“OL!” Azərbaycan Gənclər Hərəkatının Beynəlxalq Münasibətlər Klubunda “Müasir Azərbaycan Beynəlxalq Münasibətlər Sistemində” mövzusunda politoloq Rasim Musabəyovun interaktiv mühazirəsi baş tutmuşdur. Tədbiri "OL!"un Əlaqələr üzrə Koordinatoru Ruslan Əsədov açmışdır. Mühazirədə “OL!” AGH-nın nümayəndələri, tələbələr və məzunlar iştirak edirdilər. İki saat çəkən mühazirədə ilk olaraq politoloq Azərbaycanın bugünkü xarici siyasət kursu, prioritetləri və problemləri haqqında çıxış etmişdir. Çıxışdan sonra Rasim Musabəyov iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır. Əsas müzakirə mövzuları Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Avro-Atlantik məkana inteqrasiyası, Azərbaycan-Rusiya münasibətləri idi. Rasim müəllim xarici siyasətin uğurunda daxili siyasətin rolunun müstəsna olduğunu vurğulamış və bu istiqamətdə hələ bir çox işlərin görülməli olduğunu qeyd etmişdir.
No comments:
Post a Comment