitleri yola salmışıq. Bizim üçün bu, presedentsiz bir hadisədir.

Yaxşı, bəs niyə o? Niyə məhz Michael Jackson bizim üçün belə bir qəhrəmana çevrildi? Həmin gün Euronews kanalında ekranın bir küncündə onun permanent olaraq göstərilən şəklinə və altındakı “Michael Jackson, 1958-2009” yazısına baxanda bu sual ağlıma gəldi: axı kifayət qədər istedadlı və məşhur insanlar bizi tərk edib, niyə məhz Michael Jackson şəkli burada davamlı olaraq duracaq səviyyəyə qədər yüksəlmiş hesab edildi? Dahiyanə ifa tərzinə görəmi? Düşünürəm, çoxları mənimlə razılaşar ki, ondan qat-qat ecazkar səs tembrinə və geniş diapazona malik müğənnilər var. Qeyri-adi rəqs bacarığına görəmi? Yaxşı rəqs edənlər çoxdur, onun rəqsində qeyri-adi görünən bəzi elementlərə isə xüsusi geyim və səhnə avadanlığının hesabına nail olunurdu. Seçilən gözəl insan olduğuna görəmi? Skandallar və mükəmməllikdən uzaq olan davranış ona heç də yad deyildi. Bəlkə xeyriyyəçilik fəaliyyətinə görə? Bu da nadir bir şey deyil, xüsusilə şou-biznes aləmində. Buradan belə bir cavab yarandı: o sadəcə çoxlarınnın zövqünü oxşaya bilmişdi. Təbii olaraq belə bir müqayisə meydana gəldi: hamburger də dünyada ən məşhur və populyar yemək növlərindən biridir, lakin nə tərkibinə daxil olan inqridientlər xüsusi, nə də hazırlanma qaydası qeyri-adidir. Sadəcə, çoxluğun zövqünə uyğundur. Mərhum (bu sozu ona münasibətdə işlətmək hələ də qəribədir) müğənninin pərəstişkarları inciməsin. Bunları deməklə heç də bu insanın musiqi dünyasında olan nailiyyətlərini və əhəmiyyətini inkar etmək istəmirəm. Yalnız və yalnız obyektiv olmağa çalışıram. Və dediklərim mənə son vaxtlar populyar olmuş toy rolikinde olan insanlarla yenidən bir araya gəlib “Thriller” rəqsini Michael Jackson’un xatirəsinə ifa etmekle onu səmimi olaraq yad etmekde mane olmadı.

Kəmalə İsrafilova

7 comments:

Anonymous said...

Amma məncə Elvis Presli, Kennedi və Hitler hamısı bir epoxdur!

Anonymous said...

Onların müxtəlif epoxaların nümayendeleri olmasını burada deyen yoxdur :)

Ruslan Asad said...

Epocha yanashma tek xoronoloji deyil ideoloji de ola biler. Hitler tarixde derin iz qoymush fashizm epochunun numayendesi, Elvis rock musiqisi epochunun, Kennedy ise etdiyi ve etmek istediyi islahatlarla vetendash azadliglarinin en boyuk terefdashi olaraq deyer epochunun numayendesidir. Fergli yanashma rocks.

Zarif said...

Meqalenize ve orada qoydugunuz suala gore sagolun. Amma men bu suala bir az bashga cur cavab vermek isterdim ( demek istemezidim ki, menim sizin MJ-ni hamburgerla muqayise etmeyiniz orijanal gorunmedi)
Evvela onun reqsi ve musiqisi - beli ola biler,ondan da gozel reqs edenler ve oxuyanlar var, amma etiraf edim ki, MJ oz dovru uchun orijinal, temamile yeni bir stil yaratmishdi ki, ne ondan evvel ne ondan sonra MJ kimi ne oxuyan ne de reqs eden senetchiye rast gelmemishem.O,ise bunun iksini de etmeye bacarmishdi. Onun stilini sevmemek olardi amma onun qenial olmadigini dememek olmazdi.
Bashga bir meseleye toxunmag isteyirem: ne uchun Jackson mehz biz- post sovet mekani uchun bele numuneledir. Yaradiciliginin parlag vaxtlari hem de soviet dovrunun dagildigi zamanlarina dushduyune gore,Jackson bize o vaxt uchun Amerikanin ve azadligin simvoluna chevrildi. Eslinde de deyesen MJ ve Whitney Huston menim (ruslari saymadan) tanidigim birinci xarici mugenniler idi.
Ve eger umumiyyetle "Kral öldu. Yashasin kral!" deyirlerse. Mene ele gelir indi "Kral öldu. Daha Kral olmaycag." demek daha yerine dusherdi.

Vüqar said...

Pele futbolun kralı sayılır, amma, ondan sonra 10-larla çox güclü, fərqli, yenilik gətirən futbolçu meydana çıxsa da onun əlindən bu titulu ala bilmədilər.

Elvis, Bitlz, Maykl Cekson - bu insanlar öz dövlərində reallığın fonunda tam fərqli bir şey yaratmaqla seçilmiş oldular. Bu insanların hər birisi öz dövründən ən azı 15-20 il öncəni yaşayırdılar.

Ceksonun mahnıları, klipləri, rəqsləri öz dövründə müqayisəolunmaz idi. Onu yalnız indiki şou-biznez nümunələri ilə müqayisə etmək olar.

Mən də düşünürəm ki, nə futbolda, nə də ki, musiqidə bundan sonra kral olacaq. Bazar indi çox mürəkkəb və çoxşaxəlidir. Amma, yenə də öz dövründən 10-15 qabağı görən bir musiqiçi meydana çıxsa, məhz o yuxarıda sadaladığım kralların sırasına qoşula bilər.

Anonymous said...

Джексон, как много в этом слове... для нас с тобой. Ты помнишь то далекое прошлое, когда мы не понимая слов пели его песни, когда мы знали, что если и есть на земле человек, который может все, то это Джексон. Он был всем близок и так далек... человек ли он эпохи?))) да, что такое эпоха для него!!! свобода, равенство, борьба за истину!!!! его песни - это гимн просвещенных людей!!! это крик моей души.... Да, что вы знаете он нем? Да, что я знаю о нем? А это не важно! Важно то, что мы с тобой завтра послушав его песню найдем правильный ответ….

Esmira Mammadova said...

Он - символ нашего детства :)