Səbayel Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi "AN" Gənclər şəbəkəsinin lideri Emin Milli və "OL" Gənclər Hərəkatının təsisçisi Adnan Hacızadənin qapalı məhkəməsi keçirilib.
Qaynar.info-nun "Azadlıq" radiosuna istinadən verdiyi xəbərə görə, məhkəmə qərarı ilə hər iki gənc fəal haqqında iki aylıq həbs qəti imkan tədbiri seçilib. Bu müddət ərzində məhkəmə istintaqı davam edəcək və sonra yenidən məhkəmə keçiriləcək.
Emin Milli və Adnan Hacızadəyə hücum etdiyi bildirilən Babək Hüseynov və Vüsal Məmmədov zərərçəkən kimi qəbul olunub. Onlar prosesdə iştirak etməyib.
Məhkəmənin qarşısına toplaşan gənc fəallar və hüquq müdafiəçiləri etirazlarını himn oxumaqla və şüarlar səsləndirməklə bildiriblər.
Adnan Hacızadənin və Emin Millinin vəkilləri İsaxan Aşurov və Elton Quliyev Səbayel rayon məhkəməsinin hakimi Rauf Əhmədovun qərarının qərəzli və qanuna zidd olduğunu deyiblər. Vəkillər qərardan apellyasiya şikayəti verəcəklərini, sonra isə qərar onları qane etməzsə, Avropa Məhkəməsinə müraciət edəcəklərini deyiblər.
İsaxan Aşurovun sözlərinə görə, gənclərə qarşı qeyri-insani münasibət göstərilib, onlar həkimə ehtiyacları olduğu halda tibbi xidmətlə təmin olunmayıblar.
Məhkəmənin qarşısına toplaşmış müxtəlif gənclər təşkilatlarının nümayəndələri Emin Milli və Adnan Hacızadənin həbsinə bütün qanuni üsullarla etiraz edəcəklərini bildiriblər.
Onu da qeyd edək ki, prosesdən qabaq məhkəmənin sədri Səbail Rayon Məhkəməsinin sədri Gülzar Əliyeva ilə görüşdən çıxan almaniyalı ombudsman deyib ki, bu hadisəyə öz etirazını bildirib. «Bu cür hadisələr Azərbaycanla Almaniyanın münasibətlərinə xələl gətirə, ölkələrarası müzakirə mövzusuna çevrilə bilər və Azərbaycanın imicinə ziyandır».
Günter Nokke həmçinin baş verənləri «siyasi təxribat» adlandırıb.
Gənclərə 2 ayliq həbs verildi!
Labels: AEbashladi
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment