Bundestaqın deputatini məhbus gənclərin yanına buraxmayıblar

31.07.2009

Almaniya Bundestaqının deputatı Yorq Taussa həbsdə olan gənc fəallar Emin Milli və Adnan Hacızadə ilə görüş icazəsi verilməyib. Adnan Hacızadənin atası Hikmət Hacızadə “Media forum” saytına belə deyib. O, əlavə məlumatının olmadığını, yalnız alman deputatın görüş istəyinə mənfi cavab verildiyinə dair bilgi aldığını vurğulayıb. Özünün də indiyə qədər oğlu ilə görüşə bilmədiyini xatırladan H.Hacızadə istintaq orqanına bu haqda müraciətinin cavabsız qaldığını söyləyib.

A.Hacızadənin vəkili İsaxan Aşurov isə alman deputata görüş verilib-verilmədiyi ilə bağlı məlumatsız olduğunu deyib.

E.Milli və A.Hacızadə iyulun 8-də Bakıdakı “Livan” restoranında baş vermiş davaya görə saxlanıblar. İyulun 10-da Səbail Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 221.2.1 maddəsi (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) üzrə başlanan işlə əlaqədar onların hər biri barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

No comments: