"OL!" Azərbaycan Gənclər Hərəkatının Hüquq Klubunun "Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan" mövzusunda seminarı keçirildi. Seminarda məruzəçi qismində Klubun Koordinatoru, Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının üzvü Zaur Əliyev və Birləşmiş Krallığın Esseks Universitetinin məzunu Afaq Abdullayeva ilə yanaşı iştirakçı qismində 20 üzv və qeyri-üzv gənc iştirak edirdilər. Tədbirin mövzusu çərçivəsində müzakirə olunan əsas məsələlər aşağıdakılar idi:
1. Avropa Şurası və Avropa İnsan Hüquqları Konvensiyası haqqında ümumi məlumat. Avropa İnsan Hüquqları Konvensiya ilə nəzərdə tutulmuş ayrı-ayrı hüquq və azadlıqlar. Avropa İnsan Hüquqları Məhkəməsinin fəaliyyətinin hüquqi əsasları, yurisdiksiyası, məhkəməyə müraciət edilməsi qaydası, müraciət etmənin əsas şərtləri və qaydaları. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları, onların hüquqi qüvvəsi və milli hüquqa təsiri. Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan.
2. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqınların və məcburi köçkünlərin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmə perspektivləri. Tədbir açıq elan olunduqdan sonra ilk olaraq, mövzu ilə bağlı biliklərini yoxlamaq məqsədilə iştrakçılar bir neçə dəqiqə ərzində müvafiq testləri cavablandırdılar. Daha sonra Hüquq Klubunun Koordinatoru Zaur Əliyev birinci bənddə qeyd olunan məsələlər haqqında öz məruzəsini təqdim etdi. Çıxış interaktiv müzakirələrlə müşayiət olundu. Sonda koordinator iştirakçıların suallarını cavablandırdı.Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqınların və məcburi köçkünlərin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmə perspektivləri ilə bağlı çıxış edən ekspert Afaq Abdullayevanın məruzəsi çox böyük maraqla qarşılandı. Çıxış çoxsaylı suallarla müşayiət olundu.Tədbirin növbəti mərhələsində iştirakçılar 3 qrupa ayrıldılar və hər bir qrup onlara həll olunması həvalə olunan kazuslar ətrafında müzakirələr apardı. Sonra hər bir qrup öz kazusunun həlli variantlarını təqdim etdi. Təqdimatdan sonra müzakirələr davam etdi və seminar qiymətləndirmə sorğularının iştirakçılar tərəfindən cavablandırılması ilə başa çatdı.
"Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan" mövzusunda seminar
Labels: muhazire
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment