Şeir: "İki Mismar Arasında"


Yardılar Qürurumu İki mismar arasında
Sual verdim almadilar,
Dar yarami sarmadilar,
Boğmaqdan yorulmadılar İki mismar arasinda

Nə bu günün, nə sabahın qulu üçün yaşayıram,
Qanıma şahid kəsilən iki boşluq arasında
Mən kəfənəm- ağ kəfənsiz
Mismara hörmət daşıyan iki sevda arasında..

Məqsədsiz qara yolçuyam,
Üzüağ yol arasında
Enişim yox, yoxuşum yox,
Sarı iki mismar arasında...

Qınamayın kafirləri insanlıq timsalında
Sonu olmaz mövhümatin düz-əyri arasında
Çalışmayın yaşayasız yalan insan arasında
Sürün beş-on saniyə doğru mismar arasında

Soyuq mismar, bir-iki qepik
Ağır əllər kürəyimin qarasında
Sual vermə nə baş verir,
Asıl mismar arasından...

Yalan deyil daşıdığım dünya boyda məhəbətim,
Sonunu hədər etdilər çürük sözlər arasında
Mən qıymaram o ağlasın,
Ağlatdılar ürəyimi qara mismar arasında...

Alovların dəyərini od tutan ürək bilər,
Dağılanın hədərini yığılan damar bilər,
İnsanların qədrini yarılan insan bilər
Mən bilmərəm fələklərin məzarını..
Sağlıq deyən, ölüm çizən iki mismar arasında...

Tələsik itib qalmışam
Yalan odlar içərsində adımı mən səhv salmışam
İsmim bərdən çəkiləndə sus!- demişəm, qocalmışam
İkimismar arasında əlacsız, cansız qalmışam

Azadlıqdır əlacsızlıq,
İkimismar arasında ölüm olur acısız
İndi anlayıram asılanda baxışlardan,
Ürək nədən dilə gəlmir susub qalır sevdasız

Azad çırpınmaqçün iki mismar gəzirəm,
Könlümü tapşırmaqçün iki mismar gəzirəm,
Məni asan, başa salan...
Dünyamı dünyaya qatan, asılan mismar gəzirəm...


Hökümə İ. Babayeva

1 comment:

Rəşadət said...

əla şeirdi halal OLsun!