ABŞ səfirliyi Hacızadə və Millinin işi ilə bağlı bəyanat yayıb

ABŞ səfirliyi gənc fəallar Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı bəyanatla çıxış edib.

Səfirliyin bəyanatında deyilir ki, gənclər naməlum şəxslər tərəfindən basqına məruz qalıb, saxlanılıb və istintaqa cəlb ediliblər. Eyni zamanda, onlara hücum edənlər sərbəst buraxılıb. «Biz həmçinin polisin vəkilləri onların yanına buraxmamasından və adekvat tibbi yardım göstərməməsindən narahatıq».

Bu məsələlər Azərbaycan hakimiyyəti və hüquq-mühafizə orqanları qarşısında qaldırılıb. «Biz bu istiqamətdə işi davam etdirəcəyik və Azərbaycan hakimiyyətini Hacızadə və Millini zəruri hüquqi və tibbi yardımla təmin etməyə çağırırıq. Biz həmçinin hakimiyyəti öz vətəndaşlarının hüquqlarına hörmət etməyə çağırırıq», - deyə bəyanatda qeyd edilib.

http://www.azadliq.org/content/article/1774659.html

No comments: