"İqtisadi şamanlıq, yoxsa davamlı iqtisadi inkişaf?" mövzusunda mühazirə

"OL!" Azərbaycan Gənclər Hərəkatının İqtisadiyyat Klubu və ACCELS -in birgə təşkilatçılığı ilə "İqtisadi şamanlıq, yoxsa davamlı iqtisadi inkişaf?" mövzusunda interaktiv mühazirə keçirilmişdir. Mühazirəçi qismində iqtisadçı, ABŞ təhsilli Azərbaycan Məzunlar Assosiasiyasının idarə heyətinin üzvü Ramin İsayev çıxış etmişdir. Tədbirin əvvəlində Ramin İsayev ümumilikdə davamlı və dayanıqlı inkişafı, o cümlədən iqtisadi inkişafı təmin edən amillər barədə danışmışdır. Çıxış bitdikdən sonra iqtisadçı iştirakçıların Azərbaycanda iqtisadi artım, ölkənin davamlı iqtisadi inkişafına mane olan amillər və bu istiqamətdə görülməli işlər barədə suallarını cavablandırmışdır. İştirakçıları, o cümlədən hansı iqtisadi inkişaf modelinin Azərbaycana tətbiqinin uğurlu ola biləcəyi maraqlandırırdı. Bu və digər mövzuda sualları cavablandıran mühazirəçi sonda Azərbaycanın iqtisadi inkişaf göstəriciləri ilə iştirakçıları tanış etmişdir.

No comments: