OL!-çular UGRAD-ın ekoloji tədbirinə qoşuldu

İyun ayının 26-da UGRAD məzunları və OL! Hərəkatı üzvləri Amerika Dövlət Departamenti və İREX-in dəstəyi ilə keçirilən Project Smile layihəsi çərçivəsində Sumqayıt şəhərində Dəniz Kənarı parkda təmizlik işləri aparmışlar. Layihənin əsas məqsədi məzunların ictimai fəaliyyətə maraqlarının artırılması, könüllü işlərə cəlb edilməsi, şəhər sakinləri arasında təmizlik ideyalarının aşılanması, və ən əsası qarşıya qoyulan ərazinin təmizlənməsi idi. Layihədə həmçinin Sumqayıt şəhər İcra hakimiyyəti və Gənclər İdman Baş idarəsindən də nümayəndələr iştirak edirdilər. Təmizlik aksiyasının keçirilməsi barədə Gənclər İdman Baş İdarəsinə məlumat verdikdə naməlum səbəblərdən bizə belə bir layihənin keçirilməsi üçün icazə verilməsə də, israr etdiyimizi görüb məcburiyyət qarşısında qalıb icazə verilmişdi.

Təmizlik işlərinin birinci mərhələsi kimi ərazidə olan gündəlik tullantılar, zibil və ocaq qalıqları təmizlənmiş, daha sonra ağaclar əhənglənmiş və ən sonda könüllülər üçün piknik təşkil edilmişdi. Layihəyə ümümilikdə 40 nəfərə yaxın könüllü qatılmışdı və saat 2-dən axşam saat 9-a kimi davam etmişdir.

Qeyd edim ki, Project Smile çərcivəsində növbəti belə layihə gəncləri maraqlandıran mövzularda mühazirələrin təşkil edilməsi olacaqdır. Yay olduğunu nəzərə alaraq, bu mühazilər də ənənəvi mühazirələrdən fərqlənəcək, daha çox mühazirə- piknik formatına üstünlük veriləcək.

Aida Səmədli

1 comment:

viagra said...