Gənclərin Hüquqlarını Müdafiə Hərəkatı ilk tədbirinə hazırlaşır
İyul ayını 25-i saat 15:00-da Gənclərin Hüquqlarını Müdafiə Hərəkatı “Hüquqlarımızı necə qoruyaq?” mövzusunda tədbir keçirəcəkdir. Tədbirdə mövzu ilə əlaqədər müzakirələr keçiriləcək, eləcə də Hərəkatın təqdimatı və bu günə qədər görülmüş işlər barəsində məlumat veriləcəkdir.
Tədbirdə çıxış etmək istəyən gənclər üçün də şərait yaradılacaq. Bu səbəbdən göstərilən mövzu ətrafında çıxış etmək istəyən gənclər Hərəkatın rəsmi e-mail ünvanına (azghmh@gmail.com) çıxış edəcəkləri mövzunun adını yazıb göndərməklə, qeydiyyatdan keçməlidirlər. Tədbir 3 saat davam edəcək.
Onu da qeyd edək ki, Gənclərin Hüquqlarını Müdafiə Hərəkatı 11 iyul, 2009-cu il tarixində təsis edilmişdir. Hərəkatın təsisçiləri arasında ölkənin bir çox aparıcı gənclər təşkilatları və hərəkatları da var. Hərəkatın hal-hazırda fəaliyyət istiqaməti gənclər hərəkatı fəalları ve bloqqerlər Emin Milli və Adnan Hacızadə tezliklə azadlığa çıxması ilə bağlıdır. Qısa zaman öncə yaranmasına baxmayaraq, Hərəkatın artıq 100-dən çox üzvü var.
Əlavə məlumat üçün 050 636 28 77 (Pərvanə) və ya azghmh@gmail.com ünvanına müraciət edə bilərsiniz.
http://news.qaynar.info/29170.html
Hüquqlarımızı necə qoruyaq?
Labels: AEdestek
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment