Mərkəzi Avropa Universitetinin bir qrup Azərbaycanlı məzunu adından
Bəyanat
Bəyanat
Məlum olduğu kimi iyulun 8-də gənc fəallar - “AN” sosial şəbəkəsinin təsisçilərindən biri Emin Abdullayev (Milli) və “OL” Azərbaycan Gənclər Hərəkatının xarici əlaqələr koordinatoru Adnan Hacızadə “Lebanese” restoranında iki nəfərin hücumuna məruz qalmışlar. Hadisədən sonra hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edən gənclər özləri xuliqanlıqda təqsirləndirilərək barələrində iki aylıq həbs qəti imkan tədbiri seçilmiş və əksinə gənclərə qarşı zor tətbiq etmiş, əvvəlcə polis tərəfindən şübhəli şəxs qismində saxlanılan digər iki nəfər isə azad edilmişdir. Hadisə nəticəsində hətta müxtəlif dərəcəli bədən xəsarəti almış gənclərə ilkin tibbi yardım göstərilməmişdir.
Biz - Azərbaycanda ədalətli cəmiyyətin və hüquqi dövlətin bərqərar olmasını arzulayan bir qrup gənc bu hadisədən təəssüfləndiyimizi bildirir və gənclərə qarşı bu cür rəftara, hüquq mühafizə orqanları əməkdaşlarının hadisəyə birtərəfli münasibətinə, gənclərin elementar insan hüquqlarına və əsas azadlıqlarına hörmət edilməməsinə qarşı öz etirazımızı bildiririk. Bu cür hadisələrin ölkəmizin nüfuzuna beynəlxalq aləmdə ciddi ziyan vurduğu kimi, həm də ölkəmizin hərtərəfli inkişafına çalışan gənclərdə ruh düşkünlüyü yaratdığını da təəssüflə qeyd etməliyik. Həmçinin, yuxarıda adı çəkilən iki gəncin ictimaiyyət arasında, təhsil aldıqları və işlədikləri kollektivlərdə müsbət keyfiyyətləri ilə tanınması və əvvəllər heç bir cinayət tərkibli əməlin iştirakçısı olmadıqlarını nəzərə alaraq istintaq orqanlarından onların barəsində çıxarılmış həbs qəti imkan tədbirinin dəyişdirilməsini, istintaq prosesinin ədalətli aparılmasını və həqiqi təqsirkarların cəzalandırılmasını tələb edirik.
Bəyanata qoşulan məzunlar:
Rəşadət Axundov
Pərviz Abbasov
Aytən Qəhrəmanova
Cavid Qədirov
Sabit Abdullayev
Aida Bədəlova
Hüseyn İsmayılov
Fuad Əliyev
Anar Mehdiyev
Azər Saqiyev
Aysel Soltanova

No comments:
Post a Comment