"OL!" Azərbaycan Gənclər Hərəkatının İnsan Hüquqları Klubunda “Uşaq Hüquqları və Azərbaycanda onların müdafiəsi mexanizmləri” mövzusunda seminar keçirilmişdir. Seminarı “OL!” AGH-nın üzvləri, eyni zamanda Ombudsman Aparatının əməkdaşları Munir Məmmədov və Zaur Zamanov aparmışlar. Tədbirdə “OL!”-un üzvləri ilə yanaşı, qeyri-üzvlər, xüsusilə də tələbələr iştirak edirdilər.İlk növbədə Zaur Zamanov uşaq hüquqlarının müdafiəsi məsələsinin tarixi aspektləri, bu sahədə qəbul olunmuş fundamental sənədlər barədə danışmış və iştirakçıların bu barədə suallarını cavablandırmışdır. Bundan başqa Munir Məmmədov Azərbaycanda uşaq hüquqlarının müdafiə mexanizmləri, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və QHT-lər barədə söhbət açmışdır. Həmçinin seminarın aparıcıları yuvenal ədliyyə və Azərbaycanda bu sahədə görülən və görülməli olan işlər, tədbirlər barədə məlumat vermişlər. Seminarda həmçinin qruplarda iş aparılmış və bu işin nəticələri müzakirə edilmişdir.
No comments:
Post a Comment