1989-cu ilin oktyabrında tək Şərqi və Qərbi Almaniya üçün yox, bütün Avropa üçün çox əhəmiyyətli bir hadisə baş verdi. Şərqi Almaniyanın vətəndaşları sovet rejiminə artıq dözə bilmədiklərinə görə ölkədən mümkün və qeyri-mümkün yollarla qaçmaq istəyirdilər – belə, Berlin Divarını Qərb Almaniya tərəfə keçən zaman neçə nəfər həlak olmuşdur. Macarıstan sərhədləri açandan sonra minlərlə almanlar bu ölkəyə yönəlmişdilər. Bu yolu da kəsəndən sonra qaçqınlar Çexoslovakiyaya yollandılar. Çexoslovakiyada olan Alman səfirliyi bütün qaçqınları öz binasına qəbul edirdi, amma məcburi köçkünlərin sayı gündən günə artırdı və artıq binanın həyətində də adamlar aylarla yaşayırdı. Payız gəldikcə vəziyyət daha da çətinləşirdi – soyuq havada çöldə yaşamaq asan deyil. Və bu maksimal nöqtədə dövlətlər tərəfindən qaçqınların Qərb Almaniyaya transfer olunmasına icazə verilmişdir.
Oktyabr ayında Azadlıq Qatarı Praqa şəhərindən Almaniyaya yola düşür. Baxmayaraq ki, Çexiyadan Qərbi Almaniyaya yol daha qısa ola bilər, qatar mütləq Almaniyanın Şərq tərəfindən keçib, Qərb tərəfinə getməli idi( əks halda qatardaki adamların statusu qaçqın ola bilməzdi). Qatarda gedənlər stansiyalarda onları qarşılayan adamlara əl edirdilər, stansiyada duranlar isə həmin qatara minib Qərbə getmək istəyirdi, lakin polis dəstələri buna yol vermirdi.
Bir neçə gündən sonra isə Berlin divarı çökdü.
Bu hadisələrdən 20 il sonra biz həmin qatarda Praqa şəhərindən Almaniyanın Hof şəhərinə kimi getdik. Amma bu dəfə qatardaki adamlar azad adamlar idi. Vaqonlarda almaniyan, çex artistləri, musiqiçiləri, gənclər var idi. Biz də, OL Hərəkatı kimi, Azərbaycanı bu qatarda təmsil edirdik. Bizdən başqa bu layihədə Gürcüstan, Belarusiya, Almaniya, Çexiya, Ermənistan və Polşa gəncləri də iştirak edirdilər. Biz hər stansiyada dayanırdıq, və havada azadlığı duyurduq: yüzlərlə gənclər plakatlarla, güllərlə bizə əl edib gülümsəyirdi. Orkestr çalırdı, insanlar bir birini təbrik edirdi. Yaşlı nəsil keçmişini yada salırdı – onların bəziləri həmin qatarda 20 il əvvəl gedirdi, bəziləri stansiyadan qatara baxıb onunla getmək istəyirdi, amma polislər buna yol vermirdi.
Məndən soruşanda ki, Azərbaycan ilə Almaniyanın Azadlıq Qatarından əlaqəsi nədir, dedim ki, 20 il əvvəl Azərbaycan da öz müstəqilliyini ikinci dəfə qazandı. Amma müstəqilliyi qazanib, azadlığımızı qoruyammadıq. Və istəyirəm ki bu Azadlıq Qatarı bir gün bizim ölkəmizə də gəlsin.
Esmira Məmmədova
OL-çular “ZUG der FREİHEİT” layihəsində iştirak etdilər
Labels: reliz
Subscribe to:
Post Comments (Atom)
2 comments:
OMG! Crazy people!
<a href="http://buysafemeds.com/drugs/Viagra+Brand/>Buy Brand VIagra</a>
Xızı Dağları – Abbas Bağırov mahnı sözləri
Qızartmısan yenə yanaqlarını Quşlar verir mən soraqlarını Qızartmısan yenə yanaqlarını Quşlar verir mən soraqlarını Qedeq dəfə biz Xızı dağlarını İçək onun sərin bulaqlarını Qedeq dəfə biz Xızı dağlarını Orda içək sərin bulaqlarını Xoş xəbərim ay can gəl... Xızı Dağları – Abbas Bağırov mahnı sözləri
Post a Comment