"Müasir Azərbaycan Gənclərinin İdealları" mövzusunda açıq müzakirə

"OL!" Azərbaycan Gənclər Hərəkatı "Müasir Azərbaycan Gənclərinin İdealları" mövzusunda açıq müzakirə keçirmişdir. Müzakirədə qonaq qismində Bakı Dövlət Universitetinin müəllimi Müşfiq Tahirov çıxış etmişdir. Tədbirdə "OL!"-un üzvləri ilə yanaşı digər təşkilatların üzvləri, xüsusilə tələbələr iştirak edirdi. İştirak edənlər müasir dövrdə əksər Azərbaycan gənclərinin özlərinə seçdiyi ideallar, bu idealların müxtəlifliyi, xarakteri barədə öz fikir və mövqelərini bildirmiş, mövzu ətrafında qızğın müzakirə aparmışlar. İştirakçı gənclər bəziləri öz idealları barədə də söhbət açmışlar.

No comments: