Showing posts with label seminar. Show all posts
Showing posts with label seminar. Show all posts

"BP - Azərbaycan və şəffaflıq" mövzusunda seminar

OL! Azərbaycan Gənclər Hərəkatı və BP - Azərbaycan şirkəti "BP - AZƏRBAYCAN VƏ ŞƏFFAFLIQ" mövzusunda interaktiv seminar keçirmişlər. Tədbir Səngəçalda yerləşən, dünya səviyyəli Xəzər Enerji Mərkəzində keçirilmişdir. Seminarda iştirakçılara ayrılan yerlərin sayı məhdud olduğundan, bu tədbir üçün müraciət edənlərin arasında seçim prosesi həyata keçirilmişdi. İştirakçılara BP Azərbaycan şirkəti və onun Azərbaycandakı layihə və təşəbbüsləri haqqında ətraflı məlumat verilmişdir. Seminar interaktiv formada təşkil edilmiş, tələbələrin fəal iştirakına şərait yaradılmış və onları maraqlandıran suallar cavablandırılmışdır. İştirakçılar, həmçinin Xəzər dənizində neft və qaz sənayesinin tarixini əks etdirən neft və qaz sərgisinə tamaşa etmək imkanı əldə etmişlər. Seminar simulyasiya, müsabiqələr və müzakirələrlə zəngin olmuşdur.

"Soyqırım Beynəlxalq Cinayət kimi" mövzusunda seminar

"OL!" Azərbaycan Gənclər Hərəkatının Hüquq Klubu "Soyqırım Beynəlxalq Cinayət kimi" mövzusunda seminar təşkil etmişdir. Seminarın aparıcısı Hüquq Klubunun koordinatoru hüquqşünas Zaur Əliyev idi. İlk olaraq, Zaur Əliyev soyqırım və digər beynəlxalq cinayətlər və onların qarşısının alınması sahəsində qəbul olunmuş bir sıra beynəlxalq sənədlər haqqında nəzəri məlumatlar vermiş, soyqırım cinayətləri faktları və onlarla bağlı məhkəmə qərarları barədə misallar çəkmişdir. Zaur Əliyev eyni zamanda seminar iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırmışdır. Sonra isə seminar iştirakçıları mövzu ətrafında müzairələr aparmışlar.

Uşaq hüquqları haqqında ən yaxşı məqalə

Uşaq Hüquqlarının Müdafiə Liqası 20 noyabr Uşaq Hüquqları Günü münasibətilə bir müddət əvvəl elan olunmuş uşaq hüquqları haqqında ən yaxşı məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimini keçirdi. Müsabiqənin münsiflər heyətinin üzvlərindən biri olan “OL!” Azərbaycan Gənclər Hərəkatının bir neçə nümayəndəsi – Vüqar Salamlı, Ruslan Əsədov, Aynur Verdixanova və Gülşən Aslanova mərasimdə iştirak etmişlər. Bundan başqa tədbirdə BMT-nin Uşaq Fondu UNİCEF-in Azərbaycandakı nümayəndəsi Haana Singer, Ombudsman Elmira xanım Süleymanova və bir çox mətbuat nümayəndələri də iştirak etmişdir. Mərasimdə Haana Singer, Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov, “Yeni Nəsil” Jurnalistlər Birliyinin Sədri Arif Əliyev çıxış etdilər. Tədbir ən yaxşı məqalənin elan edilməsi və həmin məqalənin müəllifinin mükafatladırılması ilə başa çatdı.