"OL!" Azərbaycan Gənclər Hərəkatının təşkilatçılığı ilə Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin Prezidenti, müstəqil politoloq, Ph.D. Leyla Əliyevanın “Azərbaycan və Qərb Sınağı. İnteqrasiya Perspektivləri” mövzusunda interaktiv mühazirəsi keçirildi. Tədbirin başlanğıcında iştirakçılar 26 fevral Xocalı Soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Leyla Əliyeva Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya perspektivləri, bu istiqamətdə görülməli işlər, bu ikitərəfli münasibətlərdə tərəflərin istək və imkanları barədə qısa məruzə etdi. Məruzədən sonra mövzu ətrafında fəal müzakirələr aparıldı. Leyla Əliyeva iştirakçıların çoxsaylı suallarını cavablandırdı.
No comments:
Post a Comment