Showing posts with label qadin. Show all posts
Showing posts with label qadin. Show all posts

Erməni gəncləri yengəlik institutuna qarşı

Erməni gəncləri üçün 8 mart nədir? Qadınlar səliqəli geyinir, kişilər isə onlara gül bağışlayır, vəssalam. Amma bəzi gənclərin anlamında bu gün daha böyük məna daşımalıdır. Qadınların və kişilərin hüquq bərəbərliyi mənasını.

Bütün mühafizəkar-patriarxat toplumlarda (həmçinin Azərbaycanda) olduğu kimi, Ermənistanda da qadının toydan evvəl cinsi "toxunulmazlığına" (bakirəliyinə) böyük önəm verilir. Ermənistanda, bakirəliyin ənənəvi Qafqaz rəmzi olan toy gecəsi döşək ağının nümayişindən başqa ənənə də var: pəncərə önünə qırmızı almanın qoyulması. El arasında ona: "garmir khndzor" deyillər.

8 mart günü bir neçə gənc fəallar cəmiyyətdə hökm sürən belə hallara etiraz olaraq yürüş keçirtdilər və qırmızı almaları yerə bastırdılar. Kaş ki, bütün mühafizəkar-patriarxal toplumalrın ayıblarını belə asanlıqla bastırıb gizlətmək olardı.

Aksiya haqqında daha ətraflı burada.