Leyla Yunus hakimi blogerlərin işi ilə bağli ədalətli qərar qəbul etməyə çağırıb

11.09.2009

Sülh və Demokratiya İnstitutunun (SDİ) direktoru Leyla Yunus Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynova müraciət edərək onu blogerlər Emin Milli və Adnan Hacızadənin işinə ədalətli baxmağa və “ilk ədalətli azərbaycanlı hakim” kimi tanınmağa çağırıb. Öz müraciətində Leyla Yunus Azərbaycan, Özbəkistan, Tacikistan və Türkmənistan da daxil olmaqla keçmiş sovet ölkələrinin heç birində qanun və ədaləti rəhbər tutan təmiz və satılmamış hakimin olmadığını yazır. Bununla belə, müsəlman ölkələrində obyektiv hakimlərin olduğunu deyərək Misir və Pakistanı nümunə çəkir. Bu ölkələrdə hakimlər elitadı. “Hakimliyə nəcib ailələrdən özünə hörmət edən yüksək savadlı insanlar gəlir. Təcrübəsindən asılı olmayaraq onlar idarə oluna bilən “piyada” ola bilməz” - deyə Yunus yazır. Daha sonra Yunus SSRİ dağılandan sonra Azərbaycanda hakim korpusu ilə bağlı vəziyyətin sovet hakimiyyəti dövründə olduğundan daha çox pisləşdiyini qeyd edir. Eyni zamanda hakim Hüseynova “tarixə düşmək şansı” düşüb, çünki məhz ona bütün beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən blogerlərinə baxmaq tapşırılıb. “Siz ancaq şərəflə və professionallıqla hakim borcunu yerinə yetirməlisiniz: işə açıq, qanun və ədalət əsasında baxmalısınız. Siz şərəfli və professional vətəndaş olmalısınız” - deyə daha sonra Yunus qeyd edir.

http://www.contact.com.az/index.php?type=news&lang=az&news_id=13246

1 comment:

viagra online said...

Tacikistan və Türkmənistan da daxil olmaqla keçmiş sovet ölkələrinin heç birində qanun və ədaləti rəhbər tutan təmiz və satılmamış hakimin olmadığını yazır. Bununla belə.