Showing posts with label treninq. Show all posts
Showing posts with label treninq. Show all posts

OL!-dan AIESEC-in Milli Konfransına dəstək


Gənclərin potensiallarının aşkarlanması və inkişafı üçün yaranmış beynəlxalq platforma olan AIESEC təşkilatı dünyanın 100-dən çox ölkəsində fəaliyyət göstərir. Təşkilat azərbaycanlı tələbələr üçün xarici ölkələrdə müxtəlif sferalarda təcrübə imkanı yaradır. AIESEC-Azərbaycan 2008-ci ilin yekunları haqqında hesabat və Liderlik treyniqi üçün yanvar ayının 24-25-i Qərb Universitetində Milli Konfrans keçirtdilər. OL! Azərbaycan Gənclər Hərəkatının fəalları, Liderlik treyninqinin tərkibində tədbirdə bir saatlıq “Komandanın qurulması və liderlik” mövzusunda məşğələni təşkil etdi. OL! Azərbaycan Gənclər Hərəkatı ölkəmizdə yüksək intellektli, bacarıqlı, müstəqil fikirli, sağlam təfəkkürlü gənclərin çox olmasında maraqlıdı buna görə də biz AIESEC-in fəaliyyətini dəstəkləyirik və onlara gələcək tədbirlərdə uğurlar arzu edirik.

FLEX məzunları üçün "Tim Bildinq"

22 Noyabr tarixində, Azərbaycan Dillər Universitetində OL! Azərbaycan Gənclər Hərəkatının fəalları FSA/FLEX proqramının məzunları üçün "Komandanın Qurulması" treynenqini keçirtdi. Tədbir zamanı iştirakçılar komandanın qurulması, problemlərin həll olunması yolları və liderlik haqqında nəzəri və əyani biliklər topladılar. Tədbir zamanı iştirakçılara OL! Azərbaycan Hərəkatı haqqında qısa prezentasiya təqdim olundu.








"Liderlik və Təşkilati Quruculuq” treninqləri

Beynəlxalq Respublikaçılar İnstitutu “OL!” Azərbaycan Gənclər Hərəkatının üzvləri üçün “Liderlik və Təşkilati Quruculuq” mövzusunda treninqlər keçir. 3 gün davam edən treninq aşağıdakı hissələrdən ibarətdir: Liderlik, Təşkilati quruculuq, Nüfuz və Strategiya. Məqsəd “OL!”-un üzvlərinin liderlik qabiliyyətlərinin inkişaf etdirilməsini və hərəkatın gələcək fəaliyyətində onların fəal iştirakına kömək edə biləcək biliklərə yiyələnmələrini təmin etməkdir. Artıq 15 nəfərdən ibarət birinci qrup treninqi başa vurmuşdur. Daha 15 nəfərdən ibarət ikinci qrup isə bu gündən etibarən treninqə qatılıb. Treninqin sonunda iştirakçılar ədə etdikləri bilik əsasında imtahan verir. Yekun imtahandan yaxşı nəticə göstərənlərə sertifikatlar təqdim olunur. Bu isə iştirakçıya IRI-ın növbəti treninqlərində iştirak hüququ qazandırır.

"Komandanın Qurulması" treninqi

“OL!” Azərbaycan Gənclər Hərəkatının Liderlik Klubu sayca dördüncü olan Komandanın Qurulması treninqini keçirmişdir. Treninq iştirakçıları əsasən “OL!”-un yeni üzvləri və hərəkata üzv olmaq istəyən gənclərdən ibarət idi. Belə ki, Komandanın Qurulması ilə bağlı treninq artıq bir neçə dəfə “OL!” AGH-nın üzvlərindən ibarət ayrı-ayrı qruplara keçirilmişdir. Treninqin məqsədi iştirakçıları komandanın qurulması qaydaları və səmərəli fəaliyyəti üçün zəruri olan amillərlə tanış etməklə təşkilatda komanda quruculuğu işinin möhkəmləndirilməsidir. Aparıcı “OL!”-un Xarici İşlər üzrə Direktoru Adnan Hacızadə idi. Treninq zamanı fəal fikir mübadilələri aparılmış, qruplarda iş və komanda quruculuğu ilə bağlı oyunlar keçirilmişdir.

“Təşkilati Quruculuq” mövzusunda treninq

“OL!” Azərbaycan Gənclər Hərəkatının Liderlik Klubunda “OL!”-un fəalları üçün “Təşkilati Quruculuq” mövzusunda treninq keçirilmişdir. Treninqin məqsədi ondan qazanılan biliklərdən istifadə edərək “OL!”-un təşkilati mexanizminin təkmilləşdirilməsi idi. Treninq “OL!”-un İctimaiyyətlə əlaqələr üzrə direktoru Gülşən Aslanova tərəfindən aparılmışdır. Tədbir əsnasında treninqdə öz əksini tapmış təcrübə “OL!”-un təcrübəsi ilə bir araya gətirilərək müqayisə olunmuş və təşkilat üçün faydalı ola biləcək məqamların tətbiqi barəsində geniş fikir mübadilələri aparılmışdır.

"CV-lərin hazırlanması və ərizə formalarının doldurulması" treninqi

"OL!" Azərbaycan Gənclər Hərəkatının Liderlik Klubunda "CV-lərin hazırlanması və ərizə formalarının doldurulması" ilə bağlı treninq keçirildi. Təlimatçı Liderlik Klubunun Koordinatoru Munir Məmmədov idi. Tədbir iki hissədən ibarət idi. Birinci hissədə CV yazılması və ərizə formalarının, anketlərin doldurulması ilə bağlı ətraflı məlumat verildi. İkinci - praktiki hissədə isə işə götürmə zamanı keçirilən müsahibənin səhnələşdirilməsi yolu ilə əldə olunmuş informasiya daha da möhkəmləndirildi.

CV yazılması haqda geniş məlumat əldə etmək isteyirsinizsə bu linkə daxil olun.