Elçin Behbudov dövlət başçısından bloggerləri azad etməyi xahiş edir

Bazar ertəsi İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov həbs edilmiş bloggerlə əlaqədar dövlət başçısına müraciət edib. Açıq məktubunda hüquq müdafiəçisi prezidentdən hal-hazırda həbsdə olan, Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan gənclər Adnan Hacızadə və Emin (Milli) Abdullayevin gənc olduqlarını nəzərə alaraq, onların azad olunması üçün müvafiq tədbirlər görməyi xahiş edir.

Elçin Behbudov həmçinin bildirib ki, bu həftə bloggerlərlə görüşməyi planlaşdırır, belə ki, onların vlideynləri belə bir xahişlə müraciət ediblər.

Xatırladaq ki, gənclər iyulun 8-də xuliqanlıq ittihamı ilə həbs ediliblər, baxmayaraq ki, özləri kafedə basqına məruz qalıblar. Onlar əmindirlər ki, siyasi sifarişin qurbanı olublar və onları İnternetdə yerləşdirdikləri satirik videorolikə görə təqib edirlər.

http://www.contact.com.az/index.php?type=news&lang=az&news_id=12839

1 comment:

cheap viagra said...

Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan gənclər Adnan Hacızadə və Emin (Milli) Abdullayevin gənc olduqlarını nəzərə alaraq