"OL!" Azərbaycan Gənclər Hərəkatı hüquqşünas-vəkil Adil İsmayılovla görüş keçirmişdir. Görüşdə əsas müzakirə mövzusu "Ramil Səfərovun hərəkəti və cəmiyyətin buna münasibəti" olmuşdur. Tədbirdə hərəkatın üzvləri ilə yanaşı, digər təşkilatların üzvləri və müxtəlif ali məktəblərin tələbələri də iştirak edirdilər. İlk olaraq Adil İsmayılov Ramil Səfərovun işi barədə ətraflı məlumat verdi. Sonra isə vəkil iştirakçıların cəmiyyətimizdə bu hadisəyə ziddiyyətli münasibət, Ramil Səfərovun müdafiəsinin bundan sonrakı təşkili, Azərbaycan hökumətinin öz vətəndaşının hüquqlarının təmin edilməsi istiqamətində gördüyü və görməli olduğu işlər, Səfərovun Azərbaycana ekstradisiyası məsələsi və s. ilə bağlı çoxsaylı suallarını cavablandırmışdır.
No comments:
Post a Comment