Gənclərin Hüquqlarını Müdafiə Hərəkatının təqdimatı olub

Sevinc Hüseynzadə

İyulun 25-də həbs olunmuş gənclər - Emin Milli və Adnan Hacızadənin Hüquqlarını Müdafiə Hərəkatının təqdimatı olub.

Bu barədə «Azadlıq» radiosuna həmin hərəkatın təşkilatçılarından Turqut Qənbər məlumat verib. Bildirib ki, «toplantının məqsədi bizə qoşulan üzvləri bir araya toplamaq, onlarla görüşmək idi».

Emin Milli və Adnan Hacızadə iyulun 8-də «Livan» restoranında baş verən münaqişə zamanı xuliqanlıqda ittiham olunurlar. Məhkəmənin qərarı ilə hər iki gənc barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bir sıra beynəlxalq insan haqları təşkilatları gənclərə qarşı irəli sürülən xuliqanlıq ittihamını əsassız sayırlar.

http://www.azadliq.org/content/article/1785304.html

No comments: