Showing posts with label futbol. Show all posts
Showing posts with label futbol. Show all posts

Futzal turnirinin 4-cü turu başa çatdı

Dünən, may ayının 24-ü gənclər təşkilatları arasında futzal turnirinin 4-cü turu keçirildi. Bu tur OL! komandası Dalğa ilə, AAA komandası isə NİSA ilə qarşılaşdılar. Turun nəticələri aşağıdakı kimi oldu:

OL! – Dalğa 2:7
AAA – NİSA 9:5

Qeyd edək ki, bu turdakı oyun OLun turnirdəki sonuncu oyunu idi və komandamız turniri qələbəsiz başa vurdu. Növbəti, sonuncu turda AAA-AEGEE ilə, Dalğa isə NİSA ilə qarşılaşacaq. Oyunlar may ayının 31-i keçiriləcəkdir. Eyni zamanda bildirək ki, AEGEE və NİSA arasında təxirə salınmış oyun həftə arası keçiriləcəkdir.

Sizlərə indiyədək keçirilən oyunların nəticələrini təqdim edirik:

3 mayAAA - Dalğa5:4
3 mayAEGEE - OL!8:5
10 mayAAA - OL!8:3
17 mayAEGEE - Dalğa2:8
17 mayOL! - NİSA4:5
24 mayOL! - Dalğa2:7
24 mayAAA - NİSA9:5

Turnir cədvəlindəki sonuncu vəziyyət aşağıdakı kimidir:

KomandalarOyunQələbəHeç-heçəMəğlub.Top fərqiXal
AAA
Dalğa
AEGEE
NISA
OL!

3
3
2
2
4

3
2
1
1
0

0
0
0
0
0

0
1
1
1
4

22-11
19-9
10-11
10-13
13-28

9
6
3
3
0

Gənclər təşkilatları arasında futzal turniri davam edir

Artıq xəbər verdiyimiz kimi, hal-hazırda gənclər təşkilatları arasında müstəqillik gününə həsr olunmuş futzal turniri keçirilir. Sizlərə növbəti oyunların nəticələrini və turnir cədvəlini təqdim edirik.

Təəssüflər olsun ki, OL-un futzal komandası bu turnirdə yaxşı nəticələr göstərə bilməyib. İndiyədək keçirdiyimiz 3 oyunun hər birindən məğlub ayrılmışıq. OL- turnir çərçivəsində yalnız bir oyunu qalıb. Bu oyun mayın 24-ü Dalğaya qarşı olacaqdır. Ümid edirik ki, həmin oyunda nəhayət bir qələbə qazanmış olarıq.

Qeyd edək ki, turnirə may ayının 31-i yekun vurulacaq və turnir cədvəlinə əsasən ən çox xal toplamış komanda qalib gələcəkdir.

Beləliklər sizlərə son nəticələri təqdim edirik:

10 mayAAA-OL!8:3
17 mayAEGEE-Dalğa2:8
17 mayNİSA-OL!5:4

Turnir cədvəlində sonuncu vəziyyət aşağıdakı kimidir:

KomandalarOyunQələbəHeç-heçəMəğlub.Top fərqiXal
AAA
Dalğa
NISA
AEGEE
OL!

2
2
1
2
3

2
1
1
1
0

0
0
0
0
0

0
1
0
1
3

16-8
12-7
5-4
10-11
11-23

6
3
3
3
0

Gənclər təşkilatları arasında futzal turniri başladı

May ayının 3-ü gənclər təşkilatları arasında 28 May - Müstəqillik Gününə həsr olunmuş futzal turnirininə start verilmişdir. Qeyd edək ki, gənclər təşkilatları arasında bu yarışma sayca ikincidir. Bu ilki yarışmada 5 gənclər təşkilatı – Amerika Məzunlar Assosiasiyası (AAA), Avropa Gənclər Forumu (AEGEE), Dalğa Gənclər Hərəkatı, NATO Beynəlxalq Məktəbi (NİSA) və OL! Azərbaycan Gənclər Hərəkatı iştirak edirlər. Bütün komandalar bir qrupda mübarizə aparırlar.

İlk turda ilk görüşü AAA və Dalğa komandaları arasında keçirildi. Görüş gərgin mübarizə şəraitində keçən matçda AAA 5:4 hesabı ilə qalib oldu.

İkinci görüş AEGEE və OL! komandaları arasında keçirildi. Bu oyun vurulan qolların bolluğu ilə seçildi. Oyun AEGEE gənclərinin 8:5 hesablı qələbəsi ilə başa çatdı.

İlk turdan sonra turnir cədvəli aşağıdakı kimidir:


KomandalarOyunQələbəHeç-heçəMəğlub.Top fərqiXal
AEGEE
AAA
NİSA
Dalğa
OL!

1
1
0
1
1

1
1
0
0
0

0
0
0
0
0

0
0
1
1
1

8-5
5-4
0-0
4-5
5-8

3
3
0
0
0



OL! və Dalğa arasında dostluq oyunu keçirildi

Mart ayının 30-u İnşaat Universitetinin idman zalında OL! və Dalğa gəncləri arasında futzal üzrə dostluq oyunu keçirildi. Qeyd edək ki, bu təşkilatların komandaları arasında son oyun keçən ilin may ayında ADR-90 turnirində keçirilmişdir. O zaman turnirin üçüncü yer uğrunda matçında dalğaçılar 6:4 hesabı ilə qələbə qazanmışdılar. Həmin səbəbdən bu dostluq oyunu OLçular üçün bir növ revanş xarakteri daşıyırdı.

Oyunun birinci hissəsi tam olaraq OLçuların nəzarəti altında keçdi. Rəşadət Axundov, Ənvər Bagiyev, Urfan Əsədov hərəyə bir qol, Ruslan Əsədov isə iki qol vuraraq 5:0-lıq hesabla birinci hissənin yekunu vurdular. Qeyd etmək lazımdır ki, OLçuların qapıçısı Turqut Qəmbərin inamlı oyunu dalğaçılar fasiləyə məyus getməsinə səbəb oldu.

İkinci hissənin əvvəlində, OLçular daha iki qola imza atdılar. Rəşadət Axundov və Urfan Əsədov fərqləndilər. Hesab arasındakı böyük fərq OL gənclərinin oyundakı nizamı itirməsinə təsir etdi. Bunun nəticəsi olaraq dalğaçılar dalbadal üç qol vuraraq hesab arasındakı fərqi xeyli azaltmağa nail oldular. Dalğadan iki dəfə Araz Qasımov, bir dəfə isə Zaur Əliyev fərqləndilər. Matçın sonunda Ruslan Əsədovun qolu isə oyunda son nöqtəni qoydu. Beləliklə 8:3 hesabı ilə OL! komandası Dalğa komandası üzərində qələbə əldə etdi.

“ADR - 90” Futzal Turnirinin ilk turu başa çatdı

“ADR - 90” Futzal Turniri start götürdü. Aprel ayının 5-i turnirin açılış matçında meydançaya Dalğa Rotarakt komandaları çıxdı. İlk matçda daha sürətli oyun nümayiş etdirən dalğaçılar hesabda irəli çıxaraq sonadək üstünlüyü əldən vermədilər. Hər iki komanda meydançada əzmkarlıq nümayiş etdirsə də qapı istiqamətində daha çox, qüvvətli və dəqiq zərbələr endirən dalğaçılar yekun hesabı 9:2 etməklə qələbələrini rəsmiləşdirdilər. Dalğanın hücumçusu Rövşən İsmayılov bu oyunda 5 qol vurmaqla bombardirlər siyahısında birinci yerə qalxdı.

Günün ikinci oyununda İrəli ALGA komandaları öz qüvvələrini sınadılar. Çox gərgin keçən matç 4:4 hesabı ilə nəticələndi. Komandalar sonuncu saniyəyədək yüksək templi oyun göstərmiş, hesabda geriyə qalmağa baxmayaraq möhkəm iradə nümayiş etdirmişlər. Xüsusi olaraq hər iki komandanın qapıçılarının gözəl oyununu qeyd etmək lazımdır. Bu matç göstərdi ki, növbəti mərhələyə çıxmaq üçün A qrupunda çox gərgin mübarizə gedəcəkdir.

İlk turun ikinci günündə B qrupunun komandaları mübarizəyə başladı. Günün ilk oyununda AAA AN, ikinci oyununda isə OL Stimul komandaları meydançaya çıxdılar. Yekun nəticədə AAA və OL rəqiblərinə böyük hesabla qalib gəlsələr də hər iki matç maraqlı və mübarizə ilə bol oldu. Daha kollektiv oyun nümayiş etdirmiş AAA və OL 11:1 və 12:0 hesabı ilə müvafiq olaraq AN və STİMUL üzərində qələbələrini rəsmiləşdirdilər. İkinci günün oyunlarında OL-un hücumçuları Sənan Mirzəyev və Urfan Əsədov müvafiq olaraq 4 və 3 qolla bombardirlər siyahısına öz adlarını əlavə etdilər.

Növbəti turun oyunları 12 və 13 apreldə keçiriləcək. Oyunların proqramı aşağıdakı kimidir.

12 aprel 12:00 OL - AN
12 aprel 13:00 AAA - Stimul
13 aprel 14:00 Dalğa - ALGA
13 aprel 15:00 İrəli - Rotarakt


"ADR - 90" Futzal Turnirin Təşkilat Komitəsi




“ADR - 90” Futzal Turniri start götürür!

Azərbaycanda fəaliyyət göstərən 8 gənclər təşkilatının təşəbbüsü ilə Azərbaycan Demokratik Respublikasının yaranmasının 90 illiyinə həsr olunmuş futzal turniri başlayır. “ADR - 90” Futzal Turniri 5 aprel – 4 may tarixləri arasında “Olimpic Star” İdman Kompleksində keçiriləcəkdir. Turnirdə aşağıdakı gənclər təşkilatların komandaları iştirak edəcək:

- ABŞ təhsilli Azərbaycanlı Məzunlar Assosiasiyası (AAA)
- AN Şəbəkəsi (AN)
- Azərbaycan Liberal Gənclər Assosiasiyası (ALGA)
- Bakı Rotarakt Klubu (Rotarakt)
- DALĞA Gənclər Hərəkatı (Dalğa)
- İRƏLİ Ümumrespublika Gənclər Hərəkatı (İrəli)
- OL Azərbaycan Gənclər Hərəkatı (OL)
- STİMUL Gənclər Şəbəkəsi (Stimul)

Püşkatma nəticəsində komandalar 2 qrupa bölünmüşdür. A qrupunda Dalğa, İrəli, ALGA, Rotarakt, B qrupunda isə OL, AAA, AN, Stimul komandaları iştirak edəcəklər.

Hər qrupda birinci iki yeri tutan komandalar yarımfinala çıxacaqlar. Yarımfinal oyunlarında qalib gələnlər isə 4 may tarixində keçiriləcək final oyununda iştirak edəcəklər.

Turnirin ilk turunun qrafiki aşağıdakı kimidir:

5 aprel 12:00 Dalğa – Rotarakt
5 aprel 13:00 İrəli – ALGA
6 aprel 14:00 AAA – AN
6 aprel 15:00 OL - Stimul

Azarkeşləri öz komandalarını dəstəkləməyə çağırırıq.

"ADR - 90" Futzal Turnirin Təşkilat Komitəsi

BP şirkətinin İctimai Əlaqələr futbol komandası ilə ikinci futbol matçı

OL! Azərbaycan Gənclər Hərəkatı BP-Azərbaycan şirkətinin futbol komandası ilə ikinci futbol matçını keçirdi. Bu dəfəki matç 4:3 hesabı ilə BP-Azərbaycan şirkətinin futbol komandasının xeyrinə başa çatdı. Oyunda azarkeş qismində OL!-un üzvləri də iştirak edirdi

Dalğa Gənclər Hərəkatı ilə futbol matçı

“OL!” Azərbaycan Gənclər Hərəkatının növbəti futbol matçı keçirildi. OL!“-un bu dəfəki rəqibi Dalğa Gənclər Hərəkatı idi. Qeyd edək ki, “OL!”-un başqa bir təşkilatla keçirdiyi ilk rəsmi futbol matçında rəqib BP-Azərbaycan Şirkətinin komandası idi. Həmin oyun hesab 5:3 “OL!”-un komandasının xeyrinə başa çatmışdı. Dalğa GH ilə keçirilən matç isə başqa təşkilatla keçirilən sayca ikinci rəsmi matç idi. Bu matç 4:2 hesabı ilə Dalğa GH-nın qələbəsi ilə başa çatdı. Oyunda azarkeş qismində hər iki hərəkatın üzvləri ilə yanaşı, digər gənclər təşkilatlarının da üzvləri iştirak edirdi. Oyundan sonra hər iki hərəkatın komandaları və azarkeşləri birgə xatirə şəkli çəkdirdilər.